Məhkəmə qərarları › İş №2(125)-140/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-140/2024

16.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-140/2024 16.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5* Şakir oğlunun sədrliyi, X28 iclas katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X8 etibarnamə üzrə nümayəndəsi X32 iştirakları ilə, İddiaçı cavabdehlər 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X5, X2* və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı cavabdehlər 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X5, X2* və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən Cavabdeh1 adına *8 dekabr 2*2*-ci il tarixdə Reyestrdə 2 V-97*, 2 V-971 və *2 mart 2*22-ci il tarixdə 2 V-212, 2 V-213 nömrə ilə qeydə alınmış Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 1* dekabr 2*2*-ci il tarixli, 182**1791* saylı və *6 aprel 2*22-ci il tarixli, 1822**72** saylı Çıxarışların ləğv edilməsi, atası X6 və X2na məxsus Goranboy rayon X47ində yerləşən ümumi birgə mülkiyyətdə olan *,49 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinə və atası X6, X2na mülkiyyət hüququ üzrə məxsus olan 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun qanun üzrə vərəsə kimi hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qardaşıdır. Rusiya Federasiyası vətəndaşı olmaqla, Xabarovski şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanda qeydiyyatda olmaqla yaşayır. 199*-cı illərin ortalarından başlayaraq əri Mobil Məmmədovla ailə münasibətlərinə xitam verərək valideynlərinin evində yaşamağa başlamışdır. X2 12 fevral 2**4-cü il tarixdə, atası X13 3* may 2*2*-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat edən günədək onlara o, xidmət etmişdir. Cavabdeh Rusiya Federasiyasında yaşadığı üçün təsərrüfatı o, idarə etmişdir. Cavabdeh1 yalnız valideynlərinin dəfn mərasimində iştirak etmişdir. Ancaq onun və digər qanun üzrə vərəsələrin xəbəri olmadan Cavabdeh1 ünvan 1 ünvanda yaşayan X37 etibarnamə verərək valideynlərinə mülkiyyət hüququ üzrə məxsus olan daşınmaz əmlaklara dair hüquqi əhəmiyyətli əməliyyatları aparmasını və Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin alınması barədə tapşırıq vermişdir. Gəncə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən *8 dekabr 2*2*-ci il tarixdə Reyestrdə 2 V-97*, 2 V-971, *2 mart 2*22-ci il tarixdə isə 2 V-212 nömrə ilə qeyd edilmiş Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamələr Cavabdeh1 adına verilmişdir. Qanun üzrə Vərəsəlik hüququ haqqında *8 dekabr 2*2*-ci il tarixli 2 V-97*, 971 reyestr nömrələri Şəhadətnamələrə əsasən 1* dekabr 2*2*-ci il tarixli, 182**1791* saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin *2 mart 2*22-ci il tarixli, 2 V-212, 2 V-213 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən *6 aprel 2*22-ci il tarixli, 1822**72** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bu zaman digər bərabər pay hüquqlu vərəsələrin mövcudluğu gizlədilmiş və bununla da onun vərəsəlik hüququ pozulmuşdur. Qanunun da tələbindən göründüyü kimi o, bərabər pay hüquqlu birinci növbədə vərəsə sayılır. Hesab edir ki, Cavabdeh1 adına verilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilməli və onun da valideynlərindən miras qalmış əmlaka dair Qanun üzrə vərəsəlik hüququ bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, mərhum X4* və anası Şura Daşdəmirovanın birgə ailə münasibətlərindən onunla birlikdə 7 uşaqları doğulmuşdur. Belə ki, qardaşları Fikrət, Xaləddin, Əvəz, Səhrəddin və bacıları Həqiqət və Giləxanımdır. Qardaşı Xaləddin 1* aprel 1994-cü il tarixdə şəhid olmuşdur. Digər qardaşı Əvəz isə yanaraq ölmüş, lakin ona ölüm haqqında şəhadətnamə alınmamış və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməmişlər. Ailə həyatı qursa da, evliliyi çox çəkməmiş, 1 il ailəli olduqdan sonra boşanmış və ata-anasının yanına qayıtmışdır. X4* və anası Şura Daşdəmirovaya ölən günə qədər o, baxmışdır. X4* 3* may 2*2*-ci il tarixdə, anası Şura Daşdəmirova isə 12 fevral 2**4-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra valideynlərindən miras qalmış əmlakların Cavabdeh1 öz adına rəsmiləşdirdiyini öyrənmişdir. Cavabdeh Fikrət mübahisə predmeti olan Goranboy rayonu, X47ində *,49 ha torpaq sahəsi üzərində yerləşən 1*2,7 kvadratmetrdən ibarət olan fərdi yaşayış evindən onu çıxarmaq üçün kompensasiya versə də razı olmamışdır. Hal-hazırda cavabdeh ona mübahisə predmeti olan Goranboy rayonu, X47ində *,49 ha torpaq sahəsi üzərində yerləşən 1*2,7 kvadratmetrdən ibarət olan fərdi yaşayış evində yaşamağa imkan vermir. Halbuki sözügedən fərdi yaşayış evi tam pay olmaqla mərhum X4*dan, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi paylı mülkiyyətdə olmaqla, mərhum X4* və anası Şura Daşdəmirovdan miras qalmış və onunda birinci növbəli vərəsə kimi həmin miras əmlaklar üzərində miras payı vardır. Qardaşı Cavabdeh1 ona qarşı Goranboy Rayon Məhkəməsində iddia qaldıraraq 5*** manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia təmin olunsa da qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırda həmin işin icraatı bu işə görə dayandırılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 tərəfindən qanunun tələblərinə uyğun olaraq mərhum valideynləri Şura Daşdəmirova və İsrayıl Daşdəmirovdan miras qalmış mübahisə predmeti olan JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsinə dair *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli və Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinə dair *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmış və həmin şəhadətnamələr əsasında Cavabdeh1 çıxarışlar verilmişdir. Həmin şəhadətnamələr və çıxarışların ləğv olunması üçün hər hansı əsaslar mövcud deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında bildirdi ki, mərhum X4*a iddiaçı olan bacısı İddiaçı baxmış və onun əziyyətini çəkmişdir. Atası vəfat edən zaman o da getmişdir. Lakin, mərhum valideynləri İsrayıl Daşdəmirov və Şura Daşdəmirovadan miras qalmış əmlaklar bölüşdürülən zaman onlara xəbər verilməmiş, cavabdeh olan qardaşı Cavabdeh1 miras əmlakları onlardan xəbərsiz öz adına rəsmiləşdirmişdir. O, da ata və anasından qalmış miras əmlakdan pay istəyir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsi X45 izahatında bildirdi ki, Cavabdeh1 mübahisə predmeti olan miras əmlakları rəsmiləşdirmək üçün ona etibarnamə vermiş və cavabdeh olan dayısının adından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri dayısının nümayəndəsi olaraq o, almışdır. Ondan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alan zaman notariusda digər vərəsələrin olub-olmaması soruşulmuş, o da Cavabdeh1 başqa vərəsələrin də olması barədə məlumat vermişdir. İddiaçı 2**2-ci il tarixdən Goranboy rayonu, X47ində *,49 ha torpaq sahəsi üzərində yerləşən 1*2,7 kvadratmetrdən ibarət olan fərdi yaşayış evində yaşamağa başlamışdır. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İV seriyalı, 889577 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1963-cü il tarixdə doğulmuşdur. Atası: X13, anası: X14r. AZ-T seriyalı, *83764 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 17 yanvar 1968-ci il tarixdə doğulmuşdur. Atası: X13, anası: X14r. AZ seriyalı, 17524*9 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 16 iyun 197*-ci il tarixdə doğulmuşdur. Atası: X13, anası: X14r. AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *6 iyun 1966-cı il tarixdə doğulmuşdur. Atası: X13, anası: X14r. 21 avqust 2*23-cü il tarixli, *5/*9İS/148223-23 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “X19” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 21.*8.2*23-cü ilədək daxil edilmiş bütün X19 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası: X13 (1*.*1.1932) (3*.*5.2*2* vəfat edib) anası: X21 (*1.*1.1935) (12.*2.2**4 vəfat edib) bacısı: X2* (18.*4.1958) qardaşı: X5 (*3.1*.1959) bacısı: X11 (xx.xx.1961) qardaşı: X9 (*6.*6.1966) (1*.*4.1994 vəfat edib) qardaşı: Cavabdeh1 (17.*1.1968) qardaşı: X25 (16.*6.197*) oğlu: X26 (11.*1.1985) Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X47 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 51 nömrəli, 21 sentyabr 2*23-cü il tarixli arayışdan görünür ki, İddiaçı mərhum qardaşı X25 1979-cu ildə Goranboy rayon X47ində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2 iyul 2*24-cü il tarixli, *5/*9/S/*56372-24 nömrəli arayışdan görünür ki, “X19” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 aid *2.*7.2*24-cü ilədək daxil edilmiş bütün X19 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası: X13 anası: X21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 may 2*23-cü il tarixli, 3-21-3-46/2-2211/2*23 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh1 adına olan ünvan 2ində yerləşən 4,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi *8.12.2*2*-ci il tarixli, 2V-97*,971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 adına olan Goranboy rayonu, X47ində yerləşən fərdi yaşayış evi *2.*3.2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən *6.*4.2*22-ci il tarixli, 1822**72** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X47 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 nömrəli, *1 iyun 2*23-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2***-ci ildən atası mərhum X4 evində yaşamış və o, ölən günədək mərhuma qulluq etmişdir. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X47 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 nömrəli, *1 iyun 2*23-cü il tarixli arayışdan görünür ki, İddiaçı mərhum anası X22 12 fevral 2**4-cü il tarixdə və atası mərhum X13 3* may 2*2*-ci il tarixdə vəfat etmişlər. Ölən günədək Goranboy rayon X47ində qeydiyyatda olmuşlar və orada yaşamışdırlar. Onların aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1. X2*, 2. X5, 3. X11, 4. X9 (vəfat edib), 5. Cavabdeh1, 6. X25 (vəfat edib). Mərhumlar ölən günədək qızı İddiaçı ilə birgə yaşamışdır. Mərhumların valideynlərindən sağ qalanı yoxdur. *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.*5.2*2*-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsinin *8.12.2*2*-ci il tarixli, 5629 nömrəli arayışa və Bərdə DTXK tərəfindən 25.*1.2**2-ci il tarixdə verilmiş seriya nömrəsi JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsindən miras qoyan X6 məxsus torpaq sahəsindən ibarətdir. *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.*2.2**4-cü il tarixdə vəfat etmiş X1* vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsinin *8.12.2*2*-ci il tarixli, 5629 nömrəli arayışa və Bərdə DTXK tərəfindən 25.*1.2**2-ci il tarixdə verilmiş seriya nömrəsi JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsindən miras qoyan X12 məxsus torpaq sahəsindən ibarətdir. *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.*5.2*2*-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 28.*2.2*22-ci il tarixdə verilmiş 5*9*13*847*2-1*3*1 reyestr nömrəli, 1822**632* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinin miras qoyan X6 məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş *2.*3.2*22 tarixli qeydiyyat nömrəsi 22*2*31236LH331*4 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Goranboy rayonu, X47i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.*2.2**4-cü il tarixdə vəfat etmiş X1* vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 28.*2.2*22-ci il tarixdə verilmiş 5*9*13*847*2-1*3*1 reyestr nömrəli, 1822**632* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinin miras qoyan X12 məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş *2.*3.2*22 tarixli qeydiyyat nömrəsi 22*2*31236LH331*4 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Goranboy rayonu, X47i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X13, X21 və Cavabdeh1 verilmişdir. Dövlət aktı qeydiyyat kitabında *8975 nömrə ilə qeydiyyata alınmışdır. 28.*2.2*22-ci il tarixli, 1822**632* qeydiyyat nömrəli, 5*9*13*847*2-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Yəhərçi, Qazaxlar kəndində yerləşən ümumi sahəsi *,49 ha olan torpaq sahəsi X4, X1*, Cavabdeh1, X17 və X15 ümumi birgə, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi isə X4 tam mülkiyyətindədir. *3 dekabr 2*2*-ci il tarixli, 55*3812 nömrəli, Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X13 və X33 arasında nikah Goranboy rayonu Fəxralı İN-də 26 oktyabr 1956-cı il tarixdə bağlanmışdır. Bu barədə 26 oktyabr 1956-cı il tarixdə *8 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Daşdəmirov,” arvada “Daşdəmirova” soyadı verilmişdir. AZ-İ seriyalı, *43879 nömrəli, 13 fevral 2**4-cü il tarixli, Goranboy rayonu, Yəhərçi Qazaxlar İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 12 fevral 2**4-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2**4-cü il tarixdə *3 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: diabetik koma, şəkərli diabetdir. AZ-İİ seriyalı, *83427 nömrəli, 15 iyul 2*2*-ci il tarixli, Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 3* may 2*2*-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 iyul 2*2*-ci il tarixdə 75* nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: kəskin miokard infarktdır. Goranboy Rayon Məhkəməsinin 2(*45)-37/2*23 nömrəli, *3 mart 2*23-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 tərəfindən 5*** (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehin iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan Goranboy rayonu, X47ində *,49 ha torpaq sahəsi üzərində yerləşən 1*2,7 kvadratmetrdən ibarət olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması, pul kompensasiyasının ödənilməsi ilə cavabdeh İddiaçı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X13 ilə X21 nikahlarını rəsmiləşdirməklə evlənmiş və onların birgə nikahlarından xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, 17.*1.1968-ci il təvəllüdlü Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X11, *3.1*.1959-cu il təvəllüdlü X5, 18.*4.1958-ci il təvəllüdlü X2* və *6.*6.1966-cı il təvəllüdlü X27 və 16.*6.197*-ci il təvəllüdlü X25 doğulmuşlar. Həmin uşaqlardan X9 1*.*4.1994-cü il tarixdə vəfat etmişdir. İddiaçı bildirməsinə görə isə digər qardaşı Əvəz Daşdəmirov vəfat etmiş, lakin ona ölüm haqqında şəhadətnamə alınmamış və ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməmişlər. Şura Daşdəmirova 12.*2.2**4-cü il tarixdə, İsrayıl Daşdəmirov isə 3*.*5.2*2*-ci il tarixdə vəfat etmişdir. JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X13, X21 və Cavabdeh1 verilmişdir. 28.*2.2*22-ci il tarixli, 1822**632* qeydiyyat nömrəli, 5*9*13*847*2-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Goranboy rayonu, Yəhərçi, Qazaxlar kəndində yerləşən ümumi sahəsi *,49 ha olan torpaq sahəsi X4, X1*, Cavabdeh1, X17 və X15 ümumi birgə, həmin torpaq sahəsinin üzərində inşa ediilmiş 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi isə X4 tam mülkiyyətindədir. X36 və Şura Daşdəmirovanın vəfatından sonra mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***ci il tarixli, 4* saylı qərarı ilə verilmiş 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi və Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsi miras qalmışdır. Cavabdeh1 notariat ofisinə müraciət etmiş və mərhum anası və atasından miras qalmış əmlaklarla bağlı Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V- 212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 may 2*23-cü il tarixli, 3-21-3-46/2- 2211/2*23 nömrəli məktubunda Cavabdeh1 adına olan ünvan 2ində yerləşən 4,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi *8.12.2*2*-ci il tarixli, 2V-97*, 971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və Cavabdeh1 adına olan Goranboy rayonu, X47ində yerləşən fərdi yaşayış evi *2.*3.2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən *6.*4.2*22-ci il tarixli, 1822**72** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir. Hal-hazıra İddiaçı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X8 nümayəndəsi isə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiklərindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yenə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X31 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2**4-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 15*; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2**6-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərinə sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 4*6.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 4*7.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə şərh olunanlara əsasən qeyd edir ki, mərhum miras qoyan X13 və X7 mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə verilmiş 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi və Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsi miras qalmışdır. Miras qoyanlar İsrayıl Daşdəmirov və Şura Daşdəmirovanın ölümündən sonra isə onun birinci növbə vərəsələri kimi altı nəfər şəxsin qalması (İddiaçı, Cavabdeh1, X11, X5, X2*, X25) müəyyən edilir. Miras qoyanlar İsrayıl Daşdəmirov və Şura Daşdəmirovanın birinci növbəli qanun üzrə vərəsələrindən övladı X9 1*.*4.1994-cü il tarixdə vəfat etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2 iyul 2*24-cü il tarixli, *5/*9/S/*56372-24 nömrəli arayışa əsasən X1 ailə tərkibi yalnız atası X13 və X2ndan ibarət olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin bildirməsinə əsasən Əvəz Daşdəmirov vəfat etsə də onun ölümü rəsmiləşdirilmədiyindən yəni, ölüm haqqında şəhadətnamə alınmadığından, habelə ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilmədiyindən və yaxud ölüm faktı müəyyən olunmadan qaldığından, həmçinin, hazırki vəziyyətdə Əvəz Daşdəmirovun miras qoyanlar İsrayıl Daşdəmirov və Şura Daşdəmirovanın öldüyü məqamda sağ olub-olmamasını müəyyən etmək mümkün olmadığından və bu barədə sübutlar mövcud olmadığından X25 da miras qoyanlar İsrayıl Daşdəmirov və Şura Daşdəmirovanın övladı olaraq qanun üzrə İ növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır. Belə olan halda hazırda mirasqoyanın sağ olan vərəsələri kimi İddiaçı, Cavabdeh1, X11, X5, X2* və X25 qalmışlar. Məhkəmə daha sonra qeyd edir ki, mərhum X13 və X7 miras qalmış mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə verilmiş 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi və Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinə dair Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilən zaman vərəsələrin dairəsi tam müəyyən edilməmiş, miras qoyanların qanun üzrə birinci növbəli vərəsələri iddiaçı olan qızı İddiaçı və digər övladları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X5, X2* və X18 məlumat verilməmiş, başqa sözlə İddiaçı və övladları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X5, X2* və X16 X36 və Şura Daşdəmirovanın vərəsələri olmaları halı, onların miras əmlakdan imtina edib-etməmələri barədə fikirləri öyrənilməmiş və qeyd edilən xüsusatlar nəzərə alınmadan əsassız olaraq miras əmlaka dair yalnız miras qoyanın övladı hazırki iş üzrə Cavabdeh1 miras əmlakdan tam hissədə pay almaq hüququ göstərilməklə ona *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamələr verilmişdir. Buna görə də Cavabdeh1 ünvan 2ində yerləşən 4,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair *8.12.2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8.12.2*2*-ci il tarixli 971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəli və Goranboy rayonu, X47ində yerləşən fərdi yaşayış evinə dair *2.*3.2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən *6.*4.2*22-ci il tarixli, 1822**72** saylı qeydiyyat nömrəli Çıxarışlar almışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mərhum X13 və X7 miras qalmış mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə verilmiş 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi və Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinə dair Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ şəhadətnamələr qanuvericiliyin müəyyənləşdirilmiş şərtlərini pozmaqla verildiyindən və sözügedən miras əmlaklardan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi mərhum X13 və X21 ilə yanaşı Cavabdeh1 və Goranboy rayonu, Yəhərçi, Qazaxlar kəndində yerləşən ümumi sahəsi *,49 ha olan torpaq sahəsi X4, X1*, Cavabdeh1, X17 və X15 ümumi birgə, həmin torpaq sahəsinin üzərində inşa ediilmiş 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi isə miras qoyan mərhum X4 tam mülkiyyətində olmaqla, miras əmlaklar bir neçə paydan ibarət olduğundan qismən etibarsız hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.*.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar törəmə hüquq münasibəti olub, həmin mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən törənmişdir. Buna görə də mübahisəli əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən etibarsız hesab edilməli olduğundan, həmçinin paylı mülkiyyət olduqlarından törəmə hüquq münasibəti olan mübahisəli əmlaklara dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin olunmalı, Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən etibarsız hesab edilməli, Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsi üzərində tam hissədə payının müəyyən edilməsinə dair 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsi üzərində tam hissədə payının müəyyən edilməsinə dair *6.*4.2*22-ci il tarixli, 1822**72** qeydiyyat nömrəli Çıxarışlar qismən ləğv edilməli və JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsi miras qoyanlar X13, X21 ilə yanaşı Cavabdeh1 mülkiyyətində olduğundan həmin torpaq sahəsinin, 2/3 hissəsinin 1/6 hissəsinə, Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi miras qoyan mərhum X4 tam mülkiyyətində olduğundan 1/6 hissəsinə və evin yerləşdiyi *,49 ha olan torpaq sahəsi X4, X1*, Cavabdeh1, X17 və X15 ümumi birgə mülkiyyətdə olduğundan 2/5 hissəsinin 1/6 hissəsinə İddiaçı, Cavabdeh1, X11, X5, X2* və X16 hər birinin ayrı-ayrılıqda miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.*.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-22*, 227, 357-36*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən etibarsız hesab edilsin. Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsi üzərində tam hissədə payının müəyyən edilməsinə dair 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsi üzərində tam hissədə payının müəyyən edilməsinə dair *6.*4.2*22-ci il tarixli, 1822**72** qeydiyyat nömrəli Çıxarışlar qismən ləğv edilsin. JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsinin 2/3 hissəsinin 1/6 hissəsinə, Goranboy rayonu, X47i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evinin 1/6 hissəsinə və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinin 2/5 hissəsinin 1/6 hissəsinə İddiaçı, Cavabdeh1, X11, X5, X2* və X16 hər birinin ayrı-ayrılıqda miras payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar