Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1261/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi – mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən aliment tələbi ilə bağlı barışıq sazişinə qərəzli olaraq əməl olunmadığı üçün sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə ərizəçi ilə maraqlı şəxs rəsmi nikahda olmuşlar və birgə nikahdan bir uşaq – xx.xx.2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4688/2017 nömrəli, 18 iyul 2017ci il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması qət edilmişdir. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, Maraqlı şəxs hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, mediasiya prosesində ərizəçi və maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs birgə nikahdan doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün mart ayından başlayaraq hər ayın 5-dən 30-dək sabit pul məbləğində 170 manat aliment pulunun Maraqlı şəxs tutulması ilə bağlı razılığa gəlmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 1 saylı mediasiya təşkilatına müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1 saylı Mediasiya təşkilatında onunla maraqlı şəxs arasında xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda maraqlı şəxsin 170 manat sabit pul məbləğində aliment ödəyəcəyi barədə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən 2023-cü ilin mart ayından başlayaraq hər ayın 05-30 tarixlərində uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Lakin, Maraqlı şəxs aliment borcunu ödəməməklə öhdəliyini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, maraqlı şəxs barışıq sazişinə əsasən üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirmir. Həmçinin, maraqlı şəxs uşaq tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə baxılma ərəfəsində uşağı 2 günlük qalması üçün atasına, yəni maraqlı şəxsə versə də, o, uşağı apararaq 1 aydır ki, ona göstərmir. Maraqlı şəxs ərizənin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, barışıq sazişi bağlandıqdan sonra ödənişlər etmişdir, axırıncı dəfə 2023-cü ilin iyun ayında aliment ödəmişdir. Əvvəllər uşaq ərizəçinin himayəsində olmuşdur, həmin dövrdə ərizəçi uşağı ona göstərməmişdir, hazırda uşağı öz yanına gətirib və onun himayəsindədir. Uşaqda əqli gerilik olduğundan onun müalicəsi ilə məşğuldur. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin icraatında iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “uşaq tələbi”nə dair iddiası üzrə 2(125)-132/2024 nömrəli mülki iş vardır. Bununla belə, ərizəçinin və maraqlı şəxsin izahatlarından göründüyü kimi, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 Ərizəçi yanında olmaması müəyyən olunur və bu hal mübahisəlidir, belə olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi – mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1261/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1261/2024
17.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver