Məhkəmə qərarları › İş №2(125)-1450/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1450/2022

21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1450/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Təbriz küçəsi, 129-da X1 adında açıq saxlanılmış 2/36 hissə payla bağlı iddiaçının vərəsəlik payının müəyyən edilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Təbriz küçəsi, 129-da X1 adında açıq saxlanılmış 2/36 hissə payla bağlı iddiaçının vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli, 2(044)-3738/2014 saylı qətnaməsi ilə Gəncə şəhəri, Təbriz küçəsi, 129 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsindən 1/6 hissəsinə X12, 1/6 hissəsinə X6, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X9 payı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə X12, 1/6 hissəsinə X6, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X9 payı müəyyən edilmiş, həmin şəxslərin adlarına müvafiq sənədlərin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin işə baxılarkən onun payı açıq saxlanılmışdır. Buna görə də X1 adında ünvan 2 ünvana açıq saxlanılmış 2/36 hissə qalmışdır. Həmin mülk üzrə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyetsrindən Çıxarışda digər mülkiyyətçilər olan Cavabdeh 18/36, X2 6/36, X6 6/36 hissədə payları müəyyən edilmiş, onun payı isə 4/36 kimi göstərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli qətnaməsi ilə 15 sentyabr 1950-ci ildə vəfat etmiş X10 İddiaçı əmisi olması faktı müəyyən edilmiş, İddiaçı 15 sentyabr 1950-ci ildə vəfat etmiş X10 vərəsəsi kimi tanınmış, 15 sentyabr 1950-ci ildə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanında yerləşən saylı miras mülkün ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(104)-1732/2015 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli qətnaməsi 15 sentyabr 1950-ci ildə vəfat etmiş X7 miras qalmış Gəncə şəhəri Əli Quliyev küçəsi, 23 ünvanında yerləşən miras mülkün ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilmiş, 15 sentyabr 1950-ci ildə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mülkün 1/6 hissəsinə vərəsəlik üzrə onun mülkiyyət hüququ tanınmışdır. Lakin hazırda ünvan 2 ünvandakı X1 adında açıq saxlanılmış 2/36 hissəyə iddiaçının vərəsəlik payının müəyyən edilməsi mümkün deyildir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X8, X5 və X4 qardaş olmaları faktı müəyyən edilmişdir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli 2(044)-3738/2014 saylı qətnaməsinin surətindən görünür ki, miras qoyan S.Cavabdeh xx.xx.1950-ci ildə vəfat etmişdir. Miras əmlak – hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 0299612, reyestr nömrəsi **********540- 10301, qeydiyyat nömrəsi **********1, qeydiyyat tarixi xx.xx.2014-cü il olan çıxarışın surətindən göründüyü kimi ünvan 3 ünvanda 0,18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi (torpaq ölçüsü 0,06 hektar təşkil edir) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli 15/235 saylı məktubundan göründüyü kimi Gəncə şəhəri Nizami rayonu Əli Quliyev küçəsində yerləşən 23 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. Miras qoyan S.Cavabdeh birinci növbədə vərəsələri olmamış, onun ikinci növbədə vərəsələri – xx.xx.1992-ci ildə vəfat etmiş qardaşı X8 uşaqları X16, X13, İddiaçı və 1939-cu ildə vəfat etmiş qardaşı X4 uşaqları Cavabdeh və X15 olmuşdur. Belə olan halda miras qalmış əmlakın ½ hissəsi İddiaçı, S.M.Zeynalov və İddiaçı arasında bərabər bölünməli, qalan ½ hissəsi isə Cavabdeh və S.M.Cəfərova arasında bərabər bölünməlidir. ünvan 4 ünvandakı 0,06 hektar torpaq sahəsindən 1/6 hissəsinə X12, 1/6 hissəsinə X6, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X9 payı, Gəncə şəhəri, Əli Quliyev, 23 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə X12 1/6 hissəsinə X6, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X9 payı müəyyən edilmiş, onların adlarına müvafiq sənədlərin verilməsi Azərbaycan Respublikasl Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2015-ci il tarixli 2(104)-675/2015 saylı qətnaməsinin surətindən görünür ki, X1 xx.xx.1950ci ildə vəfatından sonra, onun ünvan 6 ünvanda yerləşən mülki miras qalmışdır. X1 birinci növbədə vərəsələri olmamış, onun ikinci növbədə vərəsələri qardaşı X8 uşaları X16, X13 və İddiaçı və 1939-cu ildə vəfat etmiş qardaşı X4 uşaqları Cavabdeh və X15 olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli qətnaməsi Gəncə şəhəri Əli Quliyev 23 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi X16, 1/6 hissəsi X13, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi X9 payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2015-ci il tarixli 2(102)-3672/2015 saylı qətnaməsinin surətindən görünür ki, X1 birinci növbəli vərəsələri olmadığından, apellyasiya instansiya məhkəməsi düzgün olaraq ondan miras qalan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə X12, 1/6 hissəsinə X6, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X9 payının müəyyən edilməsi nəticəsinə gəlmişdir. Belə ki, həmin miras pay ikinci növbədə vərəsələr – xx.xx.1992-ci ildə vəfat etmiş qardaşı X14 tərəfindən, onun vəfatından sonra isə uşaqları X16, X13 və İddiaçı tərəfindən, həmçinin 1939-cu ildə vəfat etmiş qardaşı X4 uşaqları Cavabdeh və X15 tərəfindən qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 247888 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11 may 2020-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı 226570 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 aprel 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən 0,18 yaşayış torpaq sahəsinin 2/36 hissəsinə X5, 4/36 hissəsinə İddiaçı, 6/36 hissəsinə X11, 6/36 hissəsinə X2, 18/36 hissəsinə Cavabdeh mülkiyyət hüququ mövcuddur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, miras qoyan S.Cavabdeh xx.xx.1950-ci ildə vəfat etmiş, S.Cavabdeh miras əmlakı ünvan 3 ünvanda 0,18 hektar torpaq sahəsinin 6/18 hissəsindən və Gəncə şəhəri Nizami rayonu Əli Quliyev küçəsində yerləşən 23 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. Miras qoyan S.Cavabdeh birinci növbədə vərəsələri olmamış, onun ikinci növbədə vərəsələri – xx.xx.1992-ci ildə vəfat etmiş qardaşı X8 uşaqları X16, X13, İddiaçı və 1939-cu ildə vəfat etmiş qardaşı X4 uşaqları Cavabdeh və X15 olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli 2(044)-3738/2014 saylı qətnaməsi ilə S.Cavabdeh miras qalmış əmlakın ½ hissəsinin İddiaçı, S.M.Zeynalov və İddiaçı arasında, qalan ½ hissəsinin isə Cavabdeh və S.M.Cəfərova arasında bərabər bölünməli olduğu müəyyən edilmiş, ünvan 4 ünvandakı 0,06 hektar torpaq sahəsindən 1/6 hissəsinə X12, 1/6 hissəsinə X6, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X9 payının ayrılması qət edilmişdir. Lakin həmin qətnamə ilə İddiaçı payı müəyyən edilməmiş və buna görə də ünvan 11 ünvanda yerləşən və S.Cavabdeh ümumi paylı mülkiyyətində olan 0,18 hektar torpaq sahəsinin 2/36 hissəsinə, yaxud ünvan 11 ünvanda yerləşən və S.Cavabdeh mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin 1/6 hissəsinə heç kimin mülkiyyət hüququ qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 mart 1965-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən, qanun üzrə vərəsələr – uşaqlar, ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir... Göstərilən şəxslər olmadığı və ya onlar vərəsəliyi qəbul etmədiyi halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda qardaş-bacıları hesab olunur. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, İddiaçı X3 miras qalmış və hazırda X5 mülkiyyətində olan əmlak kimi qeydiyyatda olan Gəncə şəhəri, Təbriz küçəsi, 129 ünvanında yerləşən torpaq sahəsinin 2/36 hissəsinə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı X3 miras qalmış və hazırda X5 mülkiyyətində olan əmlak kimi qeydiyyatda olan Gəncə şəhəri, Təbriz küçəsi, 129 ünvanında yerləşən torpaq sahəsinin 2/36 hissəsinə payı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar