Məhkəmə qərarları › İş №2(125)-1356/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1356/2024

26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1356/2024 26.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət Mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxssus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət Mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 1960-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin mərhum nənəsi X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçinin nənəsi, yəni X1nun anası X4 məxsus ünvan 1 ünvanda yerləşən mülk vardır. İmmi Ələskərova xx.xx.1963-cü ildə vəfat etmişdir. X1 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. O, anadan olandan hazırkı vaxta qədər həmin ünvanda yaşayır. Nənəsinin yeganə vərəsəsi kimi, həmin fərdi yaşayış evini hazırda öz adına qeyd etdirmək istəyir. Bunun üçün notariat ofisindən vərəsəlik məktubu alıb Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etmişdir. Həmin orqan tərəfindən X3 adına Çıxarış verilmiş, lakin, onun ata adı “İrza” əvəzinə səhvən “Rza” kimi qeyd edilmişdir. Bu səbəbdən, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ölüm haqqında şəhadətnamə ilə çıxarış arasında uyğunsuzluq yaranmış və maraqlı şəxs kimi qeyd etdiyi notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Həmin Çıxarışın verilməsinə əsas ilkin sənədlər — ünvan 1 evə (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) 1960-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Şəhadətnamədə səhvən ata adı “İrza” əvəzinə “Rza” kimi qeyd edilmişdir. Həmin səhvin düzəldilməsi məqsədi ilə Kirovabad şəhər Dövlət notariat kontoruna müraciət etmək məqsədi ilə həmin notariat kontorunun hüquqi varisinin hansı notariat kontoru olduğunu öyrənmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə şəhər ərazisində fəaliyyət göstərən dövlət notaraiat ofislərində 1960-cı illərdə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Kirovabad şəhər Dövlət notariat kontorunun 1960-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsində düzəliş edilməsi xahişi ilə 1 saylı Gəncə “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, bir notariusun təsdiq etdiyi hər hansı bir sənəddə digər notariusun düzəliş etmək səlahiyyəti yoxdur. Beləliklə, ərizəçi hüquqlarından istifadə edə bilmir. Mərhum nənəsi X3 ata adının həqiqətən də “Rza” deyil, “İrza” olduğu ona məxsus olan doğum haqqında şəhadətnamədən, ölüm haqqında şəhadətnamədən, evlənmə haqqında şəhadətnamədən aydın olur. Odur ki, ünvan 1 ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 1960-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin mərhum nənəsi X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə cıxarılması məhkəmədən xahiş olunmuşdur. Göründüyü kimi ərizəçi Kirovabad şəhər Dövlət notariat kontorunun 1960-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsində düzəliş edilməsi xahişi ilə 1 saylı Gəncə “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə etdiyi müraciətə etmiş və ona cavab olaraq bildirilmişdir ki, bir notariusun təsdiq etdiyi hər hansı bir sənəddə digər notariusun düzəliş etmək səlahiyyəti yoxdur. Həmçini ərizədən müəyyən olunur ki, ərizəçi həmin səhvin düzəldilməsi məqsədi ilə Kirovabad şəhər Dövlət notariat kontoruna müraciət etmək məqsədi ilə həmin notariat kontorunun hüquqi varisinin hansı notariat kontoru olduğunu öyrənmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə şəhər ərazisində fəaliyyət göstərən dövlət notaraiat ofislərində 1960-cı illərdə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi Kirovabad şəhər Dövlət notariat kontorunun yerində hansı notariat orqanın fəaliyyət göstərməsi ilə bağlı müraciət etməli, bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnaməsində düzəliş edilməsi barədə ərizə ilə notariat orqanına müraciət etməli, imtina verildiyi halda isə notariat orqanın hərəkətindən məhkəməyə müraciət etməli idi. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, Ərizəçi işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar