Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1179/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktının həmin aktda qeyd olunan digər şəxslərlə yanaşı ərizəçiyə də məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktının həmin aktda qeyd olunan digər şəxslərlə yanaşı ərizəçiyə də məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, o, valideynləri ilə birlikdə Samux rayonunun Hacıalılı kəndində yaşayarkən Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001-ci il tarixli 10 saylı qərarı ilə atası X3, anası X5 və ona həmin kəndin ərazisindən kənd təsərrüfatı təyinatlı 1,50 hektar torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktında texniki yalnışlıq səbəbindən onun atasının adı «Ənvər» deyil, «Mubariz» yazılmışdır. Onun atası X6 02 sentyabr 2009-cu il tarixdə, anası X10 isə 25 mart 2017-ci il tarixdə ölmüşdür. Bundan sonra ümumi mülkiyyətdə olan torpaq payları valideynlərindən ona miras qalmışdır. Lakin dövlət aktında mövcud olan həmin yalnışlıq ona nə miras, nə də mülkiyyət məsələlərini həll etməyə imkan vermir. Buna görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi valideynləri ilə onun valideynləri arasında tanışlıq münasibətləri olmuş və onlar ailəvi dost olmuşlar. Buna görə də o, Ərizəçi uşaq yaşlarından tanımış və onların münasibətləri yaxşı olmuşdur. O, Ərizəçi atasının X6 olduğunu, X1 Aqrar islahat komisiyyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsində təsərrüfat işləri gördüyünü bilmişdir. Mülki işdə olan torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat komissiyasının 25 dekabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə X2, X4 və Ərizəçi Mübariz qızının ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,50 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 195450 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1961-ci ildə anadan olmuşdur. Ərizəçi atası X6, anası isə X7r. İşdə olan AZ-İ seriyalı, 825773 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 mart 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 358757 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 sentyabr 2009-cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Hacıallı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 04 iyul 2022-ci il tarixli, 104 nömrəli arayışından görünür ki, JN-0106 saylı dövlət aktındakı Ərizəçi Mübariz qızı ilə Ərizəçi eyni şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Ərizəçi Samux rayonu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə 22 avqust 2022-ci il tarixli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı təqdim edilən sənədlərdə Ərazi İdarəsinin arxiv məlumatlarından mülkiyyətçilərdən birinin ata adında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Samux rayon Aqrar İslahat komissiyasının 25 dekabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə X2, X4 və Ərizəçi Hüseyinqulu qızının ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,50 hektar torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktında Ərizəçi adı yalnış olaraq, Ərizəçi Mübariz qızı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktının Ərizəçi Mübariz qızına aid hissədə özünə məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktının Ərizəçi Mübariz qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0106 (KOD ********) saylı dövlət aktının Ərizəçi Mübariz qızına aid hissədə xx xxxxxxx 1961-ci ildə Samux rayonunun Hacıalılı kəndində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1179/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1179/2022
28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver