Məhkəmə qərarları › İş №2(125)-151/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-151/2025

02.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-151/2025 02.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokolu-qərarının, 23 iyun 2023-cü il tarixdə Gəncə şəhər 6 saylı Notariat ofisində Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 Sərəncamına əsasən ona Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində fərdi yaşayış evinin yerləşdirilməsindən ötrü 300,0 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Sərəncamdan sonra torpaq sahəsinin 4 tərəfini 2 metr hündürlüyündə daş hasar çəkdirmiş və giriş-çıxış üçün darvaza qoydurmuşdur. Eyni zamanda su çəni, əl arabası və digər əşyaları orada saxlamaqla uzun illərdir ki, istifadə edir. Qeyd olunan sərəncam subyektiv hüququn yaranmasına əsasdır. Göstərilən sərəncam ləğv edilməmişdir və bu gün də qüvvədədir. Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023cü il tarixli, 10 saylı iclas protokolu-qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin vətəndaş Cavabdeh4 satılması məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən qərarda qeyd edilir ki, həmin torpaq sahəsi uzun müddət Cavabdeh4 istifadəsində olduğundan elə onun mülkiyyətinə verilməsi məqsədəmüvafiqdir. Bundan sonra elə həmin tarixə də, yəni 23 iyun 2023-cü il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisində Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında ona ayrılmış torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokolu həqiqəti əks etdirmir. Çünki, həmin torpaq sahəsi uzun müddətdir ki, Cavabdeh4 istifadəsində yox, onun istifadəsindədir. Gəncə şəhəri Nizami Bələdiyyəsi həmin torpaq sahəsini Cavabdeh4 satan zaman həmin torpaq sahəsinin faktiki olaraq onun istifadə və sahibliyində olmasını bilə-bilə torpaq sahəsini Cavabdeh4 satmışdır. xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, “keçmiş mero” adlanan yerin yaxınlığında yerləşən özünə məxsus 3 sot torpaq sahəsindən oğurluq edilməsi ilə əlaqədar polisə müraciət etmiş və müvafiq araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Sözügedən torpaq sahəsinin onun istifadəsində və qanuni sahibliyində olması xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara nəzər salınarkən də məlum olur. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş digər bir “cinayət işinin rədd edilməsi” haqqında 14 iyul 2023-cü il tarixli qərarda Cavabdeh4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri ilə xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, 0.0298 ha torpaq sahəsi ona verilərək yerində göstərilmişdir. Mübahisələndirilən bələdiyyə qərarında isə həmin torpaq sahəsinin uzun müddət Cavabdeh4 istifadəsində olduğu və bunun üçün ona verildiyi qeyd edilmişdir. Necə olur ki, o, mübahisəli torpaq sahəsinə 2013-cü il tarixdən etibarən sahiblik və istifadəni həyata keçirdiyi təqdirdə, bələdiyyə sədri həmin torpaq sahəsini, yalnız alqı-satqıdan sonra görmüş və bəyənmiş Cavabdeh4 satır. Bunları yazmaqda məqsədi ondan ibarətdir ki, bilinsin ki, mübahisəli torpaq sahəsi həqiqətən də 2013-cü il tarixdən onun istifadəsində olmaqla sahiblik hüququnu həyata keçirmişdir. Bələdiyyə həmin torpağı satacağı təqdirdə ona satmalı olduğu halda başqa şəxsə hansı əsaslarla satır. Cavabdeh4 torpağı əldə etdikdən sonra onun çoxsaylı orqanlara dayanmadan şikayət etdiyini görüb, həmin ərazidə ev tikintisi aparmağa başlamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamına əsasən ona Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində fərdi yaşayış evinin yerləşdirilməsindən ötrü 300,0 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Sərəncamdan sonra torpaq sahəsinin üzərində xeyli işlər görmüş, həmin ərazini hasarlamaqla, darvaza qoymuşdur. Daha sonra bilmişdir ki, cavabdeh Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokolu-qərarı ilə mübahisəli torpaq sahəsi olan ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin digər Cavabdeh4 satılması məqsədəmüvafiq hesab edilmiş, Gəncə şəhəri 6 saylı Notariat Ofisində, AN-İ seriyalı, ******* nömrəli, 23 iyun 2023-cü il tarixli Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsi Cavabdeh4 satılmışdır. Cavabdeh4 tərəfindən isə həmin torpaq sahəsinə ********** qeydiyyat nömrəli, 01 avqust 2024-cü il tarixli, **********63-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınmışdır. Cavabdeh4 satılmış torpaq sahəsi onun istifadəsi və sahibliyində olan torpaq sahəsidir. Lakin həmin torpaq sahəsində tikinti aparılmasına dair verilmiş sərəncama hər hansı plan və sxem əlavə edilməmişdir. Buna baxmayaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək əlavə bildirdi ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən Cavabdeh4 satılan zaman qanunvericiliyin tələbi kobud pozulmuşdur. Belə ki, bələdiyyə tərəfindən eyni gündə torpağın cavabdehə satılması barədə iclas protokolu tərtib olunmuşdur. Həmin gün də torpaq sahəsi notariat kontorunda cavabdehə satılmışdır. Bu da onu göstərir ki, bələdiyyə əvvəlcədən torpaq sahəsinin faktiki istifadəçisinin İddiaçı olduğunu bilirdi. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin 14 noyabr 2024-cü ildə keçirilən iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinə dair Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında Gəncə şəhəri 6 saylı Notariat Ofisində, AN-İ seriyalı, ******* nömrəli, 23 iyun 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və Cavabdeh4 tərəfindən isə həmin torpaq sahəsinə ********** qeydiyyat nömrəli, 01 avqust 2024-cü il tarixli, **********63-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınmışdır. Məhkəmənin 14 noyabr 2024-cü ildə keçirilən iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X5 iddia tələbinin qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinə dair Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında Gəncə şəhəri 6 saylı Notariat Ofisində, AN-İ seriyalı, ******* nömrəli, 23 iyun 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin bağlanan zaman Cavabdeh4 şəhid ailəsi olması nəzərə alınmışdır. Qeyd edilən torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə 14 noyabr 2024-cü ildə keçirilən iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini alan zaman həmin ərazi zirzibil olmaqla, hər hansı hasar mövcud olmamışdır. Daha sonra iddiaçı ona mübahisəli torpaq sahəsinin onun istifadəsində və sahibliyində olduğunu bildirmişdir. Halbuki, ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsi ona Gəncə şəhəri Nizami bələdiyyəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə satılmışdır. O da həmin müqavilə əsasında torpağa çıxarış almışdır. Odur ki, iddia tələbinin rədd eilməsini xahiş edir. Məhkəmənin 02 iyun 2025-ci il tarixə, saat 14:30-a təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh4, digər cavabdehlər Gəncə şəhər 6 saylı Notariat Ofisinin nümayəndəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəblərini qeyd etməmişlər. Lakin ünvan 4 ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsi Memarlıq və tikinti şöbəsindən xahiş edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhəri Nizami bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokol qərarının surətindən görünür ki, Gəncə şəhəri, X11 ev 2, mənzil 31 ünvanında qeydiyyatda olan Cavabdeh4 mülkiyyətinə uzun müddət istifadəsində olan Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətindəki 6-cı zonaya aid yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara aid 0.0298 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəmüvafiq hesab edilməsi və bu barədə vətəndaşa 3 gün müddətində bildiriş göndərilməsi qərara alınmışdır. Həmçinin torpağın dəyəri nəzərə alınmaqla 1430,40 manat 60 gündən gec olmayaraq vətəndaş tərəfindən bələdiyyənin bank hesabına ödənilməsi, həmin müddətdə torpağın dəyəri ödənilərsə bələdiyyə ilə vətəndaş Əntiqə Cəlil qızı arasında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmlışdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi ********** olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 22 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Gəncə şəhər Nizami Bələdiyyəsinin adına mülkiyyət hüququ qeydə alınmışdır. 23 iyun 2023-cü il tarixli, 4Ə-605 reyestr nömrəli (AN-İ 1154368) Gəncə şəhər 6 saylı notariat ofisində başlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha torpaq sahəsi Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayonu Nizami Bələdiyyəsi adından Cavabdeh4 1430 (min dörd yüz otuz) manata satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 05 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Cavabdeh4 adına mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli, 3-21-3-33/2-723/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780A saylı Sərəncamında qeyd olunan 300.0 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. Əraziyə keçirilən baxış zaman, iddiaçının iddia edərək naturada təqdim etdiyi 0.0298 ha torpaq sahəsi, **********63-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia olunan torpaq sahəsi üzərində tikili mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 10/891 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli, 3-21-3-33/2-723/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780A saylı Sərəncamında qeyd olunan 300.0 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. Əraziyə keçirilən baxış zaman, iddiaçının iddia edərək naturada təqdim etdiyi 0.0298 ha torpaq sahəsi, **********63-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia olunan torpaq sahəsi üzərində tikili mövcuddur. Gəncə İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-693/2023 nömrəli qərardadından görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)- 693/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, X11, ev 2, mənzil 31-də pasport qeydiyyatındadır. Gəncə şəhər Nizami bələdiyyəsinin 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi Gəncə şəhər Nizami bələdiyyəsinin mülkiyyətindədir. Bu torpaq sahəsi şəhid ailəsi Cavabdeh4 alq-satqı yolu ilə satılmışdır. Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilmiş 008410 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh4 şəhid ailəsidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300,0 kvadratmetr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsi Memarlıq və tikinti şöbəsindən xahiş edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhəri Nizami bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokol qərarına əsasən Gəncə şəhəri, X11 ev 2, mənzil 31 ünvanında qeydiyyatda olan Cavabdeh4 mülkiyyətinə uzun müddət istifadəsində olan Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətindəki 6-cı zonaya aid yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara aid 0.0298 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəmüvafiq hesab edilməsi və bu barədə vətəndaşa 3 gün müddətində bildiriş göndərilməsi qərara alınmışdır. Həmçinin torpağın dəyəri nəzərə alınmaqla 1430,40 manat 60 gündən gec olmayaraq vətəndaş tərəfindən bələdiyyənin bank hesabına ödənilməsi, həmin müddətdə torpağın dəyəri ödənilərsə bələdiyyə ilə vətəndaş Əntiqə Cəlil qızı arasında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi ********** olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 22 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Gəncə şəhər Nizami Bələdiyyəsinin adına mülkiyyət hüququ qeydə alınmışdır. 23 iyun 2023-cü il tarixli, 4Ə-605 reyestr nömrəli (AN-İ 1154368) Gəncə şəhər 6 saylı notariat ofisində başlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha torpaq sahəsi Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayonu Nizami Bələdiyyəsi adından Cavabdeh4 1430 (min dörd yüz otuz) manata satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 05 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Cavabdeh4 adına mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli, 3-21-3-33/2-723/2025 nömrəli mütəxəssis rəyinə əsasən Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780A saylı Sərəncamında qeyd olunan 300.0 kvadratmetr torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. Əraziyə keçirilən baxış zaman, iddiaçının iddia edərək naturada təqdim etdiyi 0.0298 ha torpaq sahəsi, **********63-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia olunan torpaq sahəsi üzərində tikili mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2025ci il tarixli, 10/891 nömrəli rəyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli, 3-21-3-33/2- 723/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780A saylı Sərəncamında qeyd olunan 300.0 kvadratmetr torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. Əraziyə keçirilən baxış zaman, iddiaçının iddia edərək naturada təqdim etdiyi 0.0298 ha torpaq sahəsi, **********63-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia olunan torpaq sahəsi üzərində tikili mövcuddur. Gəncə İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanılmışdır. Həmçinin Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(125)-151/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas-protokolu-qərarının ləğvinə dair hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə, ilk növbədə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüquqlarının pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçının istinad etdiyi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamı mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Çünki bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi torpaq sahəsi ilə iddiaçının hər hansı hüququ bağlılığı müəyyən olunmur. Başqa sözlə mübahisələndirilən torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. İddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Hazırkı iş üzrə iddiaçının Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamı üzrə iddia etdiyi 300 kvadratmetr torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Belə olan halda yuxarıda qeyd olunan hallar iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnu istisna edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus olmamaqla yanaşı, sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmadığından başqa sözlə iddiaçının mübahisəli əraziyə bağlılığını müəyyən edən hər hansı mötəbər sübut olmadığından iddiaçı cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia rədd olunduğundan məhkəmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat İddiaçı tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar