Məhkəmə qərarları › İş №2(125)-1292/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1292/2022

16.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1292/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və *7 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və *7 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun nənəsi X39 adına olmuş və X6* 21 noyabr 1977-ci ildə vəfat etmişdir. Onun babası X21 isə daha əvvəl, yəni *9 may 1974-cü ildə vəfat etmişdir. X6* və X1* 5 övladı olmuşdur. X6* vəfat edəndən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yalnız onun anası X4* və dayısı X34 yaşamışlar. X34 31 yanvar 1998-ci ildə, anası X4* isə 25 avqust 2*21-ci ildə vəfat etmişlər. Həmin şəxslər öldükləri günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və analarından miras qalmış əmlakı qəbul etmişlər. X5 qalmış mirasın anası X4* tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, X4* mirası öz adına rəsmiləşdirmədən vəfat etmişdir. Buna görə də miras əmlakda onun anasına çatası pay ona çatmalı idi. Lakin yaxın vaxtlarda o, anasının vəfatından sonra cavabdehlərin, yəni dayısı X16 vərəsələrinin və Cavabdeh2 onun xəbəri olmadan əvvəlcə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini yalnız öz adlarına keçirdikləri, daha sonra isə *7 oktyabr 2*21ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus miras payı Cavabdeh1 bağışladığı müəyyən olunmuşdur. Beləliklə də mülk bütövlükdə Cavabdeh1 adına keçmişdir. Buna görə vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, onun anası X22 payı ona çatmalı olduğu anasının ölümünə kimi sözügedən mülkdə yaşaması, bununla da nənəsindən qalmış mirası qəbul və idarə etməsi gizlədilmiş, ona hər hansı pay verilməmişdir. Əslində isə onun nənəsindən qalmış mirası anasının qəbul etməsi faktı mübahisəsiz olsa da, anası X4* mirası öz adına rəsmiləşdirmədən 25 avqust 2*21-ci il tarixdə vəfat etmişdir. X17 qalmış mirası isə hazırda o, qəbul etmişdir. X39 X44, X36, X4*, X27, X53 və X45 adlı uşaqları olmuş, X23 uşaq yaşlarında vəfat etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı qəbul etməyərək, bildirdi ki, mərhum X39 adına olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ilk gündən X34 yaşamış və həmin mülkün idarə etməsi bir başa Z.İ.Məmmədova aid olmuşdur. İddiaçının mərhum anası X4* isə 199*-cı ilə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və 199*-cı ildə X74 ilə nikaha girərək, Ucar rayonuna köçmüşdür. X4* və X74 bir müddət birlikdə yaşadıqdan sonra Gəncə şəhərinə qayıtmış, Gəncə şəhərində kirayə tutduqları mənzildə yaşamışlar. X6 ailənin maddi vəziyyətinin pis olmasını görmüş, buna görə də 1989-cu ildə Mahirənin adına aldığı Gəncə şəhəri, Lermantov küçəsi, 1-ci dalan, 5 nömrəli evin təmir olunmasına və onların həmin evə köçməsinə köməklik etmişdir. 2**7-ci ilə qədər iddiaçı anası ilə birlikdə həmin evdə qeydiyyatda olmaqla, orada yaşamışdır. Lakin sonradan X22 maddi vəziyyətinin kəskin pisləşməsi səbəbindən ona müraciət edərək, yaşadıqları evi kirayəyə verməyi, ailəni bu yolla dolandırmaq istədiyini bildirmiş və buna görə də müvəqqəti olaraq mübahisəli evdə yaşamağa icazə verilməsini xahiş etmişdir. O isə qohumluq münasibətlərini nəzərə alaraq, iddiaçının və mərhum anasının orada yaşamasına icazə vermişdir. X4* orada müvəqqəti yaşamağa gəlmiş, lakin sonradan ciddi xəstəliyi ilə əlaqədar həmin ünvanda qalmalı olmuş, son bir neçə il yataq xəstəsinə çevrilmiş və o, M.İ.Məmmədovanın öldüyü günə qədər həmin şəxsə qulluq etmişdir. İddiaçı nikaha girdikdən sonra anasına məxsus evə köçmüş və orada yaşamışdır. İddiaçı anası M.İ.Məmmədova isə onunla birlikdə yaşamaqda davam etmişdir. M.İ.Məmmədovanın bütün müalicəsi və müayinəsi onun tərəfindən qarşılanmışdır. M.İ.Məmmədovanın ölümündən sonra yas mərasimini də el adəti üzrə o, təşkil etmişdir. Hətta M.İ.Məmmədovanın 25 avqust 2*22-ci il tarixdə il dönümü mərasimi üzrə maddi xərcləri də o, ödəmişdir. X46i vəfat etdiyi günə qədər onunla münasibətləri daim yaxşı olmuş və iddiaçının pay istədiyi əmlakdan heç vaxt pay istəməmişdir. X8 sağ olarkən Gəncə şəhəri, Lermantov küçəsi, 1-ci dalan 5 nömrəli evi X28 almışdı. X4* məhz bu səbəbdən mübahisəli evin ona məxsus olmasını qəbul etmiş və heç bir iddiası olmamışdır. Bundan başqa, məhrum X4* anasından miras əmlakın qalmasını yaxşı bilirdi. X11 vəfat etdiyi günədək həmin əmlakla bağlı heç bir iddiası olmamışdır. Həmçinin mirasqoyan X29 1977-ci ildə, X18 1974-cü ildə, X34 1998-ci ildə, X4* 2*21-ci ildə vəfat etmişdir. Göründüyü kimi mərhum X4* vəfat edənədək, mirasqoyanın anasının vəfat etməsi, ondan miras əmlak qalması ona açıq-aydın bəlli olmuşdur. Buna baxmayaraq, mərhum qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Eyni ilə iddiaçı anasının 25 avqust 2*21-ci il tarixdə vəfat etməsindən sonra qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində etiraf etmişdir ki, anasından miras qalmış Gəncə şəhəri, Lermantov küçəsi, 1-ci dalan, 5 nömrəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı özü yaxşı bilirdi ki, anası mübahisə edilən miras əmlakı qəbul etməmiş və onun qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Deməli iddiaçının iddia etdiyi anasının mirası qəbul etməsi ümumiyyətlə mövcud olmamışdır. Digər tərəfdən mübahisəli evə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törəmişdir. Buna görə də mübahisəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli evə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 Cavabdeh2 izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 izahatında bildirdi ki, mərhum X6* onun anası, X36 onun qardaşı, X4* isə onun bacısıdır. X4* 199*-ci ildə X74 ilə nikaha girərək, Ucar rayonuna köçmüşdür. Bundan sonra 2***-ci ildə Ş.Y.Cəbrayılovla M.İ.Məmmədova arasında olan nikah münasibətləri başa çatmış və X4* yaşamaq üçün Gəncə şəhərinə qayıtmışdır. 2**7-ci ilədək M.İ.Məmmədova Gəncə şəhəri, Lermantov küçəsi, 1-ci döngədə yerləşən 5 nömrəli evdə yaşamış və daha sonra maddi imkanı ilə əlaqədar həmin evi kirayəyə vermək qərarına gəlmişdir. Qeyd olunan səbəbdən də Cavabdeh2 razılığı əsasında X9 şəhəri, İsrafil Məmmədov küçəsi, 1-ci döngə, ev 2 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti yaşamağa başlamışdır. Lakin sonradan M.İ.Məmmədova xəstəliyi ilə əlaqədar öldüyü günə qədər həmin ünvanda yaşamış və Cavabdeh2 M.İ.Məmmədovaya xidmət etmişdir. X35 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun hər hansı iddiası yoxdur. Sonda İ.İ.Məmmədova iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 izahatında bildirdi ki, mərhum X6* onun anası, X34 onun qardaşı, X4* isə onun bacısıdır. X35 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun hər hansı iddiası yoxdur. Sonda R.İ.Məmmədov iddia tələbi üzrə qərar qəbul etmə məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X67 izahatında bildirdi ki, mərhum X6* onun nənəsi, X34 onun dayısı, X4* isə onun xalasıdır. O, X39 qızı X3* oğludur. X35 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun hər hansı iddiası yoxdur. Sonda C.H.Məhərrəmov iddia tələbi üzrə qərar qəbul etmə məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, iddiaçının və cavabdehlərin nümayəndəsini, cavabdeh M.İ.Vəliyevanı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsləri, habelə şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8* ifadəsində göstərdi ki, İddiaçı onun bibisi qızının oğlu, Cavabdeh2 isə bibisi oğlunun avadıdır. O, uşaq yaşlarından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedib-gəlmişdir. Buna görə də X22 199*-cı ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən gəlin köçdüyünü və 2***-ci ildə geri qayıdıb, özünə məxsus evdə yaşadığını, 2***-ci illərdən öldüyü günədək isə Cavabdeh2 razılığı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başladığını bilmişdir. İddiaçı isə yeni ailə qurması ilə əlaqədar anasının ölümündən bir neçə ay əvvəl həmin ünvandan anasının mülkiyyətində olan başqa bir evə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X81 ifadəsində bildirdi ki, X22 nənəsi və onun nənəsi xala uşaqları olmuşlar. Buna görə də o, X22 yaşayarkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən miras pay tələb etmədiyini bilmişdir. İşdə olan AZ-İ seriyalı 587734 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6* 21 noyabr 1977-ci ildə ölmüşdür. İş materiallarında olan ИЕ seriyalı 8994** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4* *4 avqust 1953-cü ildə anadan olmuşdur. M.İ.Məmmədovanın atası X21, anası X47r. İşdə olan AZ-İİ seriyalı 213*59 nömrəli ölüm haqqında şəhadətamənin surətindən görünür ki, X4* 25 avqust 2*21-ci ildə ölmüşdür. İş materiallarında olan XVİ-ЖГ seriyalı 295793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1991-ci ildə anadan olmuşdur. İddiaçı atası X74, anası isə X31r. İşdə olan 31 may 2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X17 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə *1 iyul 2*22-ci il tarixli arayışdan görünür ki, Kirovabad şəhər Baş Arxitektura İdarəsi tərəfindən X68 fərdi yaşayış evinin tikintisi üçün 1951-ci il tarixli layihə verilmişdir. Kirovabad şəhəri Baş memarının təsdiq etdiyi 23.1*.1953-cü il tarixli fərdi yaşayış evinin qəbulu aktına əsasən Kirovabad şəhəri, Kooperativ küçəsində 198 kv. m. torpaq sahəsində X82 tərəfindən inşa edilmiş 26 kv. m. bir yaşayış otağı, 12 kv. m. eyvandan ibarət tikililər istismara qəbul edilmişdir. Kirovabad şəhər notariat kontorunun 29.*1.1954-cü il tarixli, 1*-2458 saylı alqı-satqı müqaviləsinə əsasən Kirovabad şəhəri, Kolxoz küçəsi, 1-ci döngə, 56 saylı fərdi yaşayış evi X82 tərəfindən X15. Kirovabad şəhər notariat kontorunun 12.*4.1954-cü il tarixli 36-9556 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk (26.* kv.m. bir yaşayış otağı, 12 kv.m. eyvan, 1* kv.m. zirzəmi) X1*1 tərəfindən X3. X48 hazırda ünvanı Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, 1-ci döngə, 2 olan fərdi yaşayış evinə xx.xx.1992-ci il tarixli 7348 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinə X39 adına 2*.*9.2*21-ci il tarixli 1521*24172 qeydiyyat nömrəli nömrəli çıxarış verilmişdir. Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin *7.1*.2*21-ci il tarixli 2V-1513 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X19 vərəsələri Cavabdeh1 və Cavabdeh2 İsrafil Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evindən bərabər hissədə pay almalı olduqları, miras əmlak vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X36 vəfat etmiş anası X48 məxsus olmuş bu ünvanda *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarət olduğu göstərilmişdir; 3M-787 saylı miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 vərəsəlik payını Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 İsrafil Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evinə (istifadəsində olan *,**48 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 25,7 kv. m. bir yaşayış otağı, 12 kv.m. köməkçi sahə, 1*,3 kv.m. zirzəmi) 2*.1*.2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V- 1513 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, 31.*1.1998-ci il tarixdə ölmüş X19 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X19 xx.xx.1977-ci ildə vəfat etmiş anası X48 məxsus olmuş ünvan 1 ünvanında istifadədə olan *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 24 avqust 2*21-ci il tarixli, *5/Q-1816/14 nömrəli arayışın surətindən görünür ki, X19 vərəsələri atası X7 (vəfat edib), anası X35 (vəfat edib), arvadı Cavabdeh2, uşağı Məmmədova (Vəliyeva) Məryəm Zirəddin qızından, uşağı X32 və uşağı Məmmədova (Heydərova) Gülçin Zirəddin qızından ibarət olmuşdur. İşdə olan V-ЖГ seriyalı 259571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 31 yanvar 1998-ci ildə ölmüşdür. İş materiallarında olan İ-ЖГ seriyalı 392**4 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X36 və Cavabdeh2 16 oktyabr 1976-cı ildə nikahlarını qeydə aldırmışlar. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə X39 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli kitabın 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İ-ЖГ seriyalı 429432 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X61 21 noyabr 1977-ci ildə ölmüşdür. İşdə olan Vİİİ-ЖГ seriyalı 86221* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X55 xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. M.Z.Məmmədovanın atası X37, anası Cavabdeh2dır. İş materiallarında olan 21 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 *7.1*.2*21-ci il tarixli 2V-1513 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını qızı Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8-də yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2*15-ci il tarixli 2(*44)-3896/2*15 saylı qətnamənin surətindən görünür ki, X22 və İddiaçı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 3 saylı binanın 4 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2*16-cı il tarixli 2(*43)-57*8/2*16 saylı qətnamənin surətindən görünür ki, həmin məhkəmə qətnaməsi ilə X25 şəhəri, Kəpəz rayonu, Lermantov küçəsi, 1-ci dalan, 5 nömrəli evdən çıxarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2*22-ci il tarixli 22332***7*74 nömrəli arayışın surətindən görünür ki, Kirovabad şəhəri 1 saylı notariat kontorunun *9.*3.1989-cu il tarixli 4-4-436 saylı alqı-satqı müqaviləsinə əsasən X7* məxsus Kirovabad şəhəri, Lermantov küçəsi, 1-ci dalan, 5 saylı ünvanda yerləşən “A-da 42,5 kvadrat metr iki yaşayış otağı, 2*,5 kvadrat metr örtülü eyvan, 14,9 kvadrat metr mətbəx, tikili “B-də 47,5 kvadrat metr iki yaşayış otağı, 8,5 kvadrat metr və 2*,9 kvadrat metr anbar, 8,4 kvadrat metr mətbəx, 17,6 kvadrat metr və 16 kvadrat metr hamam, 8,7 kvadrat metr əl damından ibarət fərdi yaşayış evinin 1/3 hissəsini X2. Kirovabad şəhəri 1 saylı notariat kontorunun 12.*3.1989-cu il tarixli 5-1-594 saylı evin bölgü müqaviləsinə əsasən bu əmlak iki hissəyə bölünmüşdür. Tikili “B”-də 5*,3 kvadrat metr iki yaşayış otağı, 26,5 kvadrat metr örtülü eyvan, 8,5 kvadrat metr mətbəx, 16 kvadrat metr hamam, 1,6 kvadrat metr tualet X72, tikili “A”-da 42,5 kvadrat metr yayış otaqları, 2*,5 kvadrat metr örtülü eyvan, 14,9 kvadrat metr mətbəx, tikili “V”-də 14,6 kvadrat metr hamam, tikili “D”-də 8,7 kvadrat metr əl damı X22 mülkiyyətinə verilmişdir. X28 Lermantov küçəsi, 1-ci dalan, 5 saylı fərdi yaşayış evinə 21.*3.1989-cu il tarixli 146* nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 17.11.2*15-ci il tarixli 1/5-3197/M-164 saylı arayışında 146* nömrəli qeydiyyat vəsiqəsinin naməlum şəraitdə itdiyi bildirilmişdir. X22 adına Lermantov küçəsi, 1-ci dalan, 5 saylı ünvanda *,*163 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 18.12.2*15-ci il tarixli 1515*17291 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 31.*5.2*22-ci il tarixli 2V-126 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak X22 adından X2* adına keçmişdir. Vərəsəyə bu mülkə 17.*6.2*22-ci il tarixli 1522*17284 qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 15.*7.2*22-ci il tarixli 4Ə-12*2 saylı dəyişmə müqaviləsinə əsasən İddiaçı bu əmlakı X56 məxsus Gəncə şəhəri, X78 küçəsi, 1-ci döngə, ev 35, mənzil 25 ilə dəyişmişdir. X14 adına Lermontov küçəsi, 1-ci dalan, 5 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X39 mülkiyyətində olmuş və M.H.İsgəndərova 21 noyabr 1977-ci ildə vəfat etmişdir. X39 vəfat etməsindən sonra qeyd olunan fərdi yaşayış evində onun qanun üzrə birinci növbədə vərəsələri X36 və X4* yaşamışdır. 199*-cı ildə X4 Şakir Yusif oğlu nikaha girərək, başqa ünvana köçmüş və 2***-ci ildə həmin şəxslə aralarında olan nikah münasibətləri başa çatdığına görə Gəncə şəhərinə qayıdaraq, öz mülkiyyətində olan və ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. 2**7-ci ildə isə X4* oğlu İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və vəfat etdiyi 25 avqust 2*21-ci il tarixədək orada yaşamışdır. İddiaçı X17 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmiş, buna dair 31 may 2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 X13 miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli şəhadətnaməyə əsasən bərabər hissədə pay almışlar. X13 qalmış miras əmlak isə onun xx.xx.1977-ci ildə vəfat etmiş anası X48 məxsus olmuş ünvan 1 ünvanında istifadədə olan *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarət olmuşdur. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı üç mübahisə mövcuddur. Birinci mübahisə X39 mirası ilə bağlı mübahisə, ikincisi mübahisə X16 və üçüncü isə X22 mirası ilə bağlı mübahisədir. X6* 21 noyabr 1977-ci il tarixdə və X34 31 yanvar 1998-ci il tarixdə vəfat etdiyindən birinci və ikinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X39 qanun üzrə birinci növbə vərəsələri X44, X36, X41, X53 və X45 olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X38, həmçinin X3* oğlu X49 izahatları, habelə şahidlərin ifadələri ilə müəyyən edilir ki, X39 vərəsələrindən X36 və X4* analarının sağlığında onunla birlikdə yaşamış, analarının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələr isə həmin əmlakı qəbul və ondan pay tələb etməmişlər. Mülki işin məhkəmə tədqiqi zamanı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X35 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X24 1977-ci ildən 199*-cı ilədək yaşadığı müddətdə həmin əmlakın M.İ.Məmmədova tərəfindən miras əmlak kimi qəbul edilməsini mübahisələndirmişlər. Lakin mülki işin mübahisə edilməyən hallarından göründüyü kimi X22 mülkiyyətində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin olmasına baxmayaraq, M.İ.Məmmədova öz iradəsinə uyğun olaraq, 2**7-ci il tarixdən vəfat etdiyi tarixədək də məhz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Bu isə X22 1977-ci ildən 199*-cı ilədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığı müddətdə həmin miras əmlakı faktiki qəbul etdiyini və ona öz mülkiyyəti kimi yanaşdığını göstərir. Əks təqdirdə X4* özünün başqa ünvanda yaşayış sahəsi olduğu halda yenidən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamazdı. Digər tərəfdən şəxsin mülkiyyətində olan əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V- 1513 reyestr nömrəli şəhadətnamənin tərtibi zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq, X36 ilə yanaşı X41 tərəfindən qəbul olunması nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2*22-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2*14-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin həmin vərəsəlik işinin daxilində miras payının bağışlanması barədə X62 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə faktiki olaraq Cavabdeh2 qanunsuz olaraq verilmiş miras payı barəsində bağlandığından etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bağışlama müqaviləsi etibarsız hesab edildiyindən həmin sənədlər əsasında mübahisəli mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsassız verildiyi üçün etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki işin məhkəmədə araşdırılması zamanı X35 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun vərəsələrindən yalnız X36 və X4* tərəfindən faktiki qəbul edildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X35 miras qalmış və X4* tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı, X35 miras qalmış və X36 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın digər ½ hissəsinə X19 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə *6 mart 2**8-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional «ASAN xidmət» mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. X35 miras qalmış və X4* tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı, X35 miras qalmış və X36 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın digər ½ hissəsinə X19 payı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar