Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1515/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi) “hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğluna qarşı “maneənin aradan qaldırılması və əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində Bayandırxan və Məmmədtağı küçəsinin kəsişməsində yerləşən 0.06 ha torpaq sahəmizi zəbt edərək 57 mert uzunluğunda qanunsuz inşa etdirdiyi daş hasarın onun öz hesabına sökülməsini və həyətyanı sahələrinə giriş-çıxış avtomobil yolunun bərpa edilməsini və ödədiyi 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğluna qarşı qarşılıqlı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Əllərin dairəsi ərazidə 80 sot torpaq sahənin daş hasarını inşa etməyinə cavabdehlər İddiaçı3, İddiaçı1, X1 və İddiaçı2 törətdikləri maneənin aradan qaldırlması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər tərəfindən torpaq sahəsinə qoyulmuş 2 ədəd su çəninin və qaz borusu ilə qaz sayğacının torpaq sahəsindən götürülməsi, hasarın 2 metr hissəsində inşa etdikləri ayaqyolunun sökülməsi, cavabdehlər tərəfindən torpaq sahəsində qazılmış-quraşdırlmış kanalizasiya quyusunun bağlanması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar hər biri ayrı-ayrılıqda ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi) “hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi) “hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1515/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1515/2022
08.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver