Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-138/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X8 miras qalan əmlaka birinci növbə vərəsə kimi onların paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ataları Mədəd Rzayev xx.xx.2022-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyi nəticəsində ölmüşdür. Atalarının sonradan ailə qurduğu vərəsə kimi müraciət etmiş Cavabdeh ilə mərhum arasında bağlanmış nikahın etibarsız hesab edilməsi tələbi ilə bağlı çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1504/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur. Cavabdeh qanunu pozaraq nikah şəhadətnaməsi əldə etməklə vərəsə olmaq iddiasındadır, nikah şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi davam edir. Konstitusiya Məhkəməsinə daxil olmuş şikayət ilkin öyrənmə mərhələsindədir, Konstitusiya Məhkəməsinin aparatının icraatındadır. Miras əmlaklar mərhum anası X5 və mərhum atası X1 1996-1998-ci illərdə alınmışdır. Hazırda cavabdeh saxta sənəddən istifadə etməklə nikah şəhadətnaməsi əldə etmiş, vərəsələr sırasına daxil olmuşdur. Saxta sənədin istifadəsi faktı ilə bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma davam edir. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq mərhum X8 miras qalmış “Mercedes Benz- Vito” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış evinə və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 2 ünvanında yerləşən yaşayış evinə hər iki iddiaçının ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun və digər iddiaçı X9 Cavabdeh və Göygöl rayon Qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiaları təmin edilmişdir. Lakin digər instansiyalar onların subyektiv hüquqlarını tanımamışdır. Sənədin saxta olmasına dair prokurorluğun və polis orqanının qərarları var. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbinin təmin edilməsini xahiş etmiş, digər iddiaçı ilə eyni məzmunlu izahat verərək həmçinin izahatında bildirmişdir ki, sənədin saxta olması öz təsdiqini tapmışdır, hətta sənədin saxtalaşdırılmasında iştirak edən subyektlər də müəyyən olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, miras əmlak iddiaçıların atası X12 ölümündən sonra qalmış əmlakdır, hər iki iddiaçı X4 birinci növbə vərəsələridir. Cavabdehin iddiaçıların atası mərhum X17 ilə rəsmi nikahı olsa da, həmin nikahın etibarsızlığı hazırda iddiaçılar tərəfindən mübahisələndirilir. İddiaçıların atalarının sonradan ailə qurduğu vərəsə kimi müraciət etmiş hazırkı Cavabdeh ilə mərhum arasında bağlanmış nikahın etibarsız hesab edilməsi tələbi ilə bağlı çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1504/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur. Bundan başqa, həmin məsələ ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılmış, aidiyyət məsələsinə görə işin polis orqanlarına göndərilməsi qərara alınmışdır. Həmçinin hazırda cavabdehin saxta sənəddən istifadə etməklə nikah şəhadətnaməsi əldə etməsi ilə bağlı ekspertiza təyin edilmişdir. İddiaçılar məhkəmə iclasları barədə məlumatlı olsalar da, məhkəmə iclaslarında iştirak etməmişlər. Uzun müddət məhkəmənin icraatında olan hazırkı işin sonuncu baxış iclasında İddiaçı1 vəsatət verərək işə baxılmasının təxirə salınmasını xahiş etmiş, göstərmişdir ki, atasının adına olan Bakı və Gəncə şəhərində yerləşən mülklər anasının sağlığında birgə nikah dövründə əldə olunmuş əmlaklar olmuşdur. Analarına düşən hissə 2009-cu ildə notariat ofisinə ərizə təqdim olunmaqla qəbul edilmişdir. Bölgünün ona uyğun aparılması üçün həmin əmlakların çıxarışları 2012-ci və 2013-cü illərdə alınsa da, əvvəllər mülklərin qeydiyyat vəsiqəsi olmuş, ataları çıxarışları alarkən onların payı bölünmədən bütövlükdə atasının adına çıxarış əldə olunmuşdur. Onlara düşən hissənin atalarının adına rəsmiləşməsinə dair razılıqları olmamışdır. Həmin mülklərə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin əldə olunması üçün sorğu verilmişdir, çıxarışların ləğv olunması ilə bağlı məhkəmədə iddia qaldırılacaqdır. Məhkəmə qanunla müəyyən edilmiş prosessual müddətin bitməkdə olmasına əsaslanaraq hesab edir ki, iddiaçının vəsatəti təmin edilməməli, işə iddiaçıların iştirakı olmadan baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin qismən təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçıların atası X17 ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Hər ikisinin yaşı 60-ı keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada tibbi müayinələrdən keçərək qan analizləri vermiş və bu barədə arayışlar almışlar. Nikahı saxta deyil. Bunu apellyasiya və kassasiya instansiya məhkəmələrinin qətnamələri də təsdiq edir. Hətta toyda İddiaçı1 özü də iştirak etmişdir, həmin vaxt digər İddiaçı2 isə həmin vaxt Polşaya gəzmək üçün getdiyindən toyda iştirak edə bilməmiş, hətta nəyə görə toy onun iştirakı olmadan keçirildiyi üçün incimişdir. Toydan sonra iddiaçıların ata-baba yurduna - Gəncə şəhəri, Əziz Əliyev küçəsi ünvanında yerləşən 32 nömrəli fərdi yaşayış evinə gəlin kimi köçmüş və həmin vaxtdan iddiaçıların evində yaşamışdır. İddiaçı X17 ilə 3 il birgə yaşadıqdan sonra o, xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçılar mərhumun yas mərasiminin 3-cü günündə onu təhqir edərək biabırçı şəkildə məclisdən qovmuşlar. Mərhumun ölümündən 3 ay öncə açıq ürək əməliyyatı keçirmişdir. Bundan başqa İddiaçı1 Bakıda tikinti şirkətlərindən birində işləyir, digər İddiaçı2 isə Bakı şəhərində ərdədir. Hər iki iddiaçı mərhum X13 məxsus evdə daimi yaşamamış, qonaq qismində gəlib getmişlər. Xəstə adamdır, yüksək təzyiq xəstəliyindən əziyyət çəkir. Haqsız yerə 3 ildir ki, məhkəmə, polis və prokurorluq orqanlarında sürünür. X4 ölümündən sonra miras əmlak qismində mərhumun adına olan Gəncə şəhəri, Əziz Əliyev küçəsi ünvanında yerləşən 32 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 11, 112 nömrəli mənzil, həmçinin “X23” markalı avtomobil qalmışdır. Miras əmlak iddiaçılar və onun arasında mütənasib olaraq 1/3 hissədə paylara bölünməlidir. Gəncə şəhəri 1 saylı notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş 6 ay müddətində müraciət etsə də, ona notarius Elnur Məhərrəmov tərəfindən notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərar əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Uzun müddətdir miras əmlaka payının əldə edilməsinə süni əngəllər yaradılır. Bundan başqa, hazırda kirayəyə verilən mərhumun keçmiş həyat yoldaşının adına olan Gəncə şəhəri, Əziz Əliyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi mövcuddur. Ondan hazırda hər hansı pay istəmir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 1 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtinaya dair 06 iyul 2024-cü il tarixli, 930 nömrəli qərarından görünür ki, xüsusi notarius X15 Alik Mədəd oğlu və İddiaçı2 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsilə əlaqədar təqdim etdiyi sənədləri nəzərdə keçirib onların mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə barədə ərizələrinə əsasən Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq, İddiaçı1, İddiaçı2 və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan, nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X17 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah Göygöl rayon Qeydiyyat şöbəsində 48 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı1 cavab məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri 7 saylı dövlət notariat ofisində 19 fevral 2009-cu il tarixdə 2V-1-42 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmış, qeyd olunan şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Dublikatın üzərində müvafiq qeydiyyat aparılaraq iddiaçıya göndərilmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 310959 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2022-ci ildə Gəncə şəhərində “ürəyin xroniki işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 905 nömrəli akt qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş, AB seriyalı, 923786 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz-Vito» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X17 olmuşdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X12 adına xx.xx.2012-ci il tarixdən hazıradək “X23” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, DİN Baş X24 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1963-cü il təvəllüdlü X12 adında xx.xx.2012-ci il tarixdən “X23” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-6887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 12-558 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına ünvan 4 ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1989-cu il tarixli, 1711 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə-04-475 saylı alqı-satqı müqaviləsinə əsasən X14 ona məxsus Gəncə şəhəri, Əziz Əliyev prospekti, 32 saylı fərdi yaşayış evini X2. Alıcıya xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 3KMA1/104 saylı alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus Bakı şəhəri, A.Mustafayev küçəsi, ev 11, 142 saylı mənzili X2. Alıcıya xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri, Əziz Əliyev küçəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,0418 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 74,1 m2 olan 32 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X12 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 11 ünvanında yerləşən, ümumi sahəsi 54 m2 olan 112 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X12 adına daşınmaz əmlakın dövlət reyestrində 1939 nömrəli reyestr kitabının 178926 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********52-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehər Cavabdeh və Göygöl rayon Qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddialarının təmin edilməsi, X17 ilə Cavabdeh arasında Göygöl rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1939/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Göygöl rayon qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(102)- 1504/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(104)- 1939/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-152/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. İşin faktiki hallarından müəyyən olunur ki, hazırkı iş üzrə miras qoyan X17 xx.xx.2022-ci ildə Gəncə şəhərində “ürəyin xroniki işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür. İddiaçılarla mərhum Mədəd Rzayevin qohumluq bağlarının olması işin mübahisəsiz halıdır. Cavabdeh isə Mədəd Rzayevin arvadıdır. Belə ki, Cavabdeh ilə X17 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçılar mübahisələndirsələr də, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə həmin nikahın etibarsız sayılması barədə iddia təmin edilməmişdir. Göründüyü kimi, həm iddiaçılar, həm də cavabdehlər miras qoyan Mədəd Rzayevin övladları və arvadı olmaqla qanun üzrə birinci növbəli vərəsələrdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, hazırda Mədəd Rzayevin iddiaçılar və cavabdehdən başqa sağ qalan digər qanun üzrə birinci növbəli vərəsələri yoxdur. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçılar və cavabdeh mərhum Mədəd Rzayevin qanun üzrə birinci növbəli vərəsələri olaraq miras qoyanın yuxarıda qeyd edilən iki mənzil və bir avtomobil, yəni Gəncə şəhəri, Əziz Əliyev prospekti, 32 ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 74,10 kv.m olan fərdi yaşayış evindən ibarət **********08-10301 reyestr nömrəli daşınmaz əmlak; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarət **********52-05101-093059 reyestr nömrəli daşınmaz əmlak və “X23” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində bərabər pay almaq hüququna malikdirlər. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159-cu maddəsində isə qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda onların nəvələri, nəticələri və uşaqları) - birinci növbə vərəsələr sayılırlar. Qeyd edilən müddəalardan da göründüyü kimi, miras əmlak vərəsələrə 2 yolla qanun üzrə və vəsiyyət üzrə keçir. Qanun üzrə vərəsləliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamailə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtlərdir. Məhkəmə bir daha qeyd edir ki, işin müəyyən edilmiş halıdır ki, iddiaçılar sözügedən əmlakın mülkiyyətçisi olmuş və xx.xx.2022-ci ildə ölmüş Mədəd Rzayevin övladları, cavabdeh isə mərhumun sonradan nikaha daxil olduğu arvadıdır. Eyni zamanda, o da işin müəyyən edilmiş halıdır ki, sözügedən iki daşınmaz və bir daşınar əmlakın mülkiyyətçisi Mədəd Rzayev olmuşdur. Tərəflər arasında davam edən uzunmüddətli məhkəmə çəkişməsi zamanı iddiaçılar həmin əmlakın yeganə mülkiyyətçisinin ataları olduğunu qeyd etmiş, bu halı mübahisələndirməmiş, mərhum anaları X10 hansı tarixdə ölməsi barədə, o cümlədən həmin əmlakda onun hər hansı payının olması barədə məhkəməyə məlumat verməmiş, bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmişlər. Həmçinin, həmin əmlaka dair mərhum Mədəd Rzayevin adına olan hüquqmüəyyənedici sənədlərin tam və ya qismən etibarsızlığı iş materiallarından müəyyən edilmir. Beləliklə, cavabdeh və iddiaçılar sonuncuların atası Mədəd Rzayevin qanun üzrə birinci növbəli vərəsələridirlər və sözügedən iki ədəd daşınmaz, bir ədəd daşınar əmlak Mədəd Rzayevin miras əmlakıdır. Sözügedən miras əmlakın qəbul edilmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (MM, 1243.1, 1243.2 və 1243.3-cü maddələri). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən müddəalar əsasında məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Göstərilən müddəalarda da, miras əmlakın qəbul edilməsinin əsasları, qaydası və müddəti əks olunmuşdur. Mirasın qəbul edilməsi miras əmlakın açılması ilə başlanır. Mirasın açılması anını qanun miras qoyanın ölümü (məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi) ilə şərtləndirir (MM, 1145-ci maddə). Miras əmlakın qəbul edilməsinin isə iki qaydası mövcuddur: birinci, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Bu zaman, vərəsə(lər) mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verməklə vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər(lər). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. (Mülki Məcəllənin 1321.1 və 1322-ci maddələri). İkincisi, vərəsə(lər) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalı, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirməlidir. Başqa sözlə, vərəsə əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Eyni zamanda, qanun onu da müəyyən edir ki, miras əmlakın hamısının deyil, bir hissəsinə faktiki sahiblik etməklə qəbul edilməsi, əmlakın (əmlakların) başqa-başqa yerlərdə olmasından asılı omayaraq, mirasın tamamilə qəbul edilməsi hesab edilir. Lakin miras açılarkən qüvvədə olmuş mülki qanunvericiliyə görə mirasın qəbulunun hər iki halı, yəni həm mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmə, həm də mirası faktiki qəbul edərək ona sahiblik etmə və əmlakdan istifadə etmək konkret müddətlə məhdudlaşdırılmışdır. Qanunla müəyyən edilmişdir ki, vərəsə bu hərəkətlləri vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu (vərəsənin vərəsəliyə çağırıldığı gün miras qoyanın öldüyü gün hesab edilir) gündən altı ay müddətində edə bilər, bu müddət bitdikdən sonra isə mirasın qəbul edilməsinə yol verilmir. Konkret mübahisəyə gəldikdə, işin halları ilə müəyyən edilir ki, miras qoyan Mədəd Rzayev xx.xx.2022-ci il tarixdə öldükdən sonra miras qoyanın övladları ilə cavabdeh arasında mübahisə yaranmış, cavabdehin miras qoyanın əmlakına sahiblik etməsinə və ondan istifadə etməsinə iddiaçılar mane yaratmışdır və onlar arasında uzun müddətli məhkəmə çəkişmələri davam etməkdədir. İddiaçıların atalarından miras qalmış əmlakı qəbul etməsi isə işin mübahisəsiz halıdır. Şərh edilənlərdən də göründüyü kimi, miras qoyanın xx.xx.2022-ci il tarixdə ölməsi ilə miras əmlaka dair vərəsəlik işi açılmasa da, iş materialları, eləcə də tərəflərin izahatı ilə müəyyən olunur ki, mübahisəli əmlakı iddiaçılar faktiki olaraq qəbul edib əmlaka sahblik və ondan istifadə etməklə, cavabdeh isə həm iddiaçılara, həm də mirasa dair vərəsəlik şəhdətnaməsinin verilməsi üçün notariat orqanına müraciət edib mirası qəbul etmə barədə iradə ifadəsini bəyan etməklə miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Ona görə də, şərh edilən hallara və adı çəkilən müddəalara əsasən məhkəmə belə qənaətə gəlir ki, miras əmlak iddiaçılar və cavabdeh tərəfindən qəbul edildiyindən iddia qismən təmin edilməli, mərhum X8 miras qalmış miras əmlakın, yəni Gəncə şəhəri, Əziz Əliyev prospekti, 32 ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 74,10 kv.m olan fərdi yaşayış evindən ibarət **********08-10301 reyestr nömrəli daşınmaz əmlak; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarət **********52-05101-093059 reyestr nömrəli daşınmaz əmlak və “X23” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə İddiaçı2 və 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən İddiaçı1 xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun digər 50 (əlli) manat hissəsi iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X8 miras qalmış əmlakın – Gəncə şəhəri, Əziz Əliyev prospekti, 32 ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 74,10 kv.m olan fərdi yaşayış evindən ibarət **********08-10301 reyestr nömrəli daşınmaz əmlak; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarət **********52-05101-093059 reyestr nömrəli daşınmaz əmlak və “X23” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə İddiaçı2 və 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-138/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-138/2025
03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver