Məhkəmə qərarları › İş №2(125)-1263/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1263/2024

03.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1263/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ərizəçi X3 və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi X6 maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.2005-ci il təvəllüdlü X10 uzun müddətdir ki, uşaq serebral iflici, spastik tetraplegiya ağır forma, intellektual və nitq inkişafından geri qalma xəstəliyindən əziyyət çəkir. Ona bu xəstəliklərinə görə birinci dərəcəli əlillik verilmişdir. Xəlilov Məcid öz hərəkətlərini və davranışını başa düşmür, demək olar ki, sərbəst hərəkət edə bilmir, nəzarətsiz qalarsa həyatı üçün təhlükəli hərəkətlərə yol verir. Bundan başqa öz fikirlərini çətinliklə başa salır, demək olar ki, danışmağı bacarmır. O, kənar şəxsin köməyi olmadan həyat üçün vacib olan hərəkətləri yerinə yetirə bilmir. Məcidin hərəkətlərinə daim nəzarət olunması üçün onun üzərində qəyyum təyin edilməsinə ehtiyac vardır. Buna görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Lakin oradan verilən cavabda bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi X6 ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AA3669965 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2005-ci ildə anadan olmuşdur. AZ-İİ 012187 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci ildə anadan olmuş X7 ata qrafasında X11, ana qrafasında isə X1 qeyd olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X17 Abbas Səhhət adına Xəstəxana tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2796 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktının surətindən görünür ki, müalicə həkimi A.Abdullayeva tərəfindən X8 uşaq serebral iflici, spastik tetraplegiya, intellektual və nitq inkişafı ləngiməsi diaqnozu qoyulmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatı tərəfindən X4 ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron sistemdən çıxarılmış məlumat vərəqəsinin surətindən görünür ki, X10 birinci dərəcəli əlil olmaqla, ona kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, spastik tetraplegiya ağır forma, intellektual və nitq inkişafından geri qalma diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 X9 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 175 nömrəli rəydən görünür ki, xx.xx.2005-ci ildə anadan olmuş X10 orta dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparezlə ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı- 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X10 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X7 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar