Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1442/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, Cavabdeh1 ilə 2*16-cı ildə tanış olmuşdur. Münasibətləri yaxşı olduğu üçün nikaha daxil olmadan 2*18-ci ilin fevralından Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə, sonra isə Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 3 ünvanındakı mənzildə birlikdə yaşamışlar. Tanış olduqları vaxtda onların birlikdə yaşamaq üçün yaşayış yerləri olmamışdır. Həmin vaxt o Sumqayıtda şəhərində işləmiş və yaşamaq üçün "xxxx" şirkətinin tikdiyi yeni binadan ev almağı planlaşdırmışdır. "xxxx" şirkəti isə tikdiyi mənzilləri «Azərbaycan Beynəlxalq Bankı»nın ipoteka kreditləri hesabına satmışdır. Onunla «Azərbaycan Beynəlxalq Bankı» arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi, həmçinin alqı-satqı və ipoteka müqaviləsi əsasında o, Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzili almışdır. Həmin vaxt mənzilin qiyməti 53.3** manat olaraq müəyyən edilmiş və o mənzilin dəyərinin ilkin ödənişi kimi 1*.7** manat ödəmişdirdir. Difər 42.6** manat məbləği isə «Azərbaycan Beynəlxalq Bankı»ndan götürüdüyü kredit hesabına ödənilmişdir. 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 416 manat təşkil etmiş və müqavilə bağlandığı vaxtdan etibarən 2*21-ci ilin iyun ayınadək cəmi 1*.816 manat kredit ödənişləri onun tərəfindən ödənilmişdir. Qeyd olunan mənzilə köçməmişdən əvvəl onun tərəfindən mənzildə təmin işləri aparılmış və 13.*** manat vəsait sərf olunmaqla bütün ev əşyaları alınmışdır. Birlikdə yaşadıqları müddət ərzində onunla Cavabdeh1 münasibətləri yaxşı olduğu üçün Cavabdeh1 onun etibarını qazanmışdır. Həmçinin, onıar münasibətlərini rəsmiləşdirmək üçün nikaha daxil olmağı da qərarlaşdırlar. Bu müddətdə o, «Yelo Bank» açıq səhmdar cəmiyyətdən 14.5** manat kredit götürmüş və Cavabdeh1 «Rabitəbank» açıq səhmdar cəmiyyətində olan 1*.*** məbləğdə olan kreditini də tamamilə ödəmişdir. Onların yaxın vaxtlarda nikah bağlamaq istəkləri olduğuna, həmçinin Bakı şəhərində yeni mənzil almaq imkanları olduğuna görə 19 aprel 2*19-cu il tarixli 33 №-li kredit müqaviləsi üzrə kredit öhdəliklərini və Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla AZ 5*11, ünvan 3 ünvanında yerləşən mənzil üzrə mülkiyyət hüququnu formal olaraq Cavabdeh1 adına keçirməyi Cavabdeh1 ilə razılaşmışlar. Qeyd olunan səbəbdən *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan sonra Cavabdeh1 ilə «Azərbaycan Beynəlxalq Bankı» arasında müqavilə bağlanaraq kredit öhdəlikləri də onun adına rəsmiləşdirilmişdir. Bu zaman onun tərəfindən 4.*** manat müqavilənin rəsmiləşdirilməsi üçün ödəniş edilmişdir. Həmin müqavilələr bağlanarkən onun mülkiyyət hüququnu Cavabdeh1 keçirmək kimi niyyəti olmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 ona qarşı münasibəti pisləşməyə başlamış və onların nikahlarını qeydə aldırmaqları mümkünsüz olmuşdur. Belə olan halda o, Cavabdeh1 mənzili və kredit öhdəliyini onun adına qaytarmaq üçün alqı-satqı və ipoteka müqaviləsi kredit müqaviləsi bağlamağı tələb etmişdir. Cavabdeh1 isə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2*21-ci ilin iyun ayında münasibətləri tamamilə pisləşdikdən sonra o, ünvan 3 ünvanında yerləşən mənzili tərk edərək Cavabdeh1 ayrı yaşamağa başlamışdır. Qeyd edilənlər kredit müqaviləsinin və ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin uydurma əqd kimi sadəcə görünüş üçün formal olaraq bağlandığını sübut edir. Lakin 2*21-ci ilin iyul ayından Sumqayıt şəhəri, 1*-cu mikrorayon, 82A saylı binada yerləşən 151 saylı mənzillə əlaqədar onun tərəfindən heç bir ödəniş edilməmiş və həmin mənzilin açarları Cavabdeh1 olmuşdur. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman mənzilin qiyməti 39.9** manat olmamışdır. Həmin vaxt mənzilin bazar qiyməti təxminən 6*.*** manat olmuşdur. Mənzilin dəyərinin ilkin ödənişi, kredit ödənişi və müqavilənin rəsmiləşdirilməsi xərci kimi cəmi 25.516 manat iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda, əgər İddiaçı mənzili satmaq və Cavabdeh1 da mənzili almaq niyyəti olsaydı, mənzilin dəyərinin ilkin ödənişi, kredit ödənişi və müqavilənin rəsmiləşdirilməsi xərci kimi cəmi 25.516 manat məbləğində pulun iddiaçıya verilməsi lazım idi. Halbuki, hər iki tərəfin alqı-satqı müqaviləsi bağlamaq niyyəti olmadığı üçün, həmçinin notariusun depozit hesabına alqı-satqı müqaviləsi üzrə pul qoyulmalı olduğu üçün tərəflər özləri bu prosesi asanlaşdırmaq üçün mənzilin qiymətini həmin dövrdə kreditin qalıq məbləğinə uyğun olaraq 39.9** manat müəyyən etmişlər. Göründüyü kimi, alqı-satqı niyyəti olmadığı üçün notariusun depozit hesabı vasitəsi ilə keçirilməli olan pul məbləğini də 5** manat olaraq müəyyənləşdirmişlər. *3 iyun 2*21-ci il tarixdə ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlansa da, mənzil hal-hazırda 13.*9.2*19-cu il tarixli çıxarışa əsasən V.Q.Həsənlinin mülkiyyətindədir. Belə ki, Cavabdeh1 həmin mənzili almaq niyyəti olsa idi 3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsini icra etdirərək öz adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış alardı. Təbii ki, bunun üçün onun tərəfindən dövlət rüsumu və xidmət haqqı ödənilməli idi. Cavabdeh1 həmin mənzili almaq və dövlət rüsumu və xidmət haqqı kimi xərcləri ödəmək niyyəti olmadığı üçün öz adına çıxarış almamışdır. Bütün bunlardan görünür kimi tərəflərin alqı-satqı müqaviləsi bağlamaq barəsində həqiqi iradə ifadələri olmamışdır. Bundan başqa bildirmişdir ki, cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizələrində qeyd etdikləri halların hazırki işlə heç bir hüquqi əlaqəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Sonda Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki İddiaçı oglu Cavabdeh1 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciat etmişdir. İddiaçı üzərindən bir ildən artıq keçməsinə baxmayaraq *3.*6.2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin və eyni tarixli «Öhdəliklərin verilməsi müqaviləsi»nin etibarsız hesab edilməsini tələb etmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsizliğı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. *3.*6.2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin və eyi tarixli «Öhdəliklərin verilməsi müqaviləsi»nin üzərindən artıq 1 il keçmiş, müqavilələrdə bu məsələ ilə bağlı har-hansı bir şərt qeyd edilməmiş, tərəflər öz öhdəliklərini yerinə yetirmiş və indiyədək bu məsələlər barəsində hər hansı tələb və ya iddia olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq *3.*6.2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayiş sahəsinin alqı-satqı müqaviləsi»nin və eyni tarixli «Öhdəliklərin verilməsi müqaviləsi»nin etibarsız hesab edilməsinə dair iddianın tamamilə əsassız olması və iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilərək, iddianın rədd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında iştirak edən «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin nümayəndəsi Cavabdeh3 iddianı qəbul etməyərək iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəmə müraciət etmiş və iş üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq iddianın rədd olmasını məhkəmədən xahiş etmişdir. *8 avqust 2*22-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Sumqayıt şəhəri 4 saylı Notariat ofisi mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, onun nümayəndəsini, cavabdehlər Cavabdeh1 və «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Cavabdeh1 və İddiaçı əvvəllər onunla birlikdə işləmiş, buna görə də o, Cavabdeh1 və İddiaçı tanımış, həmin şəxslərlə yaxın dostluq münasibətlərində olmuşdur. Qeyd olunan səbəbdən də o, Cavabdeh1 və İddiaçı 2*17-2*18-ci ildən birlikdə yaşadıqlarını və 2*2*-ci ildə İddiaçı Cavabdeh1 ev aldığını bilmişdir. Sonradan İddiaçı ilə Cavabdeh1 arasında olan münasibətlər pisləşmiş və V.Q.Zeynallı öz valideynlərinin yaşadığı evdə yaşamağa başlamışdır. Hətta o, həmin şəxslərlə ailəvi dost olduğuna görə öz arvadı ilə birlikdə 2*22-ci ilin aprel ayında Cavabdeh1 və İddiaçı ilə görüşmüş, mövcud mübahisəni həll etməyə çalışmışdır. Həmin vaxt İddiaçı Cavabdeh1 evi deyil, evin ilkin alınması zamanı ödədiyi ilkin məbləği tələb etmiş, lakin bununla bağlı heç bir razılıq əldə olunmamışdır. İş materiallarında olan *3 iyun 2*21-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən 13 sentyabr 2*19-cu il tarixdə verilmiş Reyestr nömrəsi 3*9*12**2**9-*53*4-*93*69, qeydiyyat nömrəsi 1419*13943 saylı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 6 ipoteka ilə yüklü olan mənzili Cavabdeh1 mülkiyyətinə vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 39.9** manat olmuş, mənzilin dəyərinin 5** manatı Cavabdeh1 tərəfindən birdəfəlik olaraq İddiaçı, 39.4** manatı isə kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi yolu razılaşdırılmışdır. İşdə olan *3 iyun 2*21-ci il tarixli, *12 nömrəli öhdəliklərin verilməsi müqaviləsindən görünür ki, X1, Cavabdeh1 və «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti razılaşmışlar ki, bu müqavilənin imzalandığı tarixdən İddiaçı ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli, 33 nömrəli kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələri Cavabdeh1 verilir və Cavabdeh1 qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı əvəz edir. İş materiallarında olan *3 iyun 2*21-ci il tarixli qaydasında təsdiq olunmuş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı "xxxx" MTK-nin inşa etdiyi binada adında olan və Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla: AZ 5*11, ünvan 3 ünvanında yerləşən mənzildən və pay hüququndan imtina etmişdir. Həmin pay hüquqlarının satılmasına, "xxxx" MTK-ya geri qaytarılmasına və digər şəxsin adına sənədləşdirilməsinə etirazı olmamışdır. İşdə olan *4 iyun 2*21-ci il tarixli, 2539 nömrəli "xxxx" MTK-nin «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, "xxxx" MTK *3 iyun 2*21-ci il tarixli imtina ərizəsinə əsasən Sumqayıt şəhəri, 1*-cu mikrorayon ərazisində inşa edilmiş "xxxx" MTK-ya məxsus yüksək mərtəbəli yaşayış kompleksinin 82A nömrəli bina, 13-cü mərtəbəsində yerləşən 151 nömrəli 2 otaqlı, 43.3 m2 olan mənzilini *4 iyun 2*21-ci il tarixdə 53.88* manat məbləğinə, ilkin ödənişi 5.13 faiz ilə Cavabdeh1 satmışdır. Cavabdeh1 *4 aprel 2*21-ci il tarixinə qalan borcu 39.4** manat və 213 ay təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 15 noyabr 2*22-ci il tarixli ərizədən görünür ki, o, 2*21-ci ilin iyul ayından etibarən Sumqayıt şəhəri, 1*-cu mikrorayon, 82A saylı binanın 151 saylı mənzilinə dair heç bir kredit ödənişi aparmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, *3 iyun 2*21-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi» ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən 13 sentyabr 2*19-cu il tarixdə verilmiş Reyestr nömrəsi 3*9*12**2**9-*53*4-*93*69, qeydiyyat nömrəsi 1419*13943 saylı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 6 ipoteka ilə yüklü olan mənzili Cavabdeh1 mülkiyyətinə vermiş, İddiaçı ilə Cavabdeh1 arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 39.9** manat olmuş, mənzilin dəyərinin 5** manatı Cavabdeh1 tərəfindən birdəfəlik olaraq İddiaçı, 39.4** manatı isə kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi yolu ilə ödənilməsi razılaşdırılmışdır. Həmçinin *3 iyun 2*21-ci il tarixli, *12 nömrəli öhdəliklərin verilməsi müqaviləsinə əsasən X1, Cavabdeh1 və «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti həmin müqavilənin imzalandığı tarixdən İddiaçı ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli, 33 nömrəli kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi və Cavabdeh1 qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı əvəz etməsi barədə razılıq əldə olunmuşdur. Bundan sonra qeyd olunan mənzil üzrə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti qarşısında bütün öhdəliklər Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun *2 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, fərdimüəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi fərdi müəyyən əşyalar barəsində əhəmiyyətsiz əqdlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda isə iddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin uydurma əqd (əhəmiyyətsiz əqd) olduğunu bildirməklə, onların etibarlılığını mübahisələndirir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin nümayəndələrinin öz etirazlarının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdikləri xüsusatlar iddianın rədd olunması üçün əsas deyildir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Mcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. «N.Əsədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin yaranmasının ilkin şərti iradə ifadəsi ilə yanaşı, belə iradə ifadəsinin notariat qaydasında təsdiq olunmuş müqavilədə ifadə olunmasıdır. Bundan başqa, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində alqı-satqı haqqında nəzərdə tutulmuş ümumi müddəaların, istərsə də daşınmaz əmlakın alqı-satqısı haqqında müddəaların tələbinə görə satılmış daşınar və daşınmaz əmlakın təhvil alındıqdan sonra ödənilməsi qanunauyğundur. Hazırki halda da tərəflər arasında *3 iyun 2*21-ci ildə bağlanmış ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Həmçinin *3 iyun 2*21-ci il tarixdə öhdəliklərin verilməsi müqaviləsinin bağlanması məhz Cavabdeh1 *3 iyun 2*21-ci il tarixdən sonra mənzilin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqısatqı müqaviləsi və öhdəliklərin verilməsi müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bundan başqa iddiaçı cavabdehlə müqavilələri bağalayan zaman qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir. Bundan başqa, İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmədə verdiyi izahatında *3 iyun 2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını bildirməklə kifayətlənmişdir. Halbuki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, həmin müqavilələrin bağlanmasından sonra Cavabdeh1 Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən evi onun mülkiyyətçisi kimi qəbul etmiş və ona dair mülkiyyətçi hüquqlarını həyata keçirmiş, habelə bəhs edilən müqavilələrin bağlanmasından sonrakı növbəti kredit ödənişləri İddiaçı tərəfindən aparılmamış, yəni əqdin uydurma, yaxud görünüş üçün bağlanmasına dəlalət edən hər hansı əlamət olmamışdır. Əksinə iddiaçının özünün vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında Cavabdeh1 və İddiaçı 2*22-ci ilin aprel ayında görüşü zamanı İddiaçı Cavabdeh1 mənzili deyil, hansısa məbləğdə pul vəsaitini tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi»nin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1442/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1442/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver