Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1192/2022 26.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçünçü şəxslər Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Gəncə şəhəri 1 saylı Notariat ofisi) “mirasın qəbul edilməsinin edilməsi və payların müəyyən edilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “vərəsəlik hüququnun tanınması” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8nın qanun üzrə vərəsəsi qismində tanıyıb ondan miras qalmış ünvan 1 ünvanda yerləşən mülkə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ev 1938-ci ildən mülkiyyət tüququ əsasında X8nın adınadır. X8 ilə X6 23 sentyabr 1925-ci il tarixdə rəsmi nikah qaydasında evlənmiş və birgə nikahdan 6 uşaqları: Zeynalova (Eminova) Firuzə Əmir qızı- 2*14-cü ildə vəfat etmişdir, X17- 1932-ci il təvəllüdlü, X42- 1995-ci ildə vəfat etmişdir, X3*-2*15-ci ildə vəfat etmişdir, X31 - 194*-cı il təvəllüdlü, Cavabdeh - 1943-cü il təvəllüdlü, İddiaçı 26 aprel 1946-cı il təvəllüdlü anadan olmuşdur. X6 1976-cı ildə, X8 22 may 1985-ci ildə vəfat etmişlər. Onların yas xərclərini o və qardaşı Telman çəkmişdir. X37 12 mart 2*15-ci il tarixdə vəfat etmiş, onun yas xərclərini o, çəkmişdir. Mülkdə qardaşı Telmanla birlikdə öz vəsaitləri hesabına tikililər tikmişlər. Telmanın ailəsi olmamış və mülkdə tək yaşamışdır. Anasının vəfatından sonra vərəsə kimi mülkü idarə etmişə mülklə bağlı problemləri həll etmişdir. Bacısı Cavabdeh ata-anasının sağlıqında təxminən 196*-cı illərdə ərə gedərək mülkdən çıxmış, təxminən 2*15-ci ilin əvvəlində əri öldükdən sonra öz adına olan mənzili sataraq ana mülkünə gəlib orada yaşamağa başlamışdır. Telman vəfat edəndən sonra da o,mülkə gedib-gəlib. Lakin sonradan bacısı Həqiqət onları mülkə getməyə qoymamışdır. X5 miras qalmış və vərəsə olaraq onun tərəfindən qəbul edilmiş ünvan 1 ünvanda yerləşən mülkə onun tərəfindən miras qəbul edilməli və paylar müəyyən edilməlidir. Bu məqsədlə o, 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi nə müraciət etmiş, lakin cavabdeh ilə aralarında mübahisə olduğundan tələbi rədd edilmişdir. Sağ qalan vərəsələrdən bacısından başqa hamısı paylarını ona verirlər. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək 22 may 1985-ei ildə vəfat etmiş X8ndam miras qalmış ünvan 1 mənzilin qanun üzrə birinci növbə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və ilkin iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin İddiaçı məhkəmədə ona və digər cavabdehlərə qarşı X11 qanun üzrə vərəsi tanıyıb. Ondan miras qalmış ünvan 2 ünvanda yerləşən mülkə payının müəyyən edilməsini xahiş etmişdi. Mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən mülk məhrum X11 mülkiyyətində olub. O 22 may 1985-ci ildə vəfat edib. İddiaçı onun qardaşıdır. O orta məktəbi bitirdikdən sonra daimi olaraq Bakı şəhərinə getmiş və orda yaşamışdır. Miras mülkdə onun 12 mart 2*15-ci ildə vəfat etmiş qardaşı Telman və o yaşamışdır. Bunu bütün qonşular təstiq edə bilər. İlkin iddiaçı isə heç vaxt anası öləndən sonra o evdə yaşamayıb. İlkin iddiaçı mirsa əmlak nə faktiki olaraq nə də notariat orqanına müraciət etmək yolu ilə qəbul etməyib. Onun iddia ərizəsinə görə mülkdə olan evlərin tikilməsində, miras əmlakı idarə etməsi barədə dedikləri həqiqətə uyğun deyil. Telmanın qanun üzrə birinci növbə vərəsi yoxdur. Belə olan halda həmin miras əmlakı yalnız o qəbul etmişdir. O, 2*13-cü ildə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək həmin evə istifadə hüququnun tanınması tələbi ilə müraciət etmişdir. Uzun illər bundan əvvəl Gəncə şəhəri Dədə Qoqud küçəsi 8 saylı binanın 16 saylı mənzilini almışdır və həmin mənzilə Sovet qanunlarına uyğun olaraq qeydiyyata düşmüşdür. Buna görə də faktiki yaşadığı ünvan 3 ünvanda pasport qeydiyyatından çıxsmışdır. Mülkün mülkiyətçisi öldüyü üçün o, həmin əmlaka qeydiyyata düşə bilmir. Bu baxımdan da məcbur olub məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 12 iyun 2*13-cü il tarixli, 2(*44)-9*8/2*13 saylı qətnaməsi ilə mənim iddia tələbim təmin edilmişdir. Həmin qətnamə ilə elə müəyyən edilir ki, həmin miras əmlakda yalnız o və qardaşı Telman yaşamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, anası Gülsüm vəfat etdikdən sonra mübahisəli əmlakda sadəcə Telman Zeynalov adlı qardaşları yaşamışdır. Daha sonra Telmanın icazəsiylə Cavabdeh da həmin evdə yaşamış və Telmanın vəfatından sonra da orada yaşamağa davam etmişdir. Telman heç vaxt ailə qurmamışdı. İddiaçı Bakı şəhərində yaşamağına baxmayaraq, anası Gülsümün sağ olduğu vaxt və vəfatından sonra həftəsonları və bayram günləri mübahisəli əmlaka gedib-gəlmiş, valideynini və qardaşı Telmanla maraqlanmış, onların maddi dəstək olmuşdur. Cavabdeh ilə qardaşı Telmanın və digər qohumlarının münasibəti həmişə soyuq olmuşdur. İddiaçı tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan X31 və X18 tərəfindən notarial qaydada verilmiş *6.*1.2*22-ci il tarixli ərizələrdən görünür ki, onlar 22.*5.1985-ci ildə rəhmətə getmiş anaları X14 məxsus olmuş Gəncə şəhəri, Şahsevənlər küçəsi, 39 ünvanında yerləşən fərdi yaşayış evinin qardaşı İddiaçı adına sənədləşməsinə və keçirilməsinə etiraz etmirlər. İş materiallarında olan 29.12.2*21-ci il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X21 22.*5.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan arayışların surətindən görünür ki, X12 26.*7.1976-cı ildə, X42 24.*9.1995-ci ildə, X3* 11.*3.2*15-ci ildə, X34 25.*1.2*14-cü ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışın surətindən görünür ki, İddiaçı 26.*4.1946-cı il tarixdə anadan olmuş, şəhadətnamənin ata qrafasında X12, ana qrafasında X21 qeyd edilmişdir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X35 ilə X31 *8.1*.1972-ci ildə evlənmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X17 26.1*.1932-ci ildə doğulmuş, atası X32, X8dır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X25 31.1*.1928-ci ildə doğulmuş, atası X32, X8dır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X31 *9.*1.194*-cı ildə doğulmuş, atası X32, X8dır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin *7.*1.2*22-ci il tarixli məktubundan görünür ki, ünvan 1 fərdi yaşayış evi barədə arayışın verilməsinə dair məktubuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Cavab olaraq bildiririk ki, Gəncə şəhər notariat kontorunun 31.*7.1934-cü il tarixli 16869 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Vorovski küçəsi, 55 saylı fərdi yaşayış evi X39 tərəfindən Cabbar X2. Kirovabad şəhər notariat kontorunun *1.*7.1935-ci il tarixli 157*4 saylı alqı-satqı müqaviləsinə əsasən bu müik X3. Kirovabad şəhər notariat kontorunun 14.*4.1938-ci il tarixli 943 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Alıcının adına mülkün yerləşdiyi 182.* kvm torpaq sahəsinə dair 1*,*8.194*-cı il tarixli torpaq qeydi tərtib edilmişdir. Hal-hazırda ünvanı ünvan 4kın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasinin Dövlət Tarix Arxivinin 12.*1.2*22-ci il tarixli arayışının surətindən görünür ki, Gəncə “Asan Xidmət” Mərkəzindən daxil olmuş 28.12.2*21-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Gəncə şəhər nikah evinin sənədlərində Əmir Zeynalov (sənəddə olduğu kimi) ilə Gülsüm Əsgər qızının nikah tarixlərinə dair məlumat aşkar olunmuşdur. Nikah tarixi: 23 sentyabr 1925-ci il. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 sayli Notariat ofisinin 14.*3.2*22-ci il tarixli imtina qərarından görünür ki, ərizəçi İddiaçı 22.*5.1985-ci il tarixdə vəfat etmiş mərhum X8nın vəfatından sonra adına miras qalmış əmlakın ərizəçi İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin mərhumun vərəsələri arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün olmamışdır. Göstərilənlərə əsasən Azərb Respublikası Notariat haqqında qanunun 4*-cı maddəsini rəhbər tutaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 12 iyun 2*13-cü il tarixli, 2(*44)-9*8/2*13 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək Cavabdeh Gəncə şəhəri, Şahsevənlər küçəsi 39 saylı evə istifadə hüququnun tanınmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən evə cavabdehin razılığı ilə köçmüş və həmin mənzildə yaşayaraq, birgə təsərrüfat aparmışdır. Buna görə də Cavabdeh həmin evdən kirayəçinin ailə üzvü kimi istifadə hüququ əldə etmişdir. İş materiallarında olan qəbzlərinə surətlərindən görünür ki, İddiaçı X22 müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul baratları göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirdi ki, ünvan 5 ünvana köçüb. ünvan 6aşayırdı. Həqiqət boşandıqdan sonra həmin evdə yaşamağa başlamışdır. Telman vəfat edəndən sonra da Həqiqət orada yaşamağa davam etdi. Sahibi tanımır, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirdi ki, o, Şahsevənlər 33 ünvanında yaşayır, Həqiqət qonşusu olub və Zeynalov Telman ilə Gəncə şəhəri, Şahsevənlər küçəsi 39 saylı evdə yaşayırdı. Telman rəhmətə gedəndən sonra həmin evdə Həqiqət yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, Sahib onun qardaşıdır. Anası Gülsüm vəfat etdikdən sonra Gəncə şəhəri, Şahsevənlər küçəsi 39 saylı evdə qardaşı Telman yaşayırdı. Anası Gülsüm rəhmətə getməmişdən əvvəl Şərqiyyə Məmmədova başqa evə köçmüşdü. Həqiqət boşanıb gəldikdən sonra Telman həmin evdə onun yaşamağına razılıq verdi. Telman evlənməmişdi, o, rəhmətə gedəndən sonra həmin evdə Həqiqət yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirdi ki, Sahib onun qardaşıdır. Gəncə şəhəri, Şahsevənlər küçəsi 39 saylı ev anası Gülsümün olmuşdur. Anası vəfat etdikdən sonra evdə qardaşı Telman yaşamışdı. Anasının vəfatından əvvəl Yavər Zeynalova başqa ünvana köçmüşdür. Həqiqət boşanıb gəldikdən sonra Telman həmin evdə onun da yaşamağına razılıq verdi. Telman heç vaxt evlənməmişdi. Telmanın vəfatından sonra həmin evdə indiyədək Həqiqət yaşayır. Məhkəmə ilk növbədə miras əmlakın statusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlak olmasına baxmayaraq həmin əmlakın dövlət qeydiyyatına alınması üçün bütün əsaslar mövcuddur. Belə ki, daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alğısatqı müqaviləsinə əsasən X4, əmlakın yerləşdiyi torpaq sahəsinə dair torpaq qeydi tərtib edilmişdir. Həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcuddur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.*.3-cü və 8.*.8-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2*15-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.1-ci və 1.2-ci bəndlərində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi 39 ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq mülkiyyət hüququna bərabər tutulan hüquqla X7 məxsus olduğu üçün miras əmlak hesab edilməlidir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı iki mübahisə mövcuddur. Birinci mübahisə X11 vərəsələri arasında olan mübahisə, ikinci mübahisə isə X11 vərəsələri arasında olan mübahisədir. X21 22.*5.1985-ci il tarixdə vəfat etdiyindən birinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X11 qanun üzrə birinci növbə vərəsələri X17, X31, Cavabdeh, X33, X42, X3* və İddiaçı olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslərdən X3* anasının sağlığında onunla birlikdə yaşamış, anasının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişdir. Digər vərəsələr analarının sağlığında həmin evi tərk edib getmiş, analarından hər hansı miras qəbul etməmiş, analarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. Gülsüm Zeynalovanın ölümündən sonra İddiaçı miras qalmış evi və X37u ziyarət etməsi özlüyündə onun mirası qəbul etməsi anlamına gəlmir. Çünki, mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktik qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi nəzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. İddiaçı analarından miras qalmış evi idarə etməsi, eləcə də həmin evə yiyələnməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Onun mübahisəli evə hər hansı sahiblik iddia etməməsi miras qalmış əmlaka yiyələnmədiyini və həmin əmlakı idarə etmədiyini, anasının və onun ölümündən sonra qardaşı Telmanın yanına gəlib-getməsi, onların maddi və mənəvi qayğılarına qalmasının ailə və qohumluq münasibəltəri ilə bağlı olduğunu göstərir. Beləliklə məhkəmə birinci mübahisə ilə bağlı belə qənaətə gəlir ki, mərhum X11 mirasını onun vərəsələrindən yalnız X3* mirası idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişdir. Mülki işdəki ikinci mübahisə, yəni X2* vərəsələri arasındakı mübahisə isə X2* vəfat etdiyi 25.*2.2**8-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). X3* evlənmədiyindən onun vərəsələri bacı və qardaşlarıdır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, X2* ölümündən sonra onun vərəsələrindən Cavabdeh mübahisəli evdə yaşamış, mirasa faktik sahiblik etmək yolu ilə qəbul etmiş və bunun aşkar nümayiş etdirmişdir. Bununla, Cavabdeh miras əmlaka vərəsəlik hüququ müəyyən edilməlidir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalı, X7 məxsus olmuş, X16 miras qalmış, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 39 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət mirasın iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və və həmin əmlaka vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22* və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsinin və payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. X7 məxsus olmuş, X16 miras qalmış, Gəncə şəhəri, Şahsevənlər küçəsi 39 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilsin və həmin əmlaka Cavabdeh vərəsəlik hüququ tanınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən *1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1192/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1192/2022
26.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver