Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1314/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinin 21 iyun 2022-ci il tarixli texniki pasportunun və 04 iyul 2022-ci il tarixli çıxarışının X6 və X9 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən **********77-10301 reyestr nömrəli əmlaka dair texniki pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın X10 aid hissədə X9 məxsus olması faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 66 saylı ev onun bibisi X6 və mərhum X3na məxsus olmuşdur. X3 12 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Hazırda o, evin atasına aid olan hissəsinə dair Dövlət Notariat Kontoruna müraciət edib vərəsəlik haqqında şəhadətnamə almaq istəyir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 iyun 2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda və 04 iyul 2022-ci il tarixli çıxarışında onun atasının adı səhvən «Kərim» əvəzinə «Kərəm» yazılmışdır. Bununla da, onun sənədləri ilə həmin sənəd uyğun gəlməmişdir. O, texniki pasportda olan həmin səhvin düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 12 sentyabr 2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, bu barədə məhkəmə qərarı olmalıdır. Beləliklə də, o hüquqlarından istifadə edə bilmir. Buna görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, X13 onun atasıdır. Onun atasının adı «Kərim» olmuşdur və şəxsiyyət vəsiqəsində də bu qaydada qeyd olunmuşdur. X1 mülkiyyətində olmuş Gəncə şəhəri, Azərbaycan küçəsi ünvanında yerləşən 66 saylı fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlərdə X7 adı X4 qeyd olunmuşdur. Onun fikrincə atasının doğum akt qeydində adı Kərəm kimi yazıldığına, sonradan isə şəxsiyyət vəsiqəsində adı Kərim kimi ifadə olunduğuna görə ünvan 1 ünvanında yerləşən evə mülkiyyət hüququ verən sənədlərdə də texniki yalnışlığa yol verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, X13 onun qardaşıdır. X7 doğum haqqında şəhadətnaməsində adı Kərəm kimi yazılsa da, o qardaşının adının Kərim olduğunu bilmişdir. Onun qardaşını hər kəs Kərim kimi tanımışdır. Onun Kərim və yaxud Kərəm adında başqa qardaşı olmamışdır. X2 şəxsiyyət vəsiqəsi alarkən adında buraxılmış səhv aradan qaldırılmış və onun adı Kərim kimi göstərilmişdir. Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 66 saylı fərdi yaşayış evi ona və qardaşına valideynlərindən miras qalmışdır. Hazırda o həmin evin özünə dair hissəsini qardaşının oğlu Ərizəçi hədiyyə edir. Mülki işdə olan ünvan 1 ünvanında yerləşən **********77-10301 reyestr nömrəli əmlaka dair texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X5 və X8 mülkiyyətindədir. İş materiallarında olan AZ-İV seriyalı 594228 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1978-ci ildə Gəncə şəhərində doğulmuşdur. Onun X3, anası isə X12r. İşdə olan AZ-İ seriyalı, 888632 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12 iyul 2017-ci il tarixdə Gəncə şəhərində ölmüş və ölümü 1195 nömrəsi ilə qeyd edilmişdir. İşə əlavə olunmuş X9 aid fərdi uçot kartoçkasından görünür ki, X13 20 aprel 1947ci ildə ölmüş və ölümü 1195 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı, 211575 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X17 arasında 15 noyabr 1973-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən X5 adına verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.4 kv/m olan fərdi yaşayış evinə ½ hissədə X5, ½ hissədə X8 payları müəyyən edilmişdir. X5 mülkiyyət hüququ 04 iyul 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklərin edilməsi barədə 23 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı təqdim edilən sənədlərdə Ərazi İdarəsinin arxiv məlumatlarından mülkiyyətçilərdən birinin adında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 17 avqust 2022-ci il tarixli arayışından görünür ki, X13 20 aprel 1947-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Onun ailə tərkibi belədir: arvadı-X15 (12 aprel 1955-ci il tarixdə anadan olmuşdur); oğlu-X19 (16 avqust 1974-cü il tarixdə anadan olmuşdur); oğlu-X16 (20 dekabr 1975-ci ildə anadan olmuşdur); oğlu-Ərizəçi (xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur). Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********77-10301 reyestr nömrəli texniki pasporta və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən X5 adına verilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə X5, ½ hissədə X8 payları müəyyən edilmişdir. Lakin **********77-10301 reyestr nömrəli texniki pasportda və dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışda X7 adı yalnış olaraq, X4 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən **********77-10301 reyestr nömrəli əmlaka dair texniki pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın X10 aid hissədə X3na məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən **********77- 10301 reyestr nömrəli əmlaka dair texniki pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın X10 aid hissədə X9 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. ünvan 1 ünvanında yerləşən **********77-10301 reyestr nömrəli əmlaka dair texniki pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın X10 aid hissədə X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1314/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1314/2023
12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver