Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1280/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzilinin hüquq müəyyənedici sənədlərinin, yəni 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderin və Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli, 9 saylı protokolundan çıxarışın ərizəçiyə məxsus olması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzilinin hüquq müəyyənedici sənədlərinin, yəni 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderin və Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli, 9 saylı protokolundan çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzili Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi tərəfindən 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderlə onun və digər iki ailə üzvünün daimi istifadəsinə verilmişdir. 2022-ci ilin iyul ayında o, həmin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi onun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Belə ki, Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi tərəfindən verilmiş 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderdə onun adı X3, Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli, 9 saylı protokolundan çıxarışda isə X4 göstərilmişdir. Buna görə də hazırda o, qeyd olunan mənzilə mülkiyyət hüququ əldə edə bilmir. Sonda Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, 27 mart 1986-cı ildə Ərizəçi ilə nikaha girmiş və onlar həmin vaxtdan da ər-arvad kimi yaşamışlar. O, Ərizəçi öz adı ilə tanımış, bütün sənədləşmə işləri Ərizəçi öz adı ilə aparılmış və hətta nikah haqqında şəhadətnamədə də ərizəçinin adı bu qaydada qeyd olunmuşdur. O, Ərizəçi ilə nikaha girərkən Ərizəçi Gəncə şəhərində fəaliyyət göstərən PMK-Avtomobil trestində işləmiş və mənzil növbəliliyi əsasında Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsinin 27 sentyabr 1991-ci il tarixli, 9 saylı iclasının nəticəsinə uyğun olaraq, Ərizəçi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzil verilmişdir. Həmin vaxtdan da o, Ərizəçi və digər ailə üzvləri birlikdə həmin mənzildə yaşamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 22 saylı mənzilində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Onun yaşadığı ünvan Ərizəçi yaşadığı ünvanla qonşudur. O, 1999-cu ildə qeyd olunan ünvana köçərkən, Ərizəçi öz ailəsi ilə birlikdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzilində yaşadığını görmüşdür. Ərizəçi o, yalnız bir adla tanımış və həmin şəxsin mənzilinə dair hər hansı mübahisə olmasını eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, 1996-2012-ci illərdə Ərizəçi yaşadığı binada yerləşən mənzillərdən birində yaşamış, lakin bir neçə il bundan əvvəl qeyd olunan binanın qarşısındakı küçədə yerləşən digər binaya köçüb, orada yaşamağa başlamışdır. O, 1996-cı ildə qeyd olunan ünvana köçərkən, Ərizəçi öz ailəsi ilə birlikdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzilində yaşadığını görmüşdür. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 705(487)/4 nömrəli arxiv arayışının surətindən görünür ki, Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991ci il tarixli 9 saylı qərarı ilə PMK-Avtomobil trestində işləyən X8 Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzili verilmişdir. İş materiallarında 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderin surətindən görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzildə X9 arvadı X1 və qızı X6 ibarət ailə tərkibi ilə yaşayır. İşdə olan Ərizəçi aid ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 05 aprel 1985-ci ildən 01 noyabr 1991-ci il tarixədək Gəncə şəhərində yerləşən Gəncə şəhərində fəaliyyət göstərən PMK-Avtomobil trestində müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 287516 nömrəli, 27 mart 1986-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X5 27 mart 1986-cı ildə nikahlarını qeydə aldırmışlar. İşdə olan XİV-ЖГ seriyalı 440611 nömrəli, 13 oktyabr 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. A.Ərizəçinın atası Ərizəçi, anası isə X2r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 14 iyul 2022-ci il tarixli bildirişindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı mənzil sahəsinə dair Ərizəçi müraciətinə əlavə hüquqmüəyyənedici sənədlərdə mənzilin «Ərizəçi» deyil, «X7» məxsus olduğu qeyd olunur və Ərizəçi müraciətində qeyd olunan mənzilin «Ərizəçi» məxsus olmasını təsdiq edən müvafiq məhkəmə qərarı əlavə edilməmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar Ərizəçi ərizəsinin icrası mümkün olmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli 9 saylı qərarı ilə PMK- Avtomobil trestində işləyən X8 Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzil verilmişdir. Lakin həmin qərarda Ərizəçi adı yanlış olaraq, «X15», Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli 9 saylı qərarı əsasında verilmiş 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderdə isə «X11» kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzilinə dair 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderin və Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli, 9 saylı protokolundan çıxarışın müvafiq hissələrdə həmin şəxsə məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzili barəsində, Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991-ci il tarixli, 9 saylı protokolundan çıxarışının «X15»na aid hissədə və 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderinin «X11»na aid hissədə xx xxxxxx 1963-cü ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı evin 31 saylı mənzili barəsində, Gəncə şəhəri, Gəncə rayon X17 İcraiyyə Komitəsi İclasının 27 sentyabr 1991ci il tarixli, 9 saylı protokolundan çıxarışının «X15»na aid hissədə və 03 oktyabr 1991-ci il tarixli, 261 nömrəli orderinin «X11»na aid hissədə xx xxxxxx 1963-cü ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1280/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1280/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver