Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1227/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin onun işdən azad olunması haqqında N mart 2N22-ci il tarixli 76 nömrəli əmrinin ləğv edilərək hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2N11-ci ildən N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işə başlamış, işdə nizam-intizam qaydalarına əməl etməklə əmək müqaviləsində göstərilən norma və qaydalara uyğun işləmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələr günü, Dünya Azərbaycanlarının Həmrəylik günü və Yeni il münasibəti ilə fəxri fərmanla təltif olunmuş, həmçinin işlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Lakin son dövrdə hərbi hissənin heç bir əsas olmadan N mart 2N22-ci il tarixli 76 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, həmin əmrlə razı deyil və hesab edir ki, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, Əmək qanunvericiliyində inzibati tənbeh tədbiri kimi Əmək Məcəlləsinin 7N-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi hallarda yol verildiyi təsbit edilmişdir. Hazırkı halda isə onun tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmişdir. Oğlu xəstədir, hazırda maddi imkanları çox aşağıdır. O, işlədiyi müddətdə ən azından ailənin gündəlik tələbatlarını və oğlu Rəşadın müalicəsini güclə olsa da qarşılaya bilmişdir. Lakin hazırki vəziyyətdə isə bu qeyri-mümkündür. Ona hərbi hissənin N mart 2N22-ci il tarixli 76 nömrəli əmrinin surəti verilməmiş və həmin əmr barəsində şifahi olaraq məlumatı olduqdan sonra mediasiya təşkilatına müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirdi ki, onun işdən azad edilməsinin səbəbi kimi hərbi hissənin yeməkxanasından yağ oğurlaması iddia olunsa da bu barədə sübutlar təqdim olunmamışdır. O, hərbi hissədə mülki işçi kimi öz vəzifələrini nümunəvi yerinə yetirmiş və bununla bağlı hərbi hissə komandiri tərəfindən təltif olunmuşdur. Bundan başqa onun işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının razılığı da alınmamışdır. O, həmkarlar təşkilatının sədrindən işdən azad edilməsi ilə bağlı razılıq verilib verilmədiyini soruşanda həmkarlar təşkilatının sədri onun işdən azad edilməsindən məlumatının olmadığını bildirmişdir. İddiaçının vəkili X5 iddiaçının göstərdikləri ilə eyni məzmunlu izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin iddiaçının işdən azad olunması haqqında N mart 2N22-ci il tarixli 76 nömrəli əmri qanunsuz və əsassızdır. İddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla əsaslandırılmış qərar çıxarılır. Həmçinin, cavabdehin nümayəndəsinin iddiaçının üzərindən 15 qram çəkidə olan 18 ədəd kərə yağının aşkar edilərək götürülməsi faktı da öz təsdiqini tapmamış və bu faktı təsdiq etməli olan şahidlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, sözügedən əmr qanunvericiliyin tələbi kobud şəkildə pozulmaqla verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 3N avqust 2N22-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı əvvəllər də bir neçə dəfə hərbi hissənin yeməkxanasından əsgərlər üçün nəzərdə tutulmuş qida və məişət məhsullarını götürmüş, dəfələrlə bu barədə ona şifahi xəbərdar edilmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2N22-ci il tarixdə nəzarət-buraxılış məntəqəsinə yaxınlaşaraq işdən çıxıb evə getmək istəmiş, lakin buraxılış məntəqəsində ona digər işçi qadınları gözləməsi, onlarla birlikdə baxış keçiriləcəyi bildirilmiş, bundan sonra iddiaçı təlaş işində buraxılış məntəqəsində gözləməkdən imtina edərək işinin yarımçıq qaldığını bildirərək yeməkxanaya doğru getmişdir. Hərbi hissənin top komandiri X1 iddiaçının arxasınca gedərək onu sonacan izləmiş və iddiaçının sinə nahiyəsində gizlətdiyi yağları əli ilə əzərək yararsız vəziyyətə gətirdiyini və qablarını isə yeməkxananın giriş qapısının arxasına atdığını görmüşdür. İddiaçının N nömrəli hərbi hissənin komandirinə verdiyi yazılı izahatından da görünür ki, iddiaçı özü də əvvəllər də bir neçə dəfə oğurluq əməli törətməsini etiraf etmişdir. Qeyd olunan hallar barədə akt tərtib olunmuş, iddiaçının yaşı və qadın olması nəzərə alınaraq onun barəsində inzibati xəta haqqında material açılmamışdır. Məhkəmə, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27 iyul 2N11-ci il tarixdən N mart 2N22-ci il tarixədək N nömrəli hərbi hissədə əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandirinin N mart 2N22-ci il tarixli, 195 nömrəli əmrinin surətindən görünür ki, həmin hərbi hissənin əsgər yeməkxanasının zal xidmətçisi vəzifəsində işləyən mülki işçi İddiaçı xx.xx.2N22-ci il tarixdə 288 nömrəli nəzarət buraxılış məntəqəsində yoxlanılarkən üzərindən 18 ədəd 15 qramlıq kərə yağı aşkar olunduğundan İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 7N-ci maddəsinin “Ç” bəndinə əsasən xx.xx.2N22-cu il tarixdən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin ərzaq xidməti rəisinin maddi-texniki təminat bölməsinin rəisinə ünvanlanmış N2 mart 2N22-ci il tarixli raportundan görünür ki, İddiaçı xx.xx.2N22-ci il tarixdə 288 nömrəli nəzarət buraxılış məntəqəsində yoxlanılarkən üzərindən 18 ədəd 15 qramlıq kərə yağı aşkar olunduğundan barəsində müvafiq tədbir görülməsi üçün vəsatət qaldırılması xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə verdiyi N1 mart 2N22-ci il tarixli izahatdan görünür ki, İddiaçı onun üzərində 15 qram çəkidə olan 18 ədəd kərə yağını gizlətmədiyini, həmin yağları əraziyə atmadığı, lakin əvvəllər yeməkxanadan bir-iki dəfə ət konservi və düyü götürməyə cəhd etdiyini bildimişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, bu Məcəllənin 7Nci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 8N-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7N-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mübahisələndirilən əmrin məzmunundan belə məlum olur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi iddiaçının təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasına əsaslanaraq Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla ləğv edilmişdir. Əmək Məcəlləsinin 8N-ci maddəsinin 1-ci bəndində Əmək Məcəlləsinin 7N-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qaydası müəyyən edilmiş, həmin qayda ilə bu hallarda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ tələb kimi qoyulmuşdur. Maddənin ikinci bəndində isə razılığın yazılı qərar formasında olmalı olduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının işdən azad edilməsi barədə təqdim edilmiş sənədlərdə belə razılıq aşkar edilməmiş, təklif olunmasına baxmayaraq həmin razılıq sonradan da məhkəməyə təqdim olunmamışdır. Bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qaydasına riayət edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 3NN-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7N, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin İddiaçı işdən azad olunması barədə N mart 2N22-ci il tarixli 76 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgər yeməkxanasına yeməkxana xidmətçisi vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma dövrü üçün əməkhaqqı hesablanaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22N-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2N22-ci il tarixli 76 nömrəli əmri ləğv edilsin. Məcburi iş buraxma dövrü üçün əməkhaqqı hesablanıb verilməklə İddiaçı əvvəlki işinə - N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsinə bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1227/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1227/2022
24.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver