Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1471/2025 17.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32) qarşı Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixli, 2V-3-2093 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən, X5 miras qalmış 1/3 hissədə paydan X14 irs almaq hissəsində etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışın X7 1/3 hissə payına Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 onun əmisi Tofiqin oğludur. Onun atası X18 xx.xx.1992-ci il tarixdə vəfat etmiş, həmin vaxt T.B.Tağıyevdən bir ədəd avtomobilin və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin miras qaldığını bilmişdir. Hətta T.B.Tağıyevin ölümündən çox əvvəl o, T.B.Tağıyevin mülkiyyətində mənzilin olduğunu bilmişdir. Lakin ötən müddət ərzində o, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evində yaşamamış və T.B.Tağıyevdən qalmış hər hansı mirası qəbul etməmişdir. O, 1993-cü ildə və daha sonralar Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinə getmiş, əvvəlcə X21 ilə, 2004-cü ildə bibisi X24 ilə görüşüb T.B.Tağıyevdən qalmış miras fərdi yaşayış evindən pay tələb etmişdir. Onun yaşamaq üçün yeri olmadığından 1993-cü il tarixdə mübahisəli mənzilə getmiş, orada adını bilmədiyi bir şəxs özünü Tofiq Tağıyevin gəlini kimi təqdim edərək bibisi Afətin sözügedən mənzili onlara bağışladığını bildirmişdir. Tofiq Tağıyev ya atasının əmisi oğlu, ya atasının əmisi olmuşdur. Buna görə də o, T.B.Tağıyevdən miras qalmış əmlakda payının müəyyənləşdirilməsi üçün əlavə tələb və məhkəmədə iddia qaldırmamışdır. Daha sonralar 2003-cü il tarixdə bu məsələ ilə bağlı polis orqanına müraciət etmişdir. Lakin onun dediklərini, yəni 1993-cü ildə mirasın qəbuluna dair hərəkətlər etməsini, 2003-cü ildə hüquq mühafizə orqanlarına müraciətini və 2004-cü il tarixdə bibisi ilə danışıqlarını təsdiq edən hər hansı sübutu yoxdur. Nəhayət 2025-ci il tarixdə Cavabdeh2 T.B.Tağıyevdən miras qalmış Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında çıxarış aldığını və xüsusi mülkiyyət hüququ əldə etdiyini bilmişdir. O, T.B.Tağıyevdən miras qalmış avtomobildən heç vaxt pay tələb etməmiş və mirasın başqa şəxs tərəfindən qəbulunu mübahisələndirməmiş, T.B.Tağıyevdən miras qalmış avtomobilin satılaraq, T.B.Tağıyevin dəfn xərclərinin qarşılandığını düşünmüşdür. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X7 mübahisələndirilən əmlakdan başqa miras əmlakı qalmamışdır. T.B.Tağıyev ömrünün əsas hissəsini cəzaçəkmə müəssisəsində keçirmişdir. İddiaçı X7 ilk nikahından anadan olmuşdur. İddiaçı valideyinləri arasında olan nikah uzun müddət əvvəl pozulmuş və müxtəlif ünvanlarda yaşamışlar. Lakin iddiaçı uşaq yaşlarından atasının yanına gəlib-getmişdir. İddiaçı özünü dərk edəndən miras payını əldə etmək üçün dəfələrlə müraciət etsə də heç bir nəticə əldə edə bilməmiş və daha sonra məhkəməyə müraciət etmişdir. Sonda Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı T.B.Tağıyevdən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin miras qaldığını bilmiş, mirasın açıldığı xx.xx.1992-ci il tarixdən ötən 33 il müddətində mirası qəbul etməmiş və buna dair məhkəmədə iddia qaldırmamışdır. Bununla da İddiaçı həm mirası qəbul etmə, həm də iddia müddətini ötürmüşdür. İddiaçı yalnız 4-5 il bundan öncə Cavabdeh2 yanına gələrək pul istəmiş, Cavabdeh2 isə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etdiyi təqdirdə miras əmlakdan pay ala biləcəyini bildirmişdir. Sonda cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianın əsassız olduğunu, həmçinin iddia müddətinin ötürülməsini bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusu məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, iddiaçının nümayəndəsini (vəkilini) və Cavabdeh2 nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan XVİ-ЖГ seriyalı, 326523 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə anadan olmuş İddiaçı atası X18, anası X8r. İş materiallarında olan AZ-İ seriyalı, 546464 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.1992-ci il tarixli, 4689 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 235 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X15, 1/3 hissədə X10 və 1/3 hissədə X19 məxsusdur. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 2V-3-2093 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X11, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 və xx.xx.2001-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi ünvan 2 ünvanında yaşayan Cavabdeh2dur. O miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 235 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13883/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər notariat kontorunun 21 yanvar 1961-ci il tarixli, 1-66 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ naqqında şəhadətnaməsinə əsasən mülkün 1/3 hissəsi X36 Tağı uğlunun vərəsəsi X1. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 17 avqust 1962-ci il arixli Şəxsi mülkiyyət hüququ iiə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya /ə qiymətləndirilməsinə dair texniki pasportu Tağıyev X6 adına qeyd edilmişdir. Fərdi yaşayış evinin ünvanı texniki pasportda ünvan 5əsinin ümumi sahəsi 0.0358 ha olmuşdur. X25 18 may 1963-cü il tarixli, 1-1941 reyestrli bağışlanma müqaviləsinə əsasən müllkün 1/2 hissəsini (18.9 kvadrat metr bir yaşayış otağı, 10.1 kvadrat metr eyvan) X29 bağışlamışdır. Gəncə şəhər 1 sayı notariat kontorunun 16 fevral 1991-ci il tarixli, 3-1-50 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 vərəsələri Cəfərova Yamən Səlman qızına, Tağıyev Tariyel Bəhram oğluna və X2, onların adlarına 1/3 hissə payları göstərilməklə 05 iyun 1992-ci il tarixli, 4689 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 1 sayı notariat ofisinin 21 sentyabr 2012-ci il tarixli, 2V-3-2093 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X12, X7 və Tağıyev Tofiq Səlman oğlunun payı Cavabdeh2 keçmiş və 21 sentyabr 2012-ci il tarixli, 2V-3-2094 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X26 payı Cavabdeh2 keçmişdir. Qeyd edilən sənədlərə əsasən Cavabdeh2 27 oktyabr 2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş meteriallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-828/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 ailə üzvləri arvadı X13 (xx.xx.1966-xx.xx.2021), qızı Tağıyeva (Məmmədova) Təranə Taryel qızı (xx.xx.1975) və qızı Tağıyeva (Deniz) Afət Tariyel qızıdır (xx.xx.1991). Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X18 xx.xx.1992-ci ildə ölmüş, onun arvadı X4, Tağıyeva (Məmmədova) Təranə Tariyel qızından və Tağıyeva (Deniz) Afət Tariyel qızından ibarət qanun üzrə birinci növbə vərəsələri olmuşdur. X9 Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsi miras qalmışdır. Həmin mirasa Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 2V-3-2093 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh2 payı müəyyən edilmişdir. Cavabdeh2 Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququ Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********43-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32) qarşı Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixli, 2V-3-2093 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən, X5 miras qalmış 1/3 hissədə paydan X14 irs almaq hissəsində etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışın X7 1/3 hissə payına Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mirasın xx.xx.1992-ci ildə açılmasını nəzərə alaraq hesab edir ki, İddiaçı mirası qəbul etməsinə münasibətdə tətbiq edilməli maddi hüquq norması Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarıdır. Buna görə də İddiaçı miras qoyan X5 qalmış mirası qəbul edib-etməməsi yoxlanılmaqla iddianın əsaslılığı tədqiq edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1992-ci ildə miras açılarkən Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinin X7 mülkiyyətində olmasından və həmin əmlakın miras qalmasından məlumatı olmuşdur. Lakin İddiaçı X5 miras qalmış həmin əmlakı və digər əmlakları qəbul etməmiş, qeyd olunan xüsusatı məhkəmə iclasında verdiyi izahatla təsdiq etmişdir. Bununla Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən həmin halı sübut etmə vəzifəsindən azad olmuşdur. Bundan başqa, İddiaçı 1993-cü ildə, 2003-cü ildə və 2004-cü illərdə mirasın qəbuluna dair Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evində yaşayan qohumları ilə əlaqə saxladığını, lakin həmin şəxslərin ona həmin fərdi yaşayış evində yaşamağa icazə vermədiklərini bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmiş, habelə mirasın açıldığı xx.xx.1992-ci il tarixdən ötən 32 il 05 ay müddətində mirasda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır . Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını, habelə İddiaçı tərəfindən Cavabdeh2 qalmış mirasın qəbul edilməməsini nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1471/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1471/2025
17.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver