Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-104/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 Cəlı̇ l qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 Cəlı̇ l qızının və İddiaçı2 cavabdeh Qulı̇ yev Rauf Ramı̇ z oğluna qarşı qeyri-qanuni inşa edilmiş tikintinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Cəlı̇ l qızı və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında qeyri-qanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Cəlı̇ l qızı və İddiaçı2 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ünvan 2 ünvana məxsus torpaq sahəsində qeyriqanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanı çoxmənzilli binadır. ünvan 4bdeh Qulı̇ yev Rauf Ramı̇ z oğluna məxsus 12.4 kv.m-dən ibarət qeyriyaşayış obyektinin arxa hissəsi ünvan 3 ünvanıdır və oradakı torpaq sahəsi bina sakinlərinin daimi istifadəsindədir. Cavabdeh Qulı̇ yev Rauf Ramı̇ z oğlu qeyri-qanuni olaraq 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə onların istifadələrində olan torpaq sahəsini zəbt edərək tikintini 40 kv.m-ə çatdırmış, hətta ikinci mərtəbəni də qeyri-qanuni olaraq inşa etdirmişdir ki, faktiki olaraq gələcəkdə onların binalarının qəzalı vəziyyətə düşməsinə səbəb olacaqdır. Belə ki, yağış yağarkən cavabdehin qeyri-qanuni tikdirdiyi binanın 2-ci mərtəbəsinə yağış suyu yığılaraq mənzillərinin divarlarını rütubətləndirir. Eyni zamanda ikinci mərtəbədən onların mətbəxi qarşısında giriş-çıxış qapısı qoymuş və pilləkənləri də onların istifadəsində olan torpaq sahəsinə qoymaq niyyətindədir. Özünün şəxsi mənafeyi üçün sakinlərin ümumi istifadəsində olan torpaq sahəsindən ticarət obyekti kimi istifadə etmək qanunvericiliyə uyğun deyildir. Əlavə olaraq bildirmişlər ki, cavabdehin qeyri-qanuni tikinti işi aparmasına görə barəsində inzibati xəta haqqında 14 mart 2021-ci il tarixdə protokol tərtib edilmişdir. Həmin protokol Gəncə şəhəri İcra Hakimiyyətinin 18 fevral 2021-ci il tarixli təqdimatına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı1 Cəlı̇ l qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatda göstərmişdir ki, iddia tələbi və ekspertin rəyi ilə razılaşmır. O, qeyri yaşayış sahəsini alqı-satqı ilə almışdır. Apardığı tikinti işləri qanuni tikililərdir. Bu baxımdan iddia əsassız olduğundan iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 14 mart 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Gəncə şəhəri, Şeyxbahəddin küçəsi, bina 38-də qanunsuz tikinti aparmış, barəsində 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021-ci il tarixli aktından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Səbuhi Xasayev 41A ünvanında vətəndaş Cavabdeh müraciəti ilə bağlı ƏMDX-dan daxil olmuş tapşırıqla əlaqədar olaraq yerində araşdırma aparılmış, araşdırma zamanı ünvanda Cavabdeh müraciət etdiyi qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan ticarət obyektinin arxasında yerləşdiyi, müraciətdə nəzərdə tutulan ərazinin Mənzil Kommunal İstehsalat Birliyinin balansında olan yaşayış binasının sakinləri X3 (4 nəfər ailə üzvü) və X2 (6 nəfər ailə üzvü) ümumi istifadəsində olan torpaq sahəsinin olduğu, həmin torpaq sahəsində yaşayışçıların orada olan talvar, anbarlar, hamam və tualet binasından istifadə etdikləri, Cavabdeh iddia etdiyi qeyri-yaşayış binasının da vətəndaşlar tərəfindən istifadə olunan anbar binası olduğu, Cavabdeh məxsus ticarət obyektinin sənəd üzrə 12.4 kv.m olmasına baxmayaraq bina sökülərək yenidən hər mərtəbəsi təxminən 40 kv.m olmaqla 2 mərtəbəli qeyri yaşayış binasının inşa edilməsi müəyyən olunmuşdur. İşdə olan AN-İ ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Səbuhi Xasayev 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv.m olan qeyri-yaşayış binasının tam hissəsini 5000 manata Cavabdeh satmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2020-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 Cəlı̇ l qızının adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2012ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi bina 38, mənzil 8 daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə İddiaçı1 Cəlı̇ l qızının adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Şeyxbahəddin küçəsi bina 38, mənzil 1 daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022ci il tarixdə tikili A-da sahəsi 27.3 kv.m olan 1 yaşayış otağı X4 adına, tikili A-da sahəsi 22.4 kv.m olan 1 yaşayış otağı, 12.0 kv.m köməkçi sahə X8 adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2021-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sual üzrə ünvan 9 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş (qeyri-yaşayış)sahəsi ticarət obyektinin 1-ci mərtəbə səviyyəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin 36.0 kv.m olduğunu nəzərə alaraq Cavabdeh mülkiyyətində olan 12.4 kv.m daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Qərardadın 2-ci, 3-cü, 4-cü və 5-ci sualları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Layihə -Tədqiqat idarəsinin mütəxəssislərinə aid olduğundan(mütəxəssis rəyi təqdim olunmadığından) bu suallar üzrə tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş 40.0 kv.m mübahisəli tikilinin 16.0 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24.0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/589 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin üzərində aparılmış əlavə tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarix 160 No-li qərarı ilə təsdiq edilmiş cTəsdiq olunmuş şəhərsalma sənədləri üzrə yen obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsd q edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2.-ci bəndinin tələblərinə uyğun olmadığı, cavabdeh tərəfindən inşa edilən tikilinin digər şəxslərin mənzil hüquqlarını pozub-pozmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadığı, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçıların tələbi ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin sahədə qoyulmuş maneənin aradan qaldırılması ilə əlaqədar olduğundan həmin münasibətlərə ümumi istifadədə olan torpaqla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən normaların tələbindən görünür ki, ümumi istifadədə olan torpaqların mülkiyyətə verilməsini qanunvericilik nəzərdə tutmamışdır. Həmçinin, qanunvericilikdə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli tikilinin 24,0 kv.m hissəsi həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən istifadə edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsi Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh ekspertiza xərci olan 50 manat alınaraq dövlət büdcəsinə və iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 Cəlı̇ l qızı və İddiaçı2 verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsi Cavabdeh hesabına sökülsün. İş üzrə məhkəmə xərci olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə və iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 Cəlı̇ l qızı və İddiaçı2 verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-104/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-104/2023
18.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver