Məhkəmə qərarları › İş №2(125)-1484/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1484/2023

30.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1484/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X43 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 və İddiaçı1 nümayəndəsi, vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, vəkili Vəkil, Cavabdeh4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinnin nümayəndəsi X23 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Gəncə “ASAN xidmət” Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı özəlləşdirmənin, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Gəncə “ASAN xidmət” Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı özəlləşdirmənin, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzili X16 adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin “X13 miras qalmış Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin ¾ hissəsinə X17, Cavabdeh1 və Cavabdeh4 vərəsəlik hüquqlarının tanınmasına dair” xx.xx.2021-ci il tarixli 2V-588 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, “X13 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2 miras əmlakdan ¼ hissəyə vərəsəlik payının verilməsinə dair” 2V-589 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, “X35 və Cavabdeh4 öz vərəsəlik paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamasına dair” 3M-487 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsinə, “Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 49A, 18 saylı mənzilin Cavabdeh3 bağışlanmasına” dair Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-2660 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli çıxarışın etibarsızlığına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi, vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbinin Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzili X16 adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Qurtuluş küçəsi 1ci döngə, 53 saylı binanın 30 saylı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsinə, “Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 49A, 18 saylı mənzillə bağlı verilmiş xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli çıxarışın etibarsızlığına dair qətnamə çıxarılması hissəsi ilə bağlı dəqiqləşdirmə apararaq, tələbinin çıxarışların deyil, “daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərinin etibarsızlığı” kimi qəbul edilməsini istəyir. Odur ki, həmin mənzillərlə bağlı daşınmaz əmlakın dövlət reyestrində olan qeydlərin etibarsızlığına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Aydınbəyov küçəsi 1ci döngə, 49A saylı evin 18 saylı mənzili İddiaçı1 adına özəlləşmişdir və ona həmin mənzillə əlaqədar qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə 53 saylı binanın 30 saylı mənzili isə orderlə onun mərhum X9na istifadə üçün verilmişdir. Lakin İddiaçı1 hər zaman atasına orderlə verilmiş evdə yaşamış və hətta ailə qurduqdan sonra da həmin evə gəlin gətirmişdir. Həmin evdə onun iki övladı anadan olmuşdur. Anası isə bacısı Cavabdeh3 ilə birlikdə Mehmanın adına olan evdə yaşamışdılar. X25 10 iyul 2002-ci ildə vəfat etmişdir. Tağıyev Məhəmmədəli arvadı Tağıyeva Lətifədən 1990-cı ildə ayrıldığından Məhəmmədəli ilə birlikdə yalnız övladı Mehman Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə 53 saylı binanın 30 saylı mənzilində yaşamışdır. 2019-cu ildə anası Tağıyeva Lətifə belə razılığa gəlmişdir ki, Mehmanın yaşadığı ev hələ atasının adına olduğundan və atasının ölümündən sonra həmin mənzildə yalnız Mehman və ailəsi yaşadığından, ailəsi ilə birlikdə təkbaşına təsərrüfatı idarə etdiyindən İddiaçı1 həmin mənzili öz adına özəlləşdirsin. Mehmanın adına olan mənzillə bağlı isə anası Tağıyeva Lətifəyə baş etibarnamə vermişdir. Bu zaman razılığa gəlmişlər ki, anası atasından ayrılmasına baxmayaraq, həmin iki otaqlı evdə qalsın, evsiz-eşiksiz, kiminsə qapısında qalmasın və evlə bağlı nəsə bir problem olduqda özü təkbaşına problemləri həll edə bilsin. Çünki Mehman tez-tez Rusiya Federasiyasına gedirdi. Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə 53 saylı binanın 30 saylı mənzili ilə bağlı tərəflər razılığa gəldikdən sonra digər İddiaçı2 yaşadığı həmin mənzildə təmir işləri aparmağa başlamışdır. X35 08 noyabr 2022ci ildə vəfat etmişdir. 2022-ci ilin son günlərində isə iddiaçıların yaşadığı ünvana məhkəmədən bildiriş gəlmişdir. Bildiriş və ona əlavə edilmiş iddia ərizəsindən məlum olmuşdur ki, onların yaşadıqları Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilinin mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2dır. Mübahisəli mənzilin orderi hər zaman iddiaçılarda olmuşdur. Ona görə də, onlar mənzilin nə özəlləşməsindən, nə də sonrakı proseslərdən xəbərdar olmamışlar. Sonradan iddiaçılara məlum olmuşdur ki, X17, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 razılıq ərizələrinə əsasən Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzili X16 adına qeydiyyata alınmış və sonuncunun adına xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-588 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 miras qalmış Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin ¾ hissəsinə X17, Cavabdeh1 və Cavabdeh4 vərəsəlik hüquqları tanınmışdır. 2V-589 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2 miras əmlakdan ¼ hissəyə vərəsəlik payı verilmişdir. 3M-487 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X35 və Cavabdeh4 öz vərəsəlik paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamışdırlar. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzilin özəlləşdirilməsi qeyri-qanuni olmuşdur. Belə ki, İddiaçı1 həmin mənzilin orderində kirayəçinin ailə üzvü kimi qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı1 23 yanvar 2004-cü ildə İddiaçı2 ilə el adəti ilə evlənmiş, İddiaçı2 hələ dövlət mülkiyyətində olan qeyd edilən evə gəlin gələrək dövlətlə münasibətə girmiş, xx.xx.2005-ci ildə İddiaçı2 ilə nikahlarını rəsmiləşdirmiş və onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Beləliklə də, İddiaçı2 və onların hələ yetkinlik yaşına çatmayan övladları – xx.xx.2005-ci il təvəllüdlü X30 və xx.xx.2007-ci il təvəllüdlü X18 həmin mənzildən istifadə hüququ əldə etmişlər. Bu isə təsdiq edir ki, bu şəxslərin hər birinin həmin mənzillə bağlı istifadə hüquqları ilə yanaşı gözlənilən mülkiyyət hüququ var. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri – mənzillərin özlləşdirilməsinin tam könüllülüyə əsaslanması, mənzillərin (evlərin) özlləşdirilməsinni pulsuz olması, yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması göstərilmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də, bölünə bilməz.” Yuxarıda da qeyd edildiyi kimi, mənzil qanunsuz yolla özəlləşdirildikdən sonra qanunsuz hərəkətlər yenidən davam etmişdir. Belə ki, X25 ilə X17 xx.xx.1990-cı ildə nikahları pozulmuşdur. Belə olan halda, X6 miras qalmış mənzillə bağlı onunla nikahı pozulmuş X26 vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi qanunsuzdur. Həmçinin, İddiaçı1 daima həmin evdə yaşamışdır. Əgər adlarına vərəsəlik şəhadətnaməsi verilən şəxslərin həmin mənzildə vərəsəlik hüquqları vardısa, deməli, Mehmanın onlardan əvvəl vərəsəlik hüququ olmalıydı. Lakin onun adı gizlədilmiş, nəticədə cavabdehlər saxta yolla öz vərəsəlik paylarının çoxaldılmasına şərait yaradılaraq vərəsəlik şəhadətnaməsi almışlar. Bütün bunlardan başqa, Tağıyev Məhəmmədəli öldüyü zaman onun mülkiyyətində heç bir daşınmaz əmlak olmamışdır. Özəlləşdirmə daşınmaz əmlakın dövlət tərəfindən vətəndaşa əvəzsiz olaraq bağışlanmasıdır. Belə olan halda, Dövlət heç bir ölüyə nəsə bağışlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1. maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1. maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, Tağıyev Məhəmmədəli ölmüş şəxs kimi dövlət tərəfindən ona hər hansısa bir əmlak bağışlana bilməzdi, yəni onun adına mənzilin özəlləşdirilməsi qanunsuzdur. Öz növbəsində onunla nikahda olmayan Tağızadə Lətifənin birgə nikahda əldə edilmiş əmlak kimi həmin mənzili öz adına rəsmiləşdirməsi, daha sonra həmin mənzili bağışlaması qanunsuzdur. Həmçinin, X36 10 iyul 2002-ci ildə vəfat etmiş, onun daimaa heç bir daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Onun qızı Tağıyeva Nərminə 26 dekabr 2017-ci ildə vəfat etmişdir. Bu zaman atasının adına heç bir daşınmaz əmlak olmadığı halda onun atasından miras qalmış hər hansısa bir mirası qəbul etməsi də, mümkün deyil. Daşınmaz əmlakla bağlı çıxarış xx.xx.2020-ci ildə alınmışdır. Halbuki, qeyd edilən mənzil yalnız bir iddiaçıların razılığı ilə onlardan birinin adına özəlləşdirilə bilərdi. Həmçinin, Gəncə şəhəri Aydınbəyov küçəsi 1-ci döngə, 49a,18lə bağlı İddiaçı1 adına xx.xx.2003-cü ildə 22268 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Mehmanın 2003-cü ildə verdiyi etibarnamə əsasında onun özünün xəbəri olmadan Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 49A, 18 saylı mənzilə xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəli çıxarış verilmiş, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-2660 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh3 bağışlanmışdır və ona xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli çıxarış verilmişdir. Bütün bu proseslər İddiaçı1 iradəsinə zidd həyata keçirilmişdir. Tağıyeva Lətifə qeyd edilən mənzili öz qızına bağışlamaqla, əslində özü üçün, öz mənafeyi üçün hərəkət etmişdir. AR Mülki Məcəlləsinin 359.3. maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 339.1. maddəsində göstərilmişdir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Odur ki, Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzili X16 adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin “X13 miras qalmış Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin ¾ hissəsinə X17, Cavabdeh1 və Cavabdeh4 vərəsəlik hüquqlarının tanınmasına dair” xx.xx.2021-ci il tarixli 2V-588 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, “X13 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2 miras əmlakdan ¼ hissəyə vərəsəlik payının verilməsinə dair” 2V-589 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, X35 və Cavabdeh4 öz vərəsəlik paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamasına dair” 3M-487 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsinə, “Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 49A, 18 saylı mənzilin Cavabdeh3 bağışlanmasına” dair Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-2660 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli çıxarışın etibarszılığına dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 ona və qeyrilərə qarşı Gəncə şəhəri, Qurtuluş küçəsi, 1-ci dalan, 53 No-li evin 30-cu mənzilə dair “Özəlləşdirmənin, vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin elibarsız hesab edilməsinə, mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılmasına dair” iddia qaldırmışdır. Qeyd edilən mənzil dövlət əmlakı olmaqla xx.xx.2002-ci il tarixdə vəfat etmiş X9nun, onun ölümündən sonra isə onun və digər ailə üzvlərinin istifadəsində olmuşdur. İddiaçı1 qardaşıdır. Gəncə şəhəri, Aydinbəyov küçəsi, 49A No-li evdə yerləşən 18 N-li mənzildə yaşayır, orada da qeydiyyatdadır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir, Qurtuluş küçəsi, 1-ci dalan, 53 N-li evin 30-cu mənzilə kəmənd atmaq üçün xx.xx.2019-cu il tarixdə həmin mənzili formal bağışlama müqaviləsi ilə Cavabdeh3 adına keçirmişdir. Onun mübahisəli mənzilə, yəni Qurtuluş küçüsi, 1-ci dalan, 53 N-li evin 30-cu mənzilə qeydiyyatı, mənzildən isifadə hüququ, təbil ki, “ Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli qanunu ilə nəzərdə tutulmuş qaydada mənzilin pulsuz özəlləşdirməsində iştirak etmək hüququ yoxdur, O, iddia ərizəsini tərtib etdirərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərini bilə-bilə pozub, harada yaşamasını və qeydiyyatda olmasını gizlətmişdir. İddiaçı1 Gəncə şəhəri, Qurtuluş küçəsi, 1-ci dalan, 53 N-li evin 30-cu mənzilinə dair, yəni hər hansı hüququ olmadığı mənzilə dair özəlləşdirməni və həmin özəlləşdirmədən irəli gələn vərəsəliyi və bağışlama müqaviləsini mübahisələndirmişdir. Halbuki, onun belə iddia qaldırmağa sübyektiv hüququ yoxdur. Subyektiv hüquq olmaq üçün mənzilə aidiyyətli olmaq lazımdır. Bir halda ki, o, həmin mənzildə qeydiyyatda deyil, həmin mənzildə yaşayanların hər hansı birinin ailə üzvü deyil, nəyinə gərəkdir, mənzilin qanuni (düzgün), ya qanunsuz (qeyri-düzgün) özəlləşdirilmişdir. İddia təmin edilsə, mənzil özəlləşdirmədən əvvəlki hüquqi vəziyyətə qaytarılsa belə, ona mənzildən heç nə düşməyəcək. Subyektiv hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovla əlaqədar 30 iyul 2008-ci il tarixli qərarında əla təsvir edilmişdir: “subyektiv hüquq üç elementin məcmusu kimi qivmətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa ( borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və tiçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci elemenl isə bəzən yalnız qanunla -müəyvən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyekliv hüququn dligər elementlərinin, yəni başqa şəxslərdən tələb elmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, Mehman mübahisəli mənzilə ixtiyarlı deyil. Bu isə o deməkdir ki, həmin mənzil uğrunda onunla və özəlləşdirmədə iştirak edən şəxslərlə, eləcə də, özəlləşdirməni həyata keçirmiş Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi ilə mübarizə aparmağa ixtiyarlı deyil. İddiaçı1 ailəsi ilə birlikdə mübahisəli Qurtuluş küçəsi, 1-ci dalan, 53 N-li evin 30-cu mənzildə yaşasa da, bu ona özələşdirmənin ləğv etməsini tələb etmək hüququ vermir. Yəqin ki, bunu bildiyindən, o, vərəsəlik məsələsini ortaya atıb, bildirmişdir ki, o da, atası Məmmədəlinin vərəsəsi olduğu halda vərəsəlikdən kənar qalmışdır. İncə yerə toxunmuşdur. Ərazi İdarəsi mənzili birbaşa yaşayıçıların adlarına özəlləşdirmək əvəzinə məsələni vərəsəlik üsulu ilə həll etmişdir. İndi Mehman Ərazi İdarəsinin bu səhvindən bəhrələnmək niyyəti güdür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyesti haqqında” qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir, Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Mənzili özəlləşdirmək hüququ tək atası Məmmədəliyə məxsus olmadığından Ərazi İdarəsinin yaşayışçıları 18 il əvvəl vəfat etmiş, vəfatı ilə dərhal mənzilə hüququ itmiş şəxsin ayağına bağlayıb, “məsələni sonra vərəsəlik yolu ilə həll edərsiniz” deməsi qanunsuzdur. Şəxsin tikdirdiyi, lakin öldüyü üçün sənəd ala bilmədiyi evlər üzrə “Daşınmaz əmlakın dövlət reyesti haqqında” qanunun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli qanuna uyğun özlləşdirilməsi zamanı isə mümkün deyil. Mənzil atasının adına özəlləşdirilmiş, qanun üzrə vərəsəliklə mənzil orada yaşayan vərəsələrinə keçmiş, sonra ona və Cavabdeh2 bağışlanmışdır. Mehman bundan istifadə edib, vəsərəsəlik hüququnun pozulmasını bildirir, halbuki bu vərəsəlik formaldır, ataları Məmmədəli miras qoymamışdır. İddia ərizəsində özü Azərbaycan Respublikasının Mülkm Məcəlləsinin 1151.1-ci maddəsinə istinad edir. Həmin maddəyə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi. Mehman bilə-bilə su bulandırır. Ərazi İdarəsinin özəlləşdirmə zamanı qanuna uyğun olmayan yol tutması əsassız iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki İddiaçı1 bu iddianı qaldırmağa ixtiyarlı deyil. Hər bir halda onun mənzilə hüquq yaranmır. Deməli, iddia birmənalı olaraq rədd edilməlidir. Mehman “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanunu istinad edir. Amma, həmin qanunda söhbət ondan, yəni mənzili özəlləşdirmə hüququ olmayan vətəndaşdan yox, özəlləşdirmə hüququ olan vətəndaşlardan gedir. Odur ki, onun həmin məsələ barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından bəhrələnmək cəhdi də əbəsdir. Nəhayət mənzili özəlləşdirib, payını bağışlamış şəxslərdər, Lətifə Tağıyeva dünyasını dəyişmişdir. İddianın təmin edilməsi status-kvonu pozur. Təbii ki, ölmüş şəxs payını bağışlaya, yəni iradəsini həyata keçirə bilməz. Odur ki, iddianın mənzili özəlləşdirmiş şəxslərin təqsiri olmadan Ərazi İdarəsinin yol verdiyi formal pozuntuya görə təmin edilməsi həqiqəti, insan iradəsini puç edir, mövcud ölümə görə aradan qaldırılması mümkün olmayan problem yaradır. İddiaçı1 ixtiyarlı şəxs olmadığı üçün onun iddiası hər bir halda rədd edilməlidir. Odur ki, İddiaçı1 ona və qeyrilərinə qarşı “Özəlləşdirmənin, vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, mənzilin əvvəlki hüquqi vəziyyətlə qaytarılmasına dair” iddiasını əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 49A, 18 saylı mənzil Cavabdeh3 bağışlanmışdır. Həmin mənzil Mehmanın anası Lətifəyə verdiyi etibarnamə əsasında onun razılığı əsasında xx.xx.2019-cu il tarixli 4Ə-2660 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlanmışdır və ona xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli çıxarış verilmişdir. İddia tələbini əssasız hesab edir. Belə ki, bağılanma müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X23 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Cavabdeh Gəncə “ASAN xidmət” Notariat Ofisinin nümayəndəsi ərizə göndərərək işə onların iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1973-cü il tarixli orderin surətindən görünür ki, X24 Poçt Qutusu qəsəbəsi ev 3, blok 3,dördüncü mərtəbə, mənzil 30 ünvanında 46,05 kv.m yaşayayış sahəsi olan 3 otaqlı mənzil verilmişdir. X2, Lətifə arvadı, Nərminə qızı, Əli oğlu, Rəsmiyyə qızı, Şükür oğlu, Mehman oğlu ailə üzvü kimi qeyd edilmişdir. İşdə olan xx.xx.1963-cü il tarixli İ-ИЕ №440210 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X36 ilə X31 xx.xx.1963-cü ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X36 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X9, anası X27r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X9, anası X27r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X9, anası X27r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X9, anası X19r. İşdə olan xx.xx.2019-cu il tarixli İV-ЖГ №450700 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 xx.xx.1988-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Ələsgərova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1, anası X5r. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhər, Kəpəz rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X12 xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X9, anası X27r. İşdə olan xx.xx.2020-ci il tarixli 247 saylı arayışından görünür ki, X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Elektron notariat avtomatlaşdırlmış informasiya sistemindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında X12, Cavabdeh1, X35, Cavabdeh4, Cavabdeh2 qeydiyyatdadır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil **********06-05101-093035 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə X16 adına qeydə alınmışdır. İşdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/Q- 3571/70 saylı arayışdan görünür ki, X36 ilə X35 arasında qeydə alınmış nikah ər-arvadın qarşılıqlı razılığı xx.xx.1990-cı il tarixdə pozulmuş və 166 saylı nikah akt qeydi ilə əsasında qeydə alınmışdır. Nikah pozulduqda sonra arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan reyestrdə 2v-589 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X4 vərəsəsi qızı- Cavabdeh2 ünvan 3 ünvanında yerləşən miras əmlakdan ¼ hissədə irs almışdır. Miras əmlak, vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X12 xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası-X24 verilmiş **********06-05101-093035 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzildən ibarətdir. İşdə olan reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X16 vərəsələri arvadı X35, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 ünvan 4 ünvanında yerləşən miras əmlakdan bərabər hissədə irs almışdır. Miras əmlak, **********06-05101-093035 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən miras qoyan X24 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzilin ¾ hissəsindən ibarətdir. İşdə olan reyestrdə 3m-487 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanma müqaviləsinin surətindən görünür ki, X35 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamışlar. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil **********35-05101-093019 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmışdır. İşdə olan Elektron notariat avtomatlaşdırlmış informasiya sistemindən xx.xx.2019-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında İddiaçı1 və X30 qeydiyyatdadır. İşdə olan Elektron notariat avtomatlaşdırlmış informasiya sistemindən xx.xx.2019-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında İddiaçı1 və X30 qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli AZ-T №022241 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X21 xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan reyestrdə 7E-23-15159 nömrə ilə qeydə alınmış xx.xx.2003-cü il tarixli etibatnamənin surətindən görünür ki, İddiaçı1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən ilə almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və s hüquqlarını xx.xx.2063-cü il tarixədək X26 etibar etmişdir. İşdə olan 22268 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 30.3 kv.m olan mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2003-cü il tarixdə İddiaçı1 adına qeydə alınmışdır, İşdə olan reyestrdə 4Ə-2560 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, X3 Mehman Məmmədəli oğlunun əvəzinə sonuncunun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 53.9 kv.m olan mənzili Cavabdeh3 bağışlamışdır. İşdə olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-33/2-114/2023 saylı məktubdan görünür ki, Kirovabad şəhər X22 Mənzil İdarəsinin 19 iyul 1973-cü il tarixli 20 nömrəli protokolu ilə verilmiş 532 nömrəli order, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 19 iyun 2019-cu il tarixli, “3/4 nömrəli Arxiv arayışı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında 29 iyul 2020-ci il tarixli ******* nömrəli arayışı (qeydiyyatda olanlar: Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 İllmmədəli oğlu, X35), Cavabdeh4 Gəncə İNSAN xidmət" mərkəzində notariat kontorunun xx.xx.2020-ci il tarixli, 8İ-13648 saylı reyestrdə, Cavabdeh2 qıznın Gəncə “ASAN xidmət” mərkəzində nofarial fontorunun xx.xx.2020-ci il tarixli, 8İ-13651 saylı reyestrdə, Cavabdeh1 Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2020-ci il tarixli, 8İ-13652 saylı reyestrdə, X17 Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2020-ci il tarixli, 8İ-13650 saylı reyestrdə təsdiq edildiyi razılıq əizələrinə, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 12 saylı Mənzil İstismar sahəsinin xx.xx.2020-ci il tarixli, 201 saylı ünvan dəqiqləşdirilməsi ilə bağlı Arayışına əsasən ünvan 8 ünvanında yerləşən 30 saylı mənzil (ümumi sahəsi 74.1 kv.m, yaşayış sahəsi 46 kv.m, 3 yaşayış otağı) X16 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2020-ci il tarixli **********06-05101-093035 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-cı il tarixli, 2V-588 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli, 3M-487 reyestr nömrəli Miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 (1/2 hissə) və Cavabdeh1 (1/2 hissə) adlarına payları göstərilməklə xx.xx.2020-ci il tarixli **********06- 05101-093035 reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan xx.xx.2022-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********11 saylı məktubdan görünür ki, Azərbaycan Dənir Yolu İdarəsi Mülki Tikinti Xidmətləri 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2003-cü il tarixli 1994a və 1893 saylı arayışları, 1204 saylı (2 nömrəli forma) arayışı (qeydiyyatda yalnız İddiaçı1 olmuşdur), Gəncə şəhər X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli 23 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Aydinbəyov küçəsi, 1-ci döngə, ev 49A, 18 saylı mənzil İddiaçı1 adına özələşmişdir və ona xx.xx.2003.cü il tarixli 22268 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə İddiaçı1 ünvanı Qurtuluş küçəsi, 1-ci döngə, ev 49A, 18 olan bu mənzilə xx.xx.2019 cu il tarıxlİ ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarıxlı 4Ə-2660 çaylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil (30.3 kvm ıkı yaşayiş otaqları, 23.6 kvm köməkçi sahə) Cavabdeh3 bağışlanmışdır və ona xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış yenilmişdir. Kirovabad şəhər X50 İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli 20 nömrəli protokolu ilə verilmiş 532 nömrəli order, Azərbaycan Respublikası Daxili İşlər Nazırliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı (qeydiyyatda olanlar: Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X35), Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixdə təsdiq etdiyi X17 8İ-13650 saylı, Cavabdeh1 8İ-13652 saylı, Cavabdeh4 8i-13648 saylı, Cavabdeh2 8İ- 13651 saylı razılıq ərizələrinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 1-ci döngə, ev 53, 30 saylı mənzil X16 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli, çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-588 saylı qanun üzrə vərəsəlik hüququ haqqıda şəhadətnaməsinə əsasən X13 miras qalan bu əmlakın 3/4 hissəsinə X17, Cavabdeh1, Cavabdeh4 vərəsəlik hüquqları tanınmışdır, 2V-589 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 qalan miras əmlaka vərəsəlyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2 miras əmlakdan 1/4 hssəyə vərəsəlik payı verilmişdir. 3M-487 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X35 və Cavabdeh4 öz vərəsəlik paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamışdırlar. Cavabdeh1 1/2 pay və Cavabdeh2 1/2 pay Qurtuluş küçəsi, 1-ci döngə, ev 53, 30 saylı mənzilə (46.0 kv.m üç yaşayış otaqları, 28.1 kv.m köməkçi sahə) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan X40 və X41 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür, xx.xx.2019-cu il tarixdən etibarən ünvan 2 ünvanında yerləşən mənzilin təmir işlərində onun əmək haqqını X21 vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X36 ilə X31 xx.xx.1963-cü ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1961-ci il tarixdə X12, xx.xx.1963-cü il tarixdə Cavabdeh4, xx.xx.1965-ci il tarixdə X7, xx.xx.1967-ci il tarixdə Cavabdeh1 və xx.xx.1969-cu il tarixdə İddiaçı1 adlı uşaqları olmuşdur. xx.xx.1973-cü il tarixli order əsasında X24 Poçt Qutusu qəsəbəsi ev 3, blok 3,dördüncü mərtəbə, mənzil 30 ünvanında 46,05 kv.m yaşayayış sahəsi olan 3 otaqlı mənzil verilmişdir. Orderdə X2, ailə üzvləri kimi arvadı Lətifə, qızı Nərminə, oğlu Əli, qızı Rəsmiyyə, oğlu Şükür, oğlu Mehman ailə qeyd edilmişdir. X14 ilə X8 xx.xx.1988-ci ildə nikaha daxil olmuşlar. X36 ilə X35 arasında qeydə alınmış nikah ər-arvadın qarşılıqlı razılığı xx.xx.1990-cı il tarixdə pozulmuşdur. X11 ilə X4 birgə nikahından xx.xx.1995-ci il tarixdə X20 anadan olmuşdur. X36 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İddiaçı1 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 30.3 kv.m olan mənzilə qeydiyyata düşmüş və həmin mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2003-cü il tarixdə İddiaçı1 adına qeydə alınmışdır. İddiaçı1 ilə X21 xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Kirovabad şəhər X50 İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli 20 nömrəli protokolu ilə verilmiş 532 nömrəli order və X12, Cavabdeh1, X35, Cavabdeh4, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olmuşlar. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixdə təsdiq etdiyi X17 8İ-13650 saylı, Cavabdeh1 8İ-13652 saylı, Cavabdeh4 8i-13648 saylı, Cavabdeh2 8İ- 13651 saylı razılıq ərizələrinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil **********06-05101-093035 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə X16 adına qeydə alınmışdır. Reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə ölmüş X16 vərəsələri arvadı X35, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 ünvan 4 ünvanında yerləşən miras qoyan X24 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzilin ¾ hissəsindən ibarət miras əmlakdan bərabər hissədə irs almışdır. Reyestrdə 2v-589 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi qızı- Cavabdeh2 ünvan 3 ünvanında yerləşən miras əmlakdan ¼ hissədə irs almışdır. Reyestrdə 3m-487 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X35 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamışlar. Reyestrdə 7E-23-15159 nömrə ilə qeydə alınmış xx.xx.2003-cü il tarixli etibarnamə ilə İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən ilə almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və s. hüquqlarını xx.xx.2063-cü il tarixədək X26 etibar etmişdir. Reyestrdə 4Ə-2560 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə ilə X3 Mehman Məmmədəli oğlunun əvəzinə sonuncunun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 53.9 kv.m olan mənzili Cavabdeh3 bağışlamışdır. Cavabdeh2 (1/2 hissə) və Cavabdeh1 (1/2 hissə) adlarına payları göstərilməklə xx.xx.2020-ci il tarixli **********06-05101-093035 reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 10 olan bu mənzilə dair Cavabdeh3 xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçılar mübahisəli ünvan 3 ünvanında yerləşən mənzilin X16 adına qeydə alınması, ünvan 10 olan bu mənzilə dair Cavabdeh3 adına qeydə alınmasını əsassız hesab edərək, daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə əlaqədar qeyd edir ki, iddia tələbi 2000-ci ildən sonra baş vermiş daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan mülki məcəllənin əqdlərin etibarsızlığına dair münasibətləri normaları tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçıların dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçıların mübahisəli mənzillərin` üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçılar tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzili X16 adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə qeyd edir ki, Tağıyev Məhəmmədəli öldüyü zaman onun mülkiyyətində heç bir daşınmaz əmlak olmamışdır. Özəlləşdirmə daşınmaz əmlakın dövlət tərəfindən vətəndaşa əvəzsiz olaraq bağışlanmasıdır. Belə olan halda, Dövlət heç bir ölüyə nəsə bağışlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1. maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1. maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, Tağıyev Məhəmmədəli ölmüş şəxs kimi dövlət tərəfindən ona hər hansısa bir əmlak bağışlana bilməzdi, yəni onun adına mənzilin özəlləşdirilməsi qanunsuzdur. Bununla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin qanunun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı əlavə etməlidir. İddiaçılardan İddiaçı1 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin ölmüş şəxsin adına özəlləşdirilməsni və qeydə alınmasını əsassız hesab edərək daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı1 digər mübahisəli mənzildə yəni, ünvan 10 ünvanında olan mənzildə qeydiyyatda olmuş və həmin mənzil Azərbaycan Dəmir Yolu İdarəsi Mülki Tikinti Xidmətləri 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2003-cü il tarixli 1994a və 1893 saylı arayışları, 1204 saylı (2 nömrəli forma) arayışı (qeydiyyatda yalnız İddiaçı1 olmuşdur), Gəncə şəhər X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli 23 saylı qərarından çıxarışına əsasən İddiaçı1 adına özəlləşmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Göründüyü kimi, İddiaçı1 mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan artıq istifadə etmişdir və onun digər mənzilin, yəni Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin özələşdirməsində iştirak etmək hüququ olmamışdır. Digər İddiaçı2 isə həmin mənzilin özəlləşdirilməsində razılığı tələb olunan ailə üzvlərinin sırasına daxil olmadığından belə tələb irəli sürmək hüququ yoxdur. Göstərilənlərə və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçıların Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzili X16 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsinə dair müvafiq tələb (subyektiv) hüququ mövcud olmamışdır. Bu baxımdan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 157.8–ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddia tələbinin Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin “X13 miras qalmış Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin ¾ hissəsinə X17, Cavabdeh1 və Cavabdeh4 vərəsəlik hüquqlarının tanınmasına dair” xx.xx.2021-ci il tarixli 2V-588 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, “X13 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2 miras əmlakdan ¼ hissəyə vərəsəlik payının verilməsinə dair” 2V-589 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, X35 və Cavabdeh4 öz vərəsəlik paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamasına dair” 3M-487 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X36 ilə X35 arasında qeydə alınmış nikah ər-arvadın qarşılıqlı razılığı xx.xx.1990-cı il tarixdə pozulmuşdur. X36 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixdə təsdiq etdiyi X17 8İ-13650 saylı, Cavabdeh1 8İ-13652 saylı, Cavabdeh4 8i-13648 saylı, Cavabdeh2 8İ-13651 saylı razılıq ərizələrinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil **********06-05101-093035 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə X16 adına qeydə alınmışdır. Reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə ölmüş X16 vərəsələri arvadı X35, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 ünvan 4 ünvanında yerləşən miras qoyan X24 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzilin ¾ hissəsindən ibarət miras əmlakdan bərabər hissədə irs almışdır. Reyestrdə 2v-589 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi qızı- Cavabdeh2 ünvan 3 ünvanında yerləşən miras əmlakdan ¼ hissədə irs almışdır. Reyestrdə 3m-487 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X35 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamışlar. X36 xx.xx.2002-ci il tarixdə ölmüşdür. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil **********06- 05101-093035 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə X16 adına qeydə alınmışdır. X36 öldüyü anda və onun adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil qeydə alındığı anda X3 Məmmədəli Əli oğlunun arvadı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. X35 mərhumun arvadı olmadığından onun miras əmlakdan pay almaq hüququ olmamışdır. Tərəflərin, o cümlədən cavabdehlərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçılar X16 vəfatından sonra, mübahisəli mənzil mərhumun adına özəlləşdirilən zaman da, ünvan 2 ünvanında yaşamışlar. Bu baxımdan İddiaçı1 birinci növbə vərəsə olduğundan və mirası faktiki qəbul etdiyindən, o cümlədən X17 miras əmlakda payı olmadığından iddia tələbi İddiaçı1 münasibətdə reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə ölmüş X16 vərəsələri arvadı X35, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 ünvan 4 ünvanında yerləşən miras qoyan X24 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzilin ¾ hissəsindən ibarət miras əmlakdan bərabər hissədə irs alması hissəsində X26 aid hissədə, reyestrdə 3m-487 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X35 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamaları hissəsində X26 aid hissədə etibarsız hesab edilməli və Qurtuluş küçəsi, 1-ci döngə, ev 53, 30 saylı mənzilə (46.0 kv.m üç yaşayış otaqları, 28.1 kv.m köməkçi sahə) dair 1/2 pay Cavabdeh1 və 1/2 pay Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı2 münasibətdə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı2 X16 vərəsəsi olmadığından onun Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin “X13 miras qalmış Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilin ¾ hissəsinə X17, Cavabdeh1 və Cavabdeh4 vərəsəlik hüquqlarının tanınmasına dair” xx.xx.2021-ci il tarixli 2V-588 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, “X13 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2 miras əmlakdan ¼ hissəyə vərəsəlik payının verilməsinə dair” 2V-589 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, X35 və Cavabdeh4 öz vərəsəlik paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamasına dair” 3M-487 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 saylı binanın 30 saylı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsi hissəsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmamışdır. Bu baxımdan həmin hissədə iddia tələbi İddiaçı2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 49A, 18 saylı mənzilin Cavabdeh3 bağışlanmasına” dair Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-2660 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli **********1 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsızlığına dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı1 bağışlanmanın iradəsinə zidd həyata keçirildiyini, Tağıyeva Lətifənin qeyd edilən mənzili öz qızına bağışlamaqla, əslində özü üçün, öz menafeyi üçün hərəkət etdiyini qeyd etmişdir. İş materialları müəyyən edilmişdir ki, reyestrdə 7E-23- 15159 nömrə ilə qeydə alınmış xx.xx.2003-cü il tarixli etibatnamə ilə İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən ilə almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və s. hüquqlarını xx.xx.2063-cü il tarixədək X26 etibar etmişdir. Reyestrdə 4Ə- 2560 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə X3 Mehman Məmmədəli oğlunun əvəzinə sonuncunun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 53.9 kv.m olan mənzili Cavabdeh3 bağışlamışdır. İddiaçı1 bağışlanmanın iradəsinə zidd həyata keçirildiyini qeyd etsə də, bunun nədə ifadə olunmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Tağıyeva Lətifənin qeyd edilən mənzili öz qızına bağışlamaqla, əslində özü üçün, öz menafeyi üçün hərəkət etməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı1 Tağıyeva Lətifənin doğma oğlu, hədiyyəni qəbul edən Cavabdeh3 isə doğma qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Qohumluq baxımından İddiaçı1 və Cavabdeh3 Tağıyeva Lətifəyə eyni məsafədə yerləşir. Bu baxımdan Tağıyeva Lətifənin oğluna məxsus evi oğlunun verdiyi etibarnamə əsasında qızına bağışlamasını onun əqdi öz mənafeyi üçün bağlaması kimi qiymətləndirmək əsassız olardı. Digər tərəfdən məhkəmə, mübahisəli mənzildə bu günədək Cavabdeh3 yaşamasını da, hədiyyə verənin əşyanı (əmlakı) hədiyyə alana verməsi kimi qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017ci il tarixdə ölmüş X16 vərəsələri arvadı X35, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 ünvan 4 ünvanında yerləşən miras qoyan X24 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzilin ¾ hissəsindən ibarət miras əmlakdan bərabər hissədə irs alması hissəsində reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə X26 aid hissədə, xx.xx.2020-ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X35 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamaları hissəsində reyestrdə 3m-487 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi X26 aid hissədə etibarsız hesab edilməli və Qurtuluş küçəsi, 1-ci döngə, ev 53, 30 saylı mənzilə (46.0 kv.m üç yaşayış otaqları, 28.1 kv.m köməkçi sahə) dair 1/2 pay Cavabdeh1 və 1/2 pay Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 35 manatı cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdə ölmüş X16 vərəsələri arvadı X35, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 ünvan 4 ünvanında yerləşən miras qoyan X24 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzilin ¾ hissəsindən ibarət miras əmlakdan bərabər hissədə irs alması hissəsində reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə X26 aid hissədə və xx.xx.2020-ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X35 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli reyestrdə 2v-588 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 və Cavabdeh2 bağışlamaları hissəsində reyestrdə 3m-487 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi X26 aid hissədə etibarsız hesab edilsin. ünvan 8, 30 saylı mənzilə dair 1/2 pay Cavabdeh1 və 1/2 pay Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 35 manatı cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı1 verilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar