Məhkəmə qərarları › İş №2(125)-1475/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1475/2022

17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1475/2022 17.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”-nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-*66F KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməsində X5 qeyd olunmasının və JN-**33 KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi kimi qeyd olunmasının, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, notariat əməliyyatı aparmaq üçün Dövlət Notariat Kontoruna müraciət etmiş, lakin, orada bildirmişlər ki, onların ailəsinə verilən JN- *66F KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət verilməsinə dair şəhadətnaməsində vəfat etmiş əri X18 əvəzinə X19 və JN-**33 KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktında onun adı Ərizəçi əvəzinə X3 səhv qeyd edilmişdir. Qeyd edilən səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmiş, onlara rəsmi şəkildə məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona məhkəmə qətnaməsi notariat əməliyyatı aparmaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan AZ-T № 222613 nömrəli 14.1*.2*22-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il tarixdə Goranboy rayonunda anadan olmuş Ərizəçi anası X8r. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəqinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. İş materiallarında olan № *5/496 nömrəli 1*.1*.2*22-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 27.*5.1951-ci il tarixdə Goranboy rayonunda anadan olmuş X11 atası X2*, anası X7r. İş materiallarında olan AZ-İİ seriyalı, 153868 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 1*.*2.2*21-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 24.12.2*21-ci il tarixli, 21462***2984 nömrəli məktubundan görünür ki, Goranboy rayonu, Göynüyən kəndində yerləşən 6.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-**33 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi əvəzinə səhv olaraq X3 yazılması bizə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan *5.*5.2*22-ci il tarixli, 22462***1485 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubundan görünür ki, Goranboy rayonu, Göynüyən kəndində yerləşən *.2* ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-*66F saylı şəhadətnamədə hansı səbəbdən X18 əvəzinə səhv olaraq X6 yazılması bizə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-**33 KOD 5*9*6*38 saylı dövlət aktından görünür ki, X13, X12, X9, X1* və X14 Goranboy rayonu Aqrar İslahat Komissiyasının *8.*9.2***-ci il tarixli, 43 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 6,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan, torpağın mülkiyyət verilməsi barədə JN-*66F KOD 5*9*6*38 saylı şəhadətnamədən görünür ki, Goranboy rayonu Aqrar İslahat Komissiyasının *2.*9.1998-ci il tarixli, 31 saylı qərarı ilə *,2* ha torpaq sahəsi X15 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş 61**277312 saylı, 15.*3.2*1* tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, X2 kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, anası Ərizəçi xx.xx.1955-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. X4 2*.*5.1951-ci ildə Goranboy rayonunda anadan olmuş, 1*.*2.2*21-ci ildə vəfat etmişdir. Sənədlər verilən zaman yəqin ki, texniki səhvlik olaraq torpağın mülkiyyət verilməsi barədə JN-*66F KOD 5*9*6*38 saylı şəhadətnamədə atasının adı X19 və torpağa mülkiyyət hüququna dair JN- **33 KOD 5*9*6*38 saylı dövlət aktında anasının adı X17 olaraq qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, anası Ərizəçi xx.xx.1955-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Yəqin ki, texniki səhvlik olmuş və torpağa mülkiyyət hüququna dair JN-**33 KOD 5*9*6*38 saylı dövlət aktında anasının adı X17 olaraq qeyd edilmişdir. X4 2*.*5.1951-ci ildə Goranboy rayonunda anadan olmuş, 1*.*2.2*21-ci ildə vəfat etmişdir. Torpağın mülkiyyət verilməsi barədə JN-*66F KOD 5*9*6*38 saylı şəhadətnamədə isə atasının ata adı X19 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı ona məxsus bütün sənədlərdə “İfadə” kimi göstərilsə də, JN-**33 KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində adı “İradə” kimi göstərilmişdir. X1 ata adı bütün sənədlərdə “Qnyaz” kimi göstərilsə də, JN-*66F KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində ata adı “Knyaz” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə notariat əməliyyatı aparmaq üçün tələb olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ata adı, ona məxsus bütün sənədlərdə “İfadə” kimi göstərilsə də, JN-**33 KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində adı “İradə” kimi göstərilmişdir. Habelə, X11 ata adı bütün sənədlərdə “Qnyaz” kimi göstərilsə də, JN-*66F KOD 5*9*6*38 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində ata adı “Knyaz” kimi göstərilmişdir. JN-**33 KOD 5*9*6*38 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın “X17” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması, habelə JN-*66F KOD 5*9*6*38 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “X19” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X18”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-**33 KOD 5*9*6*38 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində hüququnun qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-**33 KOD 5*9*6*38 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Ərizəçi məxsus olması faktı və JN-*66F KOD 5*9*6*38 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X13 məxsus olması faktı müəyyən qızına məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 3*5- 311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-**33 KOD 5*9*6*38 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. JN-*66F KOD 5*9*6*38 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar