Məhkəmə qərarları › İş №2(111)-97/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-97/2023

13.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-97/2023 13.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasdan qalan payların müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Qarabağlar kəndində yerləşən, anaları X2 miras kimi qalmış, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-144A nömrəli şəhadətnamə ilə verilmiş 0.23 ha həyətyanı torpaq sahəsindən miras kimi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə 13 aprel 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına iş üzrə iddiaçılar gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Lakin iddiaçılar məhkəməyə birgə ərizə təqdim edərək hələlik bu işə bu formada baxılmasını istəmədiklərini bildirərək ərizələrinin geri qaytarılmasını xahiş etmişlər. İş üzrə cavabdehlərə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə heç bir məlumat verməmiş, onların iştirakı olmadan işə baxılmasını və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxımasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçıların ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddiaçılar ərizənin qaytarılması barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı1 21 fevral 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirasdan qalan payların müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq ərizə və əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçı1 21 fevral 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 100 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar