Məhkəmə qərarları › İş №2(125)-1000/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1000/2024

28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1000/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən mənzilə quraşdırılmış sayğacda aşkar edilmiş nasazlıqlara görə tətbiq edilmiş cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Gəncə X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənzilə quraşdırılmış sayğacda aşkar edilmiş nasazlıqlara görə tətbiq edilmiş 777,60 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh Gəncə X2 İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. MPM-in 54-cü maddəsinə əsasən Cavabdeh Gəncə X2 İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilir ki, həmin tarixdə faktiki yaşadığı ünvandakı evində qoyulmuş qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ hissədəki zavod plastmas plombu və vint aşkar olunmamışdır, sayğac istismara yararsızdır. Buna görə də evində quraşdırılmış “Zenner” tipli Q-4 markalı sayğac həmin tipli həmin markalı başqa nömrəli sayğacla dəyişdirilmişdir. Yeni sayğacın quraşdırılmasına səbəb akta görə əvəzləmə olmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta görə sayğacda yaranmış nasazlığa görə 6480 kub metr qaz sərf olunmuşdur. Bildirmişdir ki, 2023-cü ilin təxminən iyul ayında mənzilə gələn qaz xətti dəyişdirilmiş, həmin xəttdən qaz xəttinə girən boru sayğaca birbaşa birləşdirilmişdir. Sayğaca gələn qaz xəttinə və sayğacın özünə sayğacdan istifadə müddətində onun və ailə üzvlərindən kiminsə müdaxiləsi olmamışdır. Sayğacın hesablama mexanizmində cavabdeh təşkilat tərəfindən müəyyən olunmuş nasazlıqların nəyə görə baş verdiyi ona məlum deyildir. Çünki qaz xəttinə, eləcə də qaz sayğacına onlar tərəfdən müdaxilə olunmamışdır. Eləcə də sayğac dəyişdirilərkən də yoxlayıcılar tərəfindən hansısa çatışmazlığın olması barədə ona məlumat verilməmişdir. Cavabdeh təşkilatın işçiləri tərəfindən mütəmadi olaraq qaz sayğaclarına baxış keçirilmiş və hər ay sərf olunmuş qaz üçün sayğaca baxış keçiriləndə də iyul ayında guya aşkar olunmuş nasazlıqlar barədə ona məlumat verilməmişdir. Həm də əgər sayğacda aşkar edilmiş nasazlıqlar aşkar olunana qədər sayğaca müdaxilə olunmuşdursa, onda nəyə görə həmin tarixə qaz sərfi üçün təxminən 300- 400 manat borc yaranmışdır? Ona görə də hesab edir ki, cavabdeh təşkilatın aidiyyəti işçiləri tərəfindən sayğacın hesablama mexanizmində aşkar olunmuş nasazlıqlar olmamışdır. Bu səbəbdən də cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlara əsasən tətbiq olunmuş 777,60 manat cərimə silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, küçədə olan bütün evlərdə qaz sayğaclarını dəyişmişdirlər. Akt yazılanda o olmamışdır. Zəng gəlmişdir ki, sayğaca müdaxilə olunmuşdur. Qaz sayğacı mexaniki olmuşdur. Əvvəl smart kartla işləyən qaz sayğacı qoyulmuş, işləmədiyinə görə sökülmüş mexaniki qaz sayğacı qoyulmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********4 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********229 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi hesablama mexanizminin qapağının üst hissəsinin aralanması qeyd edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********229 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********6 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın kartı qəbul etməməsi kimi qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-727/Q-002 rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ hissədəki zavod plastmas plomb və vint aşkar olunmamışdır. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-7271/Q002 nömrəli aktın surətindən görünür ki, Zenner tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ hissədəki zavod plastmas plombu və vint aşkar olunmamış, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 6480 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********4 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********229 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi hesablama mexanizminin qapağının üst hissəsinin aralanması olaraq qeyd edilmişdir. Daha sonra qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********229 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********0 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın kartı qəbul etməməsi olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-727/Q-002 rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ hissədəki zavod plastmas plomb və vint aşkar olunmamışdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Ümumiyyətlə sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Bununla belə Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023cü il tarixli, MSK-14-2-2/3-5-7271/Q002 nömrəli aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ hissədəki zavod plastmas plombu və vintin aşkar olunmaması və sayğacın istismara yararsız olduğu qeyd edilsə də, istehlakçının abonent saldosundan görünür ki, istehlakçı 2023-cü ilin yanvar ayında 1109 m3, 2023-cü ilin fevral ayında 945 m3, 2023-cü ilin mart ayında 324 m3, 2023-cü ilin may ayında 280 m3 və 2023-cü ilin iyul ayında70 m3 qazdan istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,60 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,60 manat pul silinsin. Cavabdehndən dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar