Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1401/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin, azyaşlı uşaqlarının və onlara məxsus əşyaların mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi” tələbinə dair ilk iddiasına və Cavabdeh1 İddiaçı qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvandakı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilib cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların övladları X6 və X3 ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, həmçinin onlara məxsus əşyaların həmin mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğlu Cavabdeh2 həyat yoldaşıdır. Onlar 2019-cu ildə evləniblər. Hazırda Cavabdeh1 ona məxsus ünvan 1 ünvandakı mənzili tamamilə öz əlinə keçirib və onu öz evinə buraxmır, özü isə qanunsuz olaraq ona məxsus evdə qalmaqdadır. Cavabdeh1 onu məhz döyərək evdən çıxarıb. Bu barədə polisdə araşdırma da olub və ekspertizanın rəyi də var. Cavabdeh1 onun ailə üzvü deyil, bu mənzildə də onun istifadə hüququ yoxdur. Hətta oğlu Elnur da burada qeydiyyatda deyil və yaşamır. Cavabdeh1 tələb etməsinə baxmayaraq o, yenə də onun əmlak hüquqlarını pozur. Dəfələrlə polisə də müraciət etmişdir. Onun bu mənzildə qalması heç bir qanuna uyğun deyil. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Halbuki bu mənzil xüsusi təyinatlı mənzildir və mərhum həyat yoldaşı hərbçi olduğu üçün ona verilmişdir. Yoldaşı 1998-ci ildə öldükdən sonra bu mənzili o, idarə etmişdir və onun adına verilib. Cavabdeh1 isə orderdə və ya hər hansı bir sənəddə adı yoxdur. Cavabdeh1 burada qeydiyyatda da deyil, o ünvan 2 ünvanda qeydiyyatdadır. Bundan başqa, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək Cavabdeh1 uşaqları xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1-ə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı oğlu Cavabdeh2 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qurandan sonra Cavabdeh1 Dövlət mənzil fonduna aid olan və sosial kirayə müqaviləsi əsasında X7 verilmiş ünvan 3 ünvana gəlin köçmüşdür və həmin evə onun cehiz əşyaları yerləşdirilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahından xx.xx.2020-ci il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X9 adlı iki övladı doğulmuşdur. Beləliklə, iddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixdən Gəncə şəhəri, D08S-84, ev 5, mənzil 3-ə köçürülməklə, həmin mənzildə yaşamaqla cavabdeh və onun oğlu ilə bərabər birgə təsərrüfat aparmışdır. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının ünvan 3-ə istifadə hüququ yaranmışdır. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək bildirmişdir ki, faktiki olaraq mübahisəli evdə yaşamır. Odur ki, İddiaçı məhkəmədə qaldırdığı iddiası ilə əlaqədar, ona qarşı evdən çıxarılma və özünün həmin evə köçürülməsi barədə iddianı etiraf edərək qəbul edir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ilk iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə Cavabdeh1 qarşı məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Cavabdeh1 hazırki vəziyyətdə İddiaçı ailə üzvü sayılmır. Lakin artıq məhkəmədə qaldırılmış ilkin iddia üzrə cavabdehlər arasında nikahın pozulması tələbinə dair iddia da göstərir ki, Cavabdeh1 İddiaçı oğlu Cavabdeh2 da ailə üzvü sayılmayacaq. Həmçinin, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianı etiraf edərək qəbul etmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, keçən ilin avqust ayından bəri mübahisəli evdən çıxmışdır, həmin vaxta kimi sözügedən evdə gəlini - Cavabdeh1 ilə birlikdə yaşamışlar. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh1 gəlin kimi mübahisəli evə dair heç bir hüququ yoxdur, belə ki, o hazırki vəziyyətdə İddiaçı ailə üzvü sayılmır, Cavabdeh1 digər cavabdeh Elnurun ailə üzvüdür. Həmçinin digər Cavabdeh2 Cavabdeh1 qarşı məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Artıq məhkəmədə qaldırılmış ilkin iddia üzrə cavabdehlər arasında nikahın pozulması tələbinə dair iddia da göstərir ki, Cavabdeh1 İddiaçı oğlu Cavabdeh2 da ailə üzvü sayılmayacaq. Həmçinin sözügedən mənzil Cavabdeh1 nümayəndəsi və vəkilinin qeyd etdiyi kimi sosial kirayə müqaviləsi əsasında deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan mənzil kimi 1993-cü ildə iddiaçının mərhum həyat yoldaşı X4 istifadəsinə verilmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdi və etiraf ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, digər Cavabdeh1 ilə 2019-cu ildə rəsmi nikaha daxil olmuşdur, evləndikdən sonra bir müddət münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, 2023-cü ilin iyul ayından isə tamamilə dözülməz hal almışdır. Hazırda hərbiçi işlədiyindən mübahisəli evdə deyil, Tərtər rayonunda yaşayır, uşaqları hazırda anaları Cavabdeh1 ilə birlikdə yaşayır. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili ilk iddianın İddiaçı mübahisəli mənzilə köçürülməsi hissəsinə etiraz etmədiklərini, lakin digər hissədə iddianı qəbul etmədiklərini bildirdi və qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi, həmçinin əlavə etdi ki, Cavabdeh1 İddiaçı ailə üzvüdür. Mübahisəli mənzil hazırda dövlətin mülkiyyətində olmaqla, sosial kirayə müqaviləsi əsasında X7 verilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdi ki, İddiaçı ilə 30 ildir ki, qonşudur, Cavabdeh1 isə Cavabdeh2la evləndikləri vaxtdan bəri, yəni 6-7 ildir ki, tanıyır. İddiaçı gəlini Cavabdeh1 evə gəlin köçəndən bəri qaynanası İddiaçı yola vermir, daim mübahisələr edir, qapını çırpır, təhqiramiz ifadələr işlədir. Məhz Cavabdeh1 hərəkətlərinə görə evindən çıxıb qonşu blokda yaşamağa başlamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdi ki, İddiaçı ilə 32 ildir ki, qonşudur, barıları yanbayandır, Cavabdeh1 isə 4-5 ildir ki, tanıyır, dəfələrlə İddiaçı gəlini Cavabdeh1 həyat yoldaşı Cavabdeh2la mübahisələr etmiş, televizoru qırmış, hətta Cavabdeh2 başını yarmışdır. Cavabdeh1 daim təhqiramiz ifadələrdən, söyüşlərdən istifadə edir. Hətta Ayişə onun nəvəsini də söymüşdür. İddiaçı mübahisəli evə keçən ildən bəri gəlmir, lakin Cavabdeh1 istədiyi vaxt evə gəlir-gedir. Məhkəmə, iddiaçını, onun nümayəndəsi və vəkilini, Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan orderdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 47,31 kv.metr olan mənzil, orderdə X4 ailə üzvləri kimi həyat yoldaşı 1960-cı il təvəllüdlü Xalidə, qızı 1986-cı il təvəllüdlü Aynur, oğlu 1987-ci il təvəllüdlü Elnur göstərilməklə 86 nömrəli order əsasında 09 aprel 1993-cü ildə X4 istifadəsinə verilmişdir. İş materiallarına X4 vəfatı ilə əlaqədar olaraq, mərhumun adına olan, ünvan 4 ünvanında yerləşən 3 nömrəli evin maliyyə şəxsi hesab vərəqəsinin mərhumun həyat yoldaşı İddiaçı adına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisi Anar Əlibəyov tərəfindən təsdiqlənmiş və İddiaçı ünvanlanmış 1234 nömrəli, xx.xx.2021-ci il tarixli məktub əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X11, X12, X6 və X1 şəhəri, Dos 84, ev 5, mənzil 3 ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2443/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı aliment tələbinə iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci ildə anadan olmuş X2 və xx.xx.2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh2 hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat və xx.xx.2022-ci ildə anadan olmuş X3 3 yaşına çatanadək hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, nikahın pozulması tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında 05 mart 2019-cu il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz hallarına görə ilk iddia üzrə iddiaçının oğlu Cavabdeh2 ilə Cavabdeh1 nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, sonuncu mübahisəli mənzilə gəlin gəlmiş, əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Birgə nikahdan iki uşaq – xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşdur. Həmçinin, işin mübahisəsiz halıdır ki, iddiaçı hazırda mübahisəli mənzilə sahiblik edən şəxsdir, onun mənzilə sahibliyi xx.xx.1993-cü il tarixdən başlamışdır. Belə ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansındadır. İddiaçı order əsasında sözügedən mənzilin sahibi olmuş X4 həyat yoldaşı olmuş, iddiaçının adı sonuncunun ailə üzvü (arvadı) kimi orderdə qeyd edilmiş, mənzilə dair order isə xx.xx.1993-cü il tarixdə verilmişdir. Mənzilin əvvəlki sahibi X4 ölməsi nəticəsində kirayə müqaviləsi iddiaçı ilə bağlanmış və şəxsi-maliyyə hesabında dəyişiklik edilməklə o, mənzilin kirayəçisi hesab edilmşdir. Bu baxımdan iddiaçının mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sahibliyində olan mənzildən istifadə edə bilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı sahibliyində olan mənzilə köçürülməsi barədə ilk iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu hissədə tələbin əsaslı olması cavabdehlər tərəfindən də inkar edilməmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdehlər nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuş və bu zaman Cavabdeh1 mübahisəli mənzilə gəlin köçmüşdür. Birgə nikahdan iki uşaq – xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşdur. Cavabdeh1 gəlin köçdüyü mənzildə bir neçə müddət yaşadıqdan sonra tərəflər arasında narazılıq və münaqişə yaranmışdır. Cavabdeh2 bir müddət həmin mənzildə yaşasa da, hərbiçi olduğundan müxtəlif ünvanlarda yaşamalı olmuş və arabir sözügedən mənzilə gəlib-getmişdir. Cavabdehlər arasında narazılıq hazırda da davam etməkdədir və ailə münasibətləri pozulma ərəfəsindədir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli hüquq münasibətləri sonuncu mübahisəli mənzilə köçdüyü zaman, yəni 2019-cu ildən yarandığına və mübahisə olunan mənzil dövlət mənzil fonduna aid olan və sosial kirayə müqaviləsi əsasında hazırda iddiaçının istifadəsinə verildiyinə görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan yeni Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2.2, 68.1, 68.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlir ki, Cavabdeh1 2019-cu ilin mart ayında mübahisəli mənzilə gəlin köçərək cehiz əşyalarını ora yerləşdirsə də, iddiaçının və mənzilin əvvəlki kirayəçisinin ailə üzvü olmadığından onun həmin mənzilə hər hansı istifadə hüququ yaranmamışdır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının sözügedən mənzilin kirayəçisi olduğunu və bu baxımdan onun mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi olduğunu da nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mövcud mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin müddəaları da tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, Cavabdeh1 iddiaçının gəlinidir. Ona görə də Cavabdeh1 Mənzil Məcəlləsinin adı çəkilən müddəalarına nəzərdə tutulan mənada iddiaçının ailə üzvləri tərkibinə daxil deyildir. Həmçinin, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh1 iddiaçının digər qohumu deyil və o, əmək qabiliyyəti olmayan şəxslər kimi iddiaçının himayəsində olmamışdır. Sadalanan qanunvericilik aktı normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 nə iddiaçının ailə üzvü, nə də iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmamışdır. Bu halda isə, Cavabdeh1 sözügedən mənzildən istifadə hüquqları yaranmır. Məhkəmə hesab edir ki, Cavabdeh1 sözügedən mənzildən istifadə hüququ mövcud olmadığından ilkin iddia ona münasibətdə təmin edilərək o, mənzildən çıxarılmalı, Cavabdeh1 mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə qarşılıqlı iddiası isə təmin edilməməlidir. Bundan başqa, MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, ilk iddia üzrə digər Cavabdeh2 ilk iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və ilk iddia tələbi ona aid hissədə də təmin edilərək o, mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi cavabdehlərin birgə nikahdan doğulmuş uşaqlarına aid hissədə də əsaslıdır. Belə ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqularını itiriməmiş valideynlərinin yaşayış yeri sayılır (Mülki Məcəllənin 27.2-ci maddəsi). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir ( Ailə Məcəlləsinin 60.4-cü maddəsi). Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd edilən halları, eləcə də uşaqların yaşayış yerlərinin valideynlərinin (cavabdehlərin) yaşayış yeri olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi uşaqların mübahisəli mənzildən çıxarılması hissəsində də təmin edilməlidir. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, cavabdehlərə məxsus əşyalar iddiaçının sahibliyində olan mənzildədir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə məxsus əşyaların da mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə bir daha qeyd edir ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmçinin, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin152.5ci maddəsi). Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehlər azyaşlı uşaqları və əşyaları ilə birlikdə sözügedən mənzildən çıxarılmalı, qarşılıqlı iddia təmin edilməməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə xərci iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlk iddia təmin, qarşılıqlı iddia tələbi isə təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları müvafiq olaraq ilk iddia üzrə cavabdehlərə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X9 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılsınlar və İddiaçı Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilinə köçürülsün. Cavabdeh1 İddiaçı qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1401/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1401/2024
22.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver