Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1384/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar oğlunun sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçılar İddiaçı və X6, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı və X6 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı və X13 Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu üzrə hesablanmış 5290.56 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Azərbaycan küçəsi, 15-döngədə yerləşən, 18 saylı binanın, 1 saylı mənzilinə "Azəriqaz" İB-nin X17 İstismar İdarəsi (qaz paylayıcı) tərəfindən xx.xx.2011-ci ildə 1502AZ1301 (********) zavod nömrəli qaz sayğacı quraşdırılmış və qaz sayğacı onun və 3 nəfər ailə üzvülərinin istifadəsinə verilmişdir. Qaz sayğacı quraşdırılan tarixdən, yəni 2011-ci il tarixdən xx.xx.2023-cü ilədək təbii qazdan istifadə etmiş və istifadə etdikləri qaza görə ödənişləri də vaxtı-vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin X17 İstismar İdarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək yaşadıqları evdə olan qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz olunması üçün dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə, yəni dörd aydan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişir. Həmin akta əsasən abonent sayğacdan kənar əlavə xətt birləşməsindən istifadə etdiyi aşkar olunması göstərilmişdir. Halbu ki, təbii qaz həmin xətt vasitəsi ilə işlənilmir. Aktda sayğacın hesablanma mexanizminin keçən qazı qeyd etməməsi göstərilmiş və nəticədə 31104 kub metr qaz itirilməsi qeyd edilmişdir. Buna görə də, ona əsassız şəkildə qaza görə 518 manat cərimə yazılmışdır. Azərbaycan Respublikasında qaz sayğaclarının istifadə müddəti 5 il nəzərdə tutulmuşdur. Hər il dövri olaraq qaz sayğacı "Azəriqaz" İB-nin X17 İstismar İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmalı və əgər nasazlıq aşkarlanarsa, qaz sayğacı yenisi ilə əvəzlənməlidir. O, ümumiyyətlə qaz sayğacına müdaxilə etməmiş va sayğacın mənfiyə işləməsi onun təqsiri üzündən baş verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda tələbi müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Gəncə ƏSMM tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 118731 nömrəli vəsiqənin surətindən görünür ki, X8 uşaqlıqdan 1-ci qrup əlildir. İş materiallarında olan Şəki rayonu Aydınbulaq Kənd soveti tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, AZ 164833 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 arasında nikah bağlanmışdır. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adınadır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, abonent sayğacdan kənar əlavə xətt birləşməsindən istifadə etməyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X7 dair” tələbnamənin surətindən görünür ki, İddiaçı cəmi 31104 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X2 şəh, Şıxzamanlı qəs, Azərbaycan küç, döngə 15, ev 18 ünvanında yaşayır. Ailə tərkibi arvadı: İddiaçı və qızı: X4r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Abonent saldosundan görünür ki, **********00000 abonent kodu üzrə 2023-cü ilin dekabr ayında akt əsasında 5290.56 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç kim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Qiyafət onun qonşusudur, aralarında 5 ev var, Qiyafətin övladı 1-ci qrup əlildir. Cavabdeh İB-nin əməkdaşları onların yaşadıqları küçədə yoxlanış apardıqları gün Qiyafətgil xəstə olan övladını xəstəxanaya aparmışdı, onlar evdə yox idi. Evin qapısı açıq olmuş, Cavabdeh İBnin əməkdaşları həyətə girib sayğaca baxış keçirərək akt tərtib etmişlər. Sonra bilindi ki, cərimə də yazıblar. Qiyafət və əri Əli qazdan istifadə üçün əlavə xətt işlətmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, o, keçən ilin əvvəli həmin küçəyə köçmüşdür. Qiyafət onun qonşusudur, aralarında 3-4 ev var. Cavabdeh İB-nin əməkdaşları həmin küçədə yoxlanış edirdi, həmin gün Qiyafət xəstə övladını müalicəyə aparmışdır. Həmin əməkdaşları Qiyafətgilin həyətində sayğaca baxış keçirib, Qiyafət ya da əri Əli olmadan akt tərtib ediblər. Qiyafətgil qazdan istifadə üçün əlavə xətt işlətmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 5290.56 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X12 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 5290.56 manat borc silinməlidir. Bundan başqa, cavabdeh tərəfindən borcun hesablanmasına əsas olaraq göstərilmiş əlavə xəttin qoşulması müəyyən edilməməklə yanaşı, sayğaca baxış keçirilməsi zamanı iddiaçı tərəfin həmin ünvanda olmaması və övladlarının müalicəsi üçün yaşayış ünvanından kənarda olması şahid ifadələriylə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu üzrə qaz sərfinə görə hesablanmış 5290 (beş min iki yüz doxsan) manat 56 (əlli altı) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1384/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1384/2024
02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver