Məhkəmə qərarları › İş №2(125)-1393/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1393/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1393/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehonun həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 4.2** manat pulun, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 4**** manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində cinayət məsuliyyətinə cəlb edilmiş həmin vaxt polislər tərəfindən narkotik vasitənin üzərində saxlamğa və satmağa görə tutulmuşdur. Onun barəsində cinayət işi başlanılmış və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə ittiham irəli sürülüb məhkəmə məsuliyyətinə verilmişdir. Tərtər rayon Məhkəməsinin 22 iyun 2*21-ci il tarixli hökmü ilə ona bəraət verilmişdir. Birinci instnasiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermiş Gəncə Apellyasiya Məhkəməsinin *7 sentyabr 2*21-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qərarından narazı qalan dövlət ittihamçısı Kasassiya protesti vermişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin 16 mart 2*22-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bəraət almış şəxs dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində həbs edilməsə idi bu zaman o işləyərək maddi gəlir əldə edə bilərdi, lakin göründüyü kimi şəxsin həbs edilməsi onun əmək funksiyalarının həyata keçirilməsinə maneə yartmışdır. Bundan başqa bəraət almış şəxs həmin vaxt vəkil ilə müqavilə bağlamış və müqavilə haqqının dəyəri 2** manat təşkil etmişdir. Bundan başqa bəraət almış şəxs tutulmasa bu zaman yaşaması üçün çalışmalı və müəyyən miqdarda gəlir əldə etməli idi. Həmin gəlir isə qanunvercilikdə nəzərdə tutulmuş yaşayış minumumdan aşağı ola bilməzdir. Şəxsin tutulması nəticəsində onun əldə edcəyi qazancın dəyəri ümumilikdə 4** min manat dəyərində qiymətləndirlməlidir. Bundan əlavə qeyd edildiyi kimi vəkilə çəkilmiş xərclər isə 2** manat təşkil etmişdir. Beləkilə ümumilikdə şəxsə dəymiş maddi ziyanı 4.2** manat miqdarında dəyərləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər rayon Məhkəməsinin 22.*6.2*21-ci il tarixli, 1(*61)-21/2*21 saylı hökmdən görünür ki, *5.*6.2*2*-ci il tarixli qərara əsasən İddiaçı həmin gün tutulmuş və Tərtər rayon Məhkəməsinin *7.*6.2*2*-ci il qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı 1 ildən artıq həbsdə qalmışdır. İddiaçı-təqsiri sübuta yetirilmədiyi üçün Aazərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə zalında həbsdən azad edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *7 sentyabr 2*21-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü, Azərbaycan Respublikasi Ali Məhkəməsinin 16 mart 2*22-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası: 28-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Maddə 68, hissə İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 11*1.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Ali Məhkəmənin Plenumunun *3 noyabr 2**8-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 1*-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia maddi zərər hissəsində rədd edilməlidir. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bundan başqa, məhkəmə, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyini və azadlıq hüququnun 1 il 17 gün müddətdə məhdudlaşdırıldığını, bu müddət ərzində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, mənəvi zərərə görə təzminat ödənilməli və iddiaçıya verilməli olan pul məbləği 125** manat müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227,238, 24*, 358, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına 125** (on iki min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar