Məhkəmə qərarları › İş №2(125)-1379/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1379/2024

22.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1379/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh4, Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3, Cavabdeh4, Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, 1997-ci ildə Cavabdeh3 ilə nikaha girmişdir. Birgə nikah dövründə onlar "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzili almış və həmin mənzil onun adına rəsmiləşdirilmişdir. O, mülkiyyətində olan əmlakın idarə olunması üçün Cavabdeh3 etibarnamə vermişdir. Sonradan onunla Cavabdeh3 arasında olan münasibətlər pozulmuş və o, məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. xx.xx.2017-ci il tarixdə isə o, notariat ofisinə müraciət edərək, Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Bu zaman o, əri Cavabdeh3 verilmiş etibarnamədən qanunsuz istifadə edərək, onun mülkiyyətində olan mənzili öz bacısı Cavabdeh4 adına rəsmiləşdirdiyini bilmişdir. Bundan sonra o, qeyd edilən mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisəli mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5479/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə icraatı dövründə xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzil Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmışdır. Buna görə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etirazında Cavabdeh4 iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsindən görünür ki, Şərur» MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 keçirilməsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5479/2022 nömrəli qərardan görünür ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 1467/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4Ə-2577 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzil Cavabdeh3 mülkiyyətindədir. Beləliklə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzil üzrə hüquqlar İddiaçı məxsus olmuşdur. Lakin Cavabdeh3 həmin mənzili İddiaçı tərəfindən daha əvvəl verilmiş, artıq ləğv olunmuş etibarnamə əsasında öz bacısı Cavabdeh4 adına keçirilməsinə razılıq vermiş və buna nail olmuşdur. Bütün bunlar isə İddiaçı mənzil üzərində hüquqlarından məhrum edilməsinə yönəndilmişdir. İddiaçı Cavabdeh3, Cavabdeh4 və "xxxx" MTK-ya ("xxxx" MMC) qarşı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzilin Cavabdeh4 adına keçirilməsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi ilə "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 keçirilməsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5479/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 4Ə-2577 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmış, Cavabdeh3 həmin mənzil üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Cavabdeh3, Cavabdeh4, Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 mülkiyyətinə keçməsinə əsas olmuş xx.xx.2019-cu il tarixli müqavilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi ilə etibarsız hesab edildiyindən A.M.Mayılovanın həmin mənzilə sərəncam vermə hüququnun olmaması halının mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız ola əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. «N.Əsədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. «X.Mirzəliyevin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh4 "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzil üzərində sərəncam vermə hüququ olmadığı halda, həmin mənzili xx.xx.2021-ci il tarixli 4Ə-2577 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 bağışlamışdır. Qeyd olunan səbəbdən həmin müqavilə etibarsızdır və etibarsızlıqla bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb deyildir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmalı və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunsun və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar