Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1154/2022 19.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borc məbləğinin müəyyən edilməsi” tələbinə dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borc məbləğinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2*19-cu il tarixli LK-798347438 saylı kredit müqaviləsinə və həmin müqavilənin əlavəsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 3*** (üç min) manat məbləğində kredit məbləğinin müqabilində girov qoyduğu 12 ədəd qızıl-zinət əşyasının mütəxəssis tərəfindən qiymətləndirilməsi və MMC-yə olan real borcunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, yəni iddianın predmetinin hazırki vəziyyətdə maddi hüquqi əsası olmaması səbəbindən iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsində göstərilən tələb hər hansı mübahisə ilə bağlı deyil, yalnız qızıl-zinət əşyasının qiymətləndirilməsi və real borcun müəyyən edilməsi ilə bağlıdır ki, iddiaçı həmin tələblə ayrıca mütəxəssisə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə, yəni iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borc məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq mütəxəssisə müraciət edə bilər. Qərardaddan 1* gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1154/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1154/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver