Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1385/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) oğlu xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X3 uşaqlıqdan, yəni doğuşdan ağır dərəcəli əqli gerilik (daun) xəstəsidir və barəsində 1-ci dərəcəli əlillik təyin edilmişdir. X3 ümumiyyətlə özü-özünü idarə edə bilməyib xəstə olduğundan o daima onun nəzarəti altında olmuşdur. Azyaşlı övladı 18 yaşına çatanadək, dövlət onu rəsmi olaraq onun qəyyumu tanımaqla, onun əvəzindən bütün məsələlərdə iştirakına icazə vermişdir. Lakın oğlu Əli Qədimlinin 18 yaşı tamam olduğundan, artıq onun əvəzindən təmsil edilməyi üçün məhkəmə qətnaməsinin olmasını və bu qətnamə əsasında qəyyum təyin edilməyini tələb edir. O, Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmiş və oradan ona imtina məktubu verərək məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Artıq aylardır ki, ona verilən pensiya kəsilib və maddi durumu çox aşağıdır. Hazırda, oğlu X1 qəyyumu təyin edilməyi üçün onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1 atası X2, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli 163 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 (psixi və davranış pozuntuların benəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2005ci il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 (psixi və davranış pozuntuların benəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. İş materiallarında olan Gəncə şəhər İcra hakimiyyəti başçısı Aparatının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əli Qədimlinin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, A.Şahverdiyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2005-ci il təvəllüdlü X1 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 (psixi və davranış pozuntuların benəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2005-ci il təvəllüdlü X3 öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Buna görə də xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1385/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1385/2024
23.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver