Məhkəmə qərarları › İş №2(125)-1250/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1250/2023

17.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1250/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və onun şəxsə qəyyum təyin olunması barəsində ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasını maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 3*.1*.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və onun oğluna qəyyum təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X3 3*.1*.1993-cü il tarixdə anadan olmuşdur və ərizəçi onun anasıdır. Ərizəçi oğlu ilə birlikdə yaşayır. Ərizəçinin oğlu hazırda müddətsiz, birinci qrup əlildir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Vüsal anadangəlmə “uşaq serebral iflici spastik tetraparez” xəstəsidir və hazırda onun himayəsindədir. O özünü sərbəst idarə edə, hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona lazım olan zəruri sənədlərin alınması üçün onun oğlu Vüsala qəyyum təyin olunması zəruridir. Bununla bağlı müraciət etsə də Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası ərizəsinin təmin edilməsindən imtina etmişdir. Ona görə də, oğlu Vüsalın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün oğluna qəyyum təyin olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.*3.2*23-cü il tarixli, 184 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 3*.1*.1993-cü il təvəllüdlü X1 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilir. Qeyd edilənlərdən də göründüyü kimi, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Odur ki, ərizə həmin hissədə təmin edilərək X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, 3*.1*.1993-cü il təvəllüdlü X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, ərizə ərizəçinin şəxsə qəyyum təyin olunması hissədə təmin edilə bilməz. Belə ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 3*.1*.1993-cü il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233.1, 317-321, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. 3*.1*.1993-cü il tarixdə Samux rayonunda doğulmuş X3 (FİN 5Z9NPWG) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar