Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1152/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) *9.*8.1993cü il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, oğlu - *9 avqust 1993-cü ildə anadan olmuş X3 anadangəlmə serebral iflic xəstəsidir. Övladının fiziki və psixi inkişafı yaşı ilə uyğun deyil və inkişafdan çox geri qalıb. Oğlunun əqli qüsuru o dərəcədədir ki, özünü qətiyyən idarə edə bilmir, daimi qulluğa və nəzarətə ehtiyacı var. O, tamamilə körpə uşaq kimidir, ehtiyaclarını ailə üzvlərinin köməyi olmadan qətiyyən həyata keçirə biimir, heç nəyi dərk etmir. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Bu ağır xəstəliyinə görə övladı Aytəkinə İ Qrup əlillik dərəcəsi təyin edilib. Ona görədə oğluna qəyyum təyin olunmağı zəruridir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 nömrəli TSEK müayinə aktının çıxarışının surətindən görünür ki, *9.*8.1993-cü il təvəllüdlü oğlu X3 müddətsiz 1-ci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 22.*2.2*23-cü il tarixli 119 saylı rəyindən görünür ki, *9.*8.1993-cü il təvəllüdlü oğlu X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları İlə XBT-1* (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. *9.*8.1993-cü il təvəllüdlü X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularıın beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. İş materiallarında olan Gəncə şəhər İcra hakimiyyəti başçısının 18.*4.2*23-ci il tarixli məktubundan görünür ki, Aytəkin İsayevin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Aytəkin İsayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan XX-ЖГ 44724* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, *9.*8.1993-cü il təvəllüdlü oğlu X2 anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi *9.*8.1993-cü il təvəllüdlü oğlu X2 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 22*, 227, 233.1, 317-322, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. *9.*8.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1152/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1152/2023
18.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver