Məhkəmə qərarları › İş №2(125)-153/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-153/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-153/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi və pulun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (bundan sonraiddiaçı və ya lizinq verən) ilə Cavabdeh (bundan sonra-cavabdeh və ya lizinq alan) arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli MAS-1300 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE168005 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC tərəfindən satın alınmış və lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinə əsasən X1 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(044)- 3635/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı iddası təmin edilərək 30 sentyabr 2019-cu il tarixli MAS-1300 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh ümumilikdə 1334.06 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə müvəqqəti iddiaçıya məxsus duracağa yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarla xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən İXM-nin 342.7-ci və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat cərimə edildiyinə görə 96 manat; xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarla xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli protokola əsasən İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 manat cərimə edildiyinə görə 16 manat; xx.xx.2021-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarla xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli protokola əsasən İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 manat cərimə edildiyinə görə 16 manat; xx.xx.2021-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarla xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli protokola əsasən İXM-nin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat cərimə edildiyinə görə 240 manat; xx.xx.2020-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarla xx.xx.2020ci il tarixli, İXP ******* nömrəli protokola əsasən İXM-nin 327.3-cü və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə edildiyinə görə 128 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi xidmət haqqı 490 manat, ümumi ehtiyyat hissələrinin dəyəri 270 manat olmaqla, cəmi 760 manat ziyan dəymişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 760 manat pul və inzibati xəta haqqında protokollara görə ödənilmiş 496 manat pul olmaqla, cəmi 1256 manat pulun və ödənilmiş 32.96 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyektinin istifadəsi zamanı cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr iddiaçı tərəfindən ödənilmişdir və həmin dövrdə zədələnmiş lizinq obyektinin bərpası üçün tələb olunan pul məbləği qüsur aktına əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6935 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 744.0 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (748-1.8). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). Mülki Məcəlləyə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, lizinq obyekti iddiaçı tərəfindən lizinq alanın istifadə və sahibliyinə verilmiş, lizinq alan müqavilənin qüvvədə olduğu müddət ərzində törətdiyi inzibati xətalara görə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Lizinq alan müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə məhkəmə qaydasında lizinq müqaviləsi ləğv edilmiş, lizinq borcunun tutulmasıyla yanaşı lizinq obyektinin lizinq verən təhvil verilməsi qət edilmişdir. Lizinq obyekti zədələnmiş qaydada təhvil alınmış və həmin avtomobil istifadəsi zamanı lizinq alan barəsində tətbiq edilmiş cərimələr ödənilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı cavabdehdən lizinq obyektinə dəymiş zərərin əvəzinin ödənilməsini və cərimələrə görə edilmiş ödənişlərinin tutulmasını tələb etməkdə haqlıdır Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, hüququ pozulmuş iddiaçı zədələnmiş əmlakını bərpa etmək üçün çəkməli olduğu xərc qismində qüsur aktında müəyyən olunmuş 760 manat pulun tutulmasını xahiş edir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 744 manat müəyyən edilmişdir. Ekspert rəyi sübut növü kimi qəbul edir və razılaşır, belə ki, həmin rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, lizinq obyektinin bərpası üçün ekspert rəyi ilə müəyyən edilmiş 744 manat pul və lizinq obyektinin istifadəsi zamanı tətbiq edilmiş cərimələrin ödənilməsinə görə (96+16+16+240+128=496) 496 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32.96 manat pul tutularaq iddiaçıya, ekspertiza xərci olaraq 100 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 744 (yeddi yüz qırx dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 96 (doxsan altı) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar