Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-141/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə anadan olmuş atası- X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin mülki işin məhkəmədə baxılmağa hazırlanması barədə olan xx.xx.2024-cü il tarixli iclasında iş üzrə məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi və işin icraatının dayandırılması barədə qərardad qəbul edilmişdir. 21 yanvar 2025-ci il tarixdə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsi və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, barəsində ərizə verilən X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmənin ekspertiza keçirilməsi barədə olan xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 iş üzrə icraata xitam verilməsi və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması barədə ərizəsinə əlavə edilmiş, ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, , barəsində ərizə verilən X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 ərizəsi qəbul edilsin. Məhkəmənin iş üzrə ekspertiza keçirilməsi və işin icraatının dayandırılması barədə olan əvvəlki-xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən ərizəsinə əlavə edilmiş sənədlər, o cümlədən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-141/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-141/2025
21.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver