Məhkəmə qərarları › İş №2(125)-1285/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1285/2022

01.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1285/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs – Gəncə şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) 13 oktyabr 2**3-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, oğlu 13.1*.2**3-cü il təvəllüdlü X6 anadan olandan ruhi xəstədir. Hal-hazırda Gəncə şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə “Ağır dərəcəli əqli gerilik, psixopatabənzər davranış, nitq qüsuru” diaqnozu ilə qeydiyyatdadır. 1-ci qrup əlildir. O, özünü sərbəst idarə edə bilmir. Onun daim başqa şəxsin qulluğuna ehtiyacı vardır. Müəyyən lazımi sənədlərin alınması zamanı oğlunun xəsdəliyi ilə əlaqədar o heç bir yerə gedə bilmir. Ona görədə oğluna qəyyum təyin olunmağı zəruridir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi fondu X13 Gəncə Daşkəsən regional filialının 29.*6.2*22-ci il tarixli arayışından görünür ki, X6 DSMF X13 Gəncə-Daşkəsən regional filialından Sosial X7 məlumata əsasən müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 13* manat məbləğində Prezident təqaüdü və müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 22* manat məbləğində sosial müavinət alır. İş materiallarında olan Gəncə şəhər rayonlararası Psixo-nevroloji Dispanseri tərəfindən verilmiş 18.*7.2*22-ci il tarixli məktubundan görünür ki, 13.1*.2**3-cü il təvəllüdlü X8 25.*9.2**8-ci il tarixdən Psixonevroloji dispanserdə “Ağır dərəcəli əqli gerilik, psıxopatabənzər davranış, nitq qüsuru” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyəti başçısının 19.*7.2*22-ci il tarixli, D-2-*99 nömrəli məktubundan görünür ki, 13.1*.2**3-cü il təvəllüdlü X6 məhkəmə qaydasında “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edildikdən sonra Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsində qeyd edilir ki, Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 4967*4 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 13.1*.2**3-cü ildə doğulmuşdur. X1 ilə X9r. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışdan görünür ki, *8.*6.2*22-ci il tarixdə X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, nitqində qüsur, psixopatabənzər davranış, qulluq və müalicə tələb edən ciddi qüsur, psixopatabənzər davranış diaqnozu ilə əlillik və ya sağlamlıq imkanları müddətsiz məhduddur, əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş *1.1*.2*22-ci il tarixli 6*3 nömrəli rəyindən görünür ki, X6 fəaliyyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. X6 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitq qüsuru ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X2 Qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə İ-ci qrup müddətsiz əlillik təyin edilməsi, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, internat məktəbində qısa müddət oxumasına baxmayaraq oxumaq və yazmaq vərdişləri əldə etməməsi, keçirdiyi xəstəliklə əlaqədar olaraq hərbi qeydiyyatdan silinməklə hərbi xidmətə yararsız hesab olunması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması,verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda harada olduğunu, hansı ünvanda yaşadığım söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=32%. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 13 oktyabr 2**3-cü il təvəllüdlü X3 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X6 psixi xəstəlik keçirdiyindən və psixi inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də X2 qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 22*, 227, 233.1, 317-322, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. 13.1*.2**3-cü il tarixdə Gəncə şəhərində doğulmuş X2 qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar