Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-143/2023 28.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və icraat ekspertizanın rəyi məkəməyə təqdim edilənədək dayandırılmışdır. «Elektron məhkəmə» informasiya sistemindən əldə edilən çıxarışdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş üzrə ərizəçi və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi qız xx.xx.1950-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmiş, X2 isə xx.xx.2021-ci il tarixdə ölmüş, bununla da mübahisəyə məhkəmədə baxılma əsasları aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-143/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-143/2023
28.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver