Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1059/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli, 3-1-43 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2938 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli, 3-1-43 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2938 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin ləğvi olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək, işin baxılmamış saxlanmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizənin qaytarılması barədə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılmasını (baxılmamış saxlanmasını) xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli, 3-1-43 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2938 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1059/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1059/2025
18.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver