Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-152/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər X19 və X10 qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər X19 və X10 qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisinin 06 iyul 2024-cü il tarixli, 930 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X19 və X14 ona və cavabdeh Göygöl rayon qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab olunması tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)-1522/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X18 ilə onun arasında Göygöl rayon Qeydiyyat şöbəsində 05 oktyabr 2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikah etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)-1522/2023 nömrəli qətnaməsi ləğv olunaraq iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1504/2024nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə ölmüş X11 miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Gəncə şəhər 1 saylı notariat ofisinə müraciət etmişdir. Notarius miras əmlaklara bağlı müvafiq orqanlara sorğular etmişdir. Bundan sonra, X19 və X14 xx.xx.2024-cü il tarixdə ünvan ərizə ilə müraciət edərək mərhum ataları xx.xx.2022-ci il tarixdə ölmüş X12 qanun üzrə vərəsə olduqlarını, guya o, qanunu pozaraq nikah şəhadətnaməsi əldə etməklə vərəsə olduğunu iddia etmiş, nikah şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsinin davam etdiyini, miras əmlakın notarial qaydada bölüşdürülməsinə razı olmadıqlarını, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün notariat hərəkətinin aparılmasından imtina edilməsini xahiş etmişlər. Bundan sonra, Gəncə şəhəri 1 saylı notariat ofisinin 930 nömrəli, 06 iyul 2024-cü il tarixli imtina qərarı ilə X15, X10 və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Notarius qərarının onunla əsaslandırmışdır ki, ərizəçilər X5 Albina Mədəd qızı və İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X12 vəfatından sonra adına miras qalmış daşınar və daşınmaz əmlaklarına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Lakin X5 Albina Mədəd qızı notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında miras payın bölgüsü ilə bağlı mübahisə yarandığından miras payın bölüşdürülməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiklərini bildirərək notariat hərəkətlərinin dayandırılmasını və imtina qərarının verilməsini xahiş etmişdirlər. Notarius qeyd edilənləri və Azərbaycan Respublikası Notariat haqqında qanunun 40-cı maddəsini rəhbər tutaraq notariat hərəkətlərinin aparılmasında imtina etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 930 nömrəli, 06 iyul 2024-cü il tarixli imtina qərarını qanunsuz və əsasız hesab edir. Belə ki, notarius Azərbaycan Respublikası Notariat haqqında qanunun 40-cı maddəsinə istinad edərək notariat hərəkətlərinin aparılmasından imtina etmişdir, lakin notarius istinad etdiyi normada notariat hərəkətlərinin aparılmasından imtina etmək üçün əsaslar mövcud deyildir. Bundan başqa, ərizəçilər X19 və X14 notariat ofisinə təqdim etdikləri ərizədən görünür ki, onlar vərəsələr arasında miras payın bölgüsü ilə bağlı mübahisə yarandığından miras payın bölüşdürülməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiklərini bildirmişlər. Lakin ərizəçilərin ərizədə və iddia tələblərində vərəsələr arasında miras payın bölgüsü ilə bağlı mübahisənin nədən ibarət olduğunu əsaslandıra bilməmişlər. Ərizəçilərin təqdim etdiyi iddia ərizəsindən görünür ki, onlar məhkəmədən miras əmlaka dair paylarının müəyyən edilməsini xahiş etmişlər. Eyni əsaslarla onlar Notariat ofisinə də müraciət etmişlər. Lakin iddia tələbində vərəsələr arasında paylarla bağlı mübahisənin, yani hansı miqdarda miras əmlakdan payların tələb edilməsi il bağlı açıq tələbləri yoxdur. Bundan başqa, ərizəçilər X5 Albina Mədəd qızı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X12 vəfatından sonra adına miras qalmış daşınar və daşınmaz əmlaklarına dair vərəsəlik şəhadətnaməsinin verilməsini notariat ofisinin notariusundan xahiş etmişlər. Göründüyü kimi bütün vərəsələr miras əmlakdan pay istəmişlər və maraqlı şəxslər özləri də sonradan notariat ofisinə müraciət edərək həmin payların notariat qaydasında aparılmasını istəməmişlər. Notarius miras əmlaka dair vərəsələrə konkret paylarının müəyyən etməmiş maraqlı şəxslər əsassız olaraq işi ləngitmək məqsədi ilə olmayan mübahisə açmışlar. Ərizəçilər haradan bilərdilər ki, notarius tərəfindən miras əmlaka dair payları müəyyən edərkən həmin paylar onları qane etməyəcəkdir? Ərizəçilərin yeganə məqsədi mümkün qədər vərəsəlik işini yubatmaq olmuşdur. Belə olan halda notarius tərəfindən notariat hərəkətinin aparılmasından imtina etmək hüququ yaranmır. Qeyd etdiyi kimi, notariusun imtina qərarı qanuna əsaslanmır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını bildirmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X19 və X14 məhkəmə iclasında iştirak etməmiş, lakin AZEMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına işləri ilə bağlı gələ bilməyəcəklərini, odur ki, bu halın nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslər X19 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; X19 və X6 ünvan ünvanlandığı 05 iyul 2024-cü il tarixli ərizədən görünür ki, onlar xx.xx.2022-ci il tarixdə ölmüş X12 qanun üzrə vərəsələridir. İddiaçı qanunu pozaraq nikah şəhadətnaməsi əldə etməklə vərəsə olduğu iddiasındadır, nikah şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi davam edir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki Məcəllənin 1291-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, miras əmlakın notarial qaydada bölüşdürülməsinə razı deyillər. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün notariat hərəkətlərinin aparılmasından imtina edilməsini xahiş edirlər. Gəncə şəhəri 1 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtinaya dair 06 iyul 2024-cü il tarixli, 930 nömrəli qərarından görünür ki, xüsusi notarius Elnur X3 və X6 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsilə əlaqədar təqdim etdiyi sənədləri nəzərdə keçirib onların mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə barədə ərizələrinə əsasən Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq, X19, X14 və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. 05 iyul 2024-cü il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçılar X19 və X14 cavabdeh İddiaçı qarşı “Vərəsələr arasında miras payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4274/2024 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər X19 və X10 qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-4493/2024 nömrəli mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçılar X19 və X6 cavabdeh İddiaçı qarşı “Vərəsələr arasında miras payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(104)-1939/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2 (125)-1522/2023 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış və iddiaçılar X19 və X6 cavabdehlər İddiaçı və Göygöl rayon qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(102)- 1504/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X19 və X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(104)-1939/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxslər X19 və X6 hazırkı iddia ərizəsinə olan etirazlarından görünür ki, İddiaçı onlara və Cavabdehna qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 930 saylı, 06 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Qeyd olunanlara əsasən, miras əmlakın notarial qaydada bölüşdürülməsinə razı olmadıqlarına görə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Cavabdeh notariat hərəkətinin aparılmasından imtina edilməsini xahiş etmişlər. Notariat orqanında şənbə günü iş günü olduğuna görə həmin gün qərarı alsalar da, məhkəmələrdə iş günü bazar ertəsi başladığından iddia ərizəsini 08 iyul 2024-cü ildə tarixdə məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. İddiaçı iddia ərizəsində bildirir ki, miras payın bölgüsü ilə bağlı mübahisənin nədən ibarət olmasını qeyd etməmişlər, həmçinin notariat kontoruna müraciət etməklə pay istəmişlər və bölgünün notarial qaydada aparılmasını xahiş etmişlər. Bununla bağlı qeyd edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat kontoruna mərhum atası X12 övladları olaraq mirasın qəbulu ilə bağlı ərizə vermişlər, notariat kontorunda payların bölünməsi ilə bağlı razı olmadıqlarına görə notarial qaydada bölgü aparılmasından imtina edilməsini xahiş etmişlər. Ümumiyyətlə İddiaçı payın verilməsinə razı deyillər. Miras əmlaklar mərhum anası X4 və mərhum atası X1 1996-1998-ci illərdə alınmışdır. Hazırda cavabdeh İddiaçı saxta sənəddən istifadə etməklə nikah şəhadətnaməsi əldə etmiş, vərəsələr sırasına daxil olmuşdur. İddiaçı vərəsə ola bilməz, ona pay verilməsinə razı deyillər, vərəsə olmasına əsas saxta yolla əldə etdiyi nikah şəhadətnaməsidir. Həmin şəhadətnamənin verilməsinə əsas olmuş, tibbi arayışın saxtalığı ilə bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma davam edir. İddiaçı iddia edir ki, o, nikahın etibarsızlığı ilə bağlı onların qaldırdığı iddia üzrə məhkəmə qətnamələri onun xeyrinə təmin olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1522/2023 saylı, 02 iyun 2023-cü il tarixli (hakim C.Tağıyev) qətnaməsinə əsasən iddiaları təmin edilmiş, lakin həm apellyasiya, həm kassasiya instansiyası məhkəmələri mövqeyini onunla əsaslandırmışlar ki, iddiaçıların, yəni onların subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya məhkəməsinə müraciət olunmuşdur. Məhkəmələr tərəfindən nikahın etibarsızlığı ilə bağlı hal subyektiv hüququn olmaması qənaətinə gəldiklərinə görə ümümiyyətlə araşdırılmamışdır. Həmçinin qeyd edir ki, Göygöl Rayon Prokurorluğunun araşdırmasının nəticəsindən asılı olaraq nikahın etibarsızlığı ilə müvafiq icra hakimiyyəti orqanının iddia qaldırılması ilə bağlı da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacaqdır. Odur ki, İddiaçı Cavabdeh 930 saylı, 06 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair iddiası əsassız olduğundan rədd edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, hazırkı iş üzrə İddiaçı və üçüncü şəxslər X19 və X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11 miras qalmış əmlaka vərəsə tanınmaları və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Gəncə şəhər 1 saylı notariat ofisinə müraciət etmişlər. Bundan sonra X19 və X14 notariat ofisinə ərizə ünvanlayaraq vərəsələr arasında mübahisə olduğunu bildirmiş və notariat hərəkətlərinin aparılmasından imtina olunmasını xahiş etmişlər. Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Elnur X3 və X6 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsilə əlaqədar təqdim etdiyi sənədləri nəzərdə keçirib onların mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə barədə ərizələrinə əsasən Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq X19, X14 və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunması barədə 06 iyul 2024-cü il tarixli, 930 nömrəli qərar qəbul etmişdir. Daha sonra X19 və X2 Qətibə Ənvər qızına qarşı “Vərəsələr arasında miras payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iş Gəncə Şəhər Məhkəməsinin icraatında olmaqla hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Elnur Məhərrəmov Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq, X19, X14 və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunması barədə 06 iyul 2024-cü il tarixli, 930 nömrəli qərar qəbul etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası konsulluqlarının apardığı notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlərə Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən olunmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Sözügedən qərarda həmçinin Konstitusiya məhkəməsi göstərmişdir ki, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunubolunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxmalıdır. Bu zaman isə notarius Notariat haqqında Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin birinci bəndini rəhbər tutaraq hərəkətin aparılması qanuna zidd hesab etməklə notariat hərəkətlərini aparmaqdan imtina etməlidir. Hazırkı işdən də görünür ki, vərəsələr arasında vərəsə olma ilə bağlı mübahisə olduğuna görə notariat kontoru notariat hərəkətlərini aparmaqdan imtina etmiş, bundan sonra iddiaçılar X19 və X14 cavabdeh İddiaçı qarşı “Vərəsələr arasında miras payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, vərəsələr arasındakı mirasın bölünməsi ilə bağlı mübahisə məhkəmə tərəfindən həll olunacağından, eyni zamanda iddiaçının hazırkı iddiası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsi və Notariat haqqında Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1-ci bəndinə zidd olduğundan İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər X19 və X10 qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər X19 və X10 qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-152/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-152/2025
18.02.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver