Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1407/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 qanuni təmsilçisinin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə dair cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3 saylı notariat ofsisində bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və Çıxarışın etibarsız hesab edilməsinə və həmin evin Cavabdeh1 ilə onun birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, evin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə birgə nikah dövründə ünvan 3 ünvanda yerləşən mənzili əldə etmiş, mənzili yüksək səviyyədə təmir etdirmişlər. Cavabdeh1 mənzili satıb adına həyət evi almaq adı ilə onu mənzilin satılmasına razı salmışdır. İlkin olaraq Cavabdeh1 bir neçə həyət evinin şəkillərini ona göstərərək guya rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində cavabdeh X4 ilə Cavabdeh1 arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000 manat pulu götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə ona da ev alacağını bildirmişdir. Cavabdeh1, digər cavabdeh Qanuni nümayəndə ilə evi aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşdikləri kimi, evi onun razılığı və xəbəri olmadan Qanuni nümayəndə oğlu Cavabdeh1 adına almış, bundan sonra, onu evə buraxmamışlar. Birgə nikah dövründə əldə edilmiş “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil də onun razılığı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə formal alqı-satqı yolu ilə Qanuni nümayəndə adına rəsmiləşdirmişdir. Bundan başqa, Cavabdeh1 öz xətti ilə yazılmış əlyazmanı evdən tapmışdır. Həmin əlyazmadan görünür ki, o, Vəkili ilə məsləhətləşmişdir ki, əmlakı başqasının adına keçirsin ki, boşanma zamanı ona heç nə düşməsin. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh1 aldığı evin kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o, özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə şəhər prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdiyi mənzili satıb oğluna ev aldığını bildirmişdir. Onu nə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, nə də Cavabdeh1 evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ona qarşı kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair iddia qaldırılmışdır. Halbuki, həmin ev onunla birgə nikah dövründə əldə edilmiş evin satışından əldə edilən pul hesabına alınıb. Məhkəmə iclasında iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 qanuni təmsilçisinin nümayəndəsi iddiaya etiraz edərək əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 2253/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla ünvan 4 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 2083/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1978ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində bağlanmış və 1438 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Kirovabad şəhər X13 29 noyabr 1984-cü il tarixli, 18 nömrəli protokolu ilə verilmiş 04.01,1986-cı il tarixli, 48 nöm'rəii Order, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006-cı il tarixli, 12-2223 nömrəli Formal arayışı, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin 24.11,2006-cı il tarixli. 12-2222 nömrəli kooperativ mənzilə dair ödənişin tam ödənilməsi barədə Arayışı (qeydiyyatda olanlar: Cavabdeh1, İddiaçı, X7, X3, X5, Qanuni nümayəndə), İddiaçı Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11156 saylı reyestrdə X6 Gəncə şəhəri 7 saylı dövlət notariat Kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-12296 saylı reyestrdə, X1 şəhəri 7 saylı dövlət notariat kontorunun 23.11,2006-cı il tarixli, 7E-27-12297 saylı reyestrdə, X2 Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11157 saylı reyestrdə, Qanuni nümayəndə Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11155 saylı reyestrdə təsdiq edildiyi razılıq ərizələrinə, DƏDRX Gəncə şəhəri Ərazi idarəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarından çıxarışa Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m, 4 yaşayış otağı) Cavabdeh1 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2007-ci il tarixli, **********03-05101- 093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Qırmızı kənd ərazisində yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair əsas tələb, ondan irəli gələn törəmə tələblər irəli sürmüş və əsas tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilmiş evin özgəninkiləşdirilməsinə dair aldadaraq onun razılığını almış, özgəninkiləşdirmə nəticəsində əldə edilmiş vəsait hesabına isə hazırda mübahisələndirilən müqavilə ilə daşınmaz əmlak satın alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirdiyindən ilk növbədə belə mübahisələndirmə üçün subyektiv hüququn mövcudluğu sübuta yetiilrməlidir. Hazırkı tələblə müraciət edə bilmək subyektiv hüququnun yaranması üçün ilk növbədə mübahisələndirilən müqavilənin iddiaçı tərəfin hüquqlarına təsir edib-etməməsi müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçı hüquqlarının pozulması nəticəsində əldə olunduğuna əsaslanaraq daşınmaz əmlak barəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Lakin iddiaçı həmin müqavilənin bağlanması nəticəsində hər hansı hüququnun pozulmasını, beləliklə hazırkı əsas tələb və ondan irəli gələn törəmə tələblərlə məhkəməyə müraciət etmək hüququnun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Digər məhkəmə mübahisələri üzrə qəbul olunmuş aktlar və (ya) əlyazmanın qəbzi hazırkı tələbin əsaslı olmasını təsdiqləyən mötəbər sübut kimi qəbul oluna və iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, müqavilənin etibarsız hesab olunmasına dair əsas tələb və dolayısıyla ondan irəli gələn digər tələblər təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1407/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1407/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver