Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1572/2022 15.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh Samvelovnaya qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iddiaçının mərhum atası X2 ilə cavabdeh X4 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin evi iddiaçının miras olaraq, qəbul etmə faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Samvelovnaya qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iddiaçının mərhum atası X2 ilə cavabdeh X4 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin evi iddiaçının miras olaraq, qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hazırki halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən və həmin iddia ərizəsində göstərilən mübahisə yaranmamışdan 13 il əvvəl X2 2009-cu ildə vəfat etmişdir. Lakin iddia ərizəsinə İddiaçı X1 hüquqi varisi olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Bundan başqa, iddia tələbi «X2 ilə cavabdeh X4 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesan edilməsi və həmin evi iddiaçının miras olaraq, qəbul etmə faktının müəyyən edilməsi» olsa da, iddia ərizəsinə əlavə olunmuş İddiaçı aid doğum haqqında şəhadətnamədə iddiaçının atasının «X3» olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessial Məcəlləsinin 150.1.3-cü maddəsinə görə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh Samvelovnaya qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iddiaçının mərhum atası X2 ilə cavabdeh X4 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin evi iddiaçının miras olaraq, qəbul etmə faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1572/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1572/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver