Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1380/2024 26.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi ilə məhkəməyə müraciət edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 340 nömrəli sərəncamının X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Daşkəsən rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 340 nömrəli sərəncamına əsasən ərizəçinin mərhum atası X3 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil “Azərbaycan Respublikasının Mənzil X2” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli qanununa əsasən pulsuz olaraq şəxsi mülkiyyətinə verilmişdir. Sözügedən mənzilə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321-3-33/2- 12152/2023 saylı əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə cavab məktubunda göstərilmişdir ki, mərhum atası X1 səhvən Abdinov kimi qeyd edildiyinə görə müraciəti təmin olunmamışdır. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 12152/2023 saylı əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə cavab məktubunda göstərilən soyad X4 şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə uyğun gəlmədiyi müəyyən olunmuşdur. Bununla əlaqadar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə Daşkəsən rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 340 nömrəli sərəncamında X4 şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə uyğun gəlmədiyini və həmin sənəddə olan səhvi düzəldilməsi xahiş edilmişdir. Lakin etdiyi müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/? 12152/2023 saylı əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə cavab məktubu ilə Daşkəsən rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 340 nömrəli sərəncamında olan yalnışlığın düzəldilməsi və yeni sənədin verilməsi üçün Ərazi İdarəsinin səlahiyyəyinə aid olmadığı bildirməklə, bundan imtina edilmişdir. Göründüyü kimi iddiaçı Daşkəsən rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 340 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin ərizəçinin mərhum atası X3 verilməsi barədə sərəncamda atasının soyadının düzgün olmaması səbəbindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından görünür ki, ərizəçi düzəliş edilməsi ilə bağlı sərəncamı vermiş orqana deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və ona imtina verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, sərəncamı verən orqan hazırda fəaliyyət göstərdiyindən ərizəçi ilk növbədə sərəncamı vermiş Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət etməli, düzəlişdən imtina edildikdən sonra isə həmin orqana qarşı məhkəməyə müraciət etməlid idi. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı Ərizəçi işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1380/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1380/2024
26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver