Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1573/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Ərizəçi və vəkili X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə Xanlar rayonu, Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə, *,18 ha torpaq sahəsinin ayrılmasına dair JN- **9F, KOD-5*8*5*28 nömrəli şəhadətnamənin atası X4 məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X7 onun atasıdır və 17 avqust 2*1*-cu il tarixdə vəfat etmişdir. Hazırda ondan miras olaraq torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmə işləri aparmaq istəsə də torpağın mülkiyyətə verilməsi barədə JN-**9F, KOD5*8*5*28 nömrəli şəhadətnamədə atasının adı «Fazil» kimi yazılmalı olduğu halda səhvən «Fariz» kimi göstərilmişdir. Həmin faktın müəyyən olunması atasından miras qalmış torpaq sahəsini öz adına keçirmək üçün vacib olduğunu göstərərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X9 ərizəçi ilə eyni məzmunda çıxış edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Vİİİ-JQ 416118 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ata qrafasında X1 qeyd olmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin atası Fazil kimi qeyd olunmuşdur. AZ-İ 425274 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 16.*8.2*1*-cu il tarixdə ölmüşdür. JN-**9F, KOD5*8*5*28 nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədən görünür ki, Xanlar rayonu, Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə X5 *,18 ha torpaq sahəsi verilmişdir. Göygöl rayonu, Aşıqlı Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3*.*7.2*21-ci il tarixli,323 saylı arayışdan görünür ki, JN-**9F, KOD5*8*5*28 nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə mülkiyyətçinin adı X7 əvəzinə X2 qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin atası X3 miras qalmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin atasının adı səhvən Fariz kimi qeyd olunduğundan və həmin faktın təsdiq olunmasını ərizəçi başqa yolla əldə edə bilmədiyi üçün mirasın qəbulu ilə bağlı məsələləri həll edə bilməmişdir. Məhkəmə hesab edir ki, həmin faktın təsdiq olunmasını ərizəçi başqa yolla əldə edə bilmədiyi üçün məhkəmə qaydasında təsdiq olunmalı, JN-**9F, KOD-5*8*5*28 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X4 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Torpağın mülkiyyətə verilməsinə dair JN-**9F, KOD-5*8*5*28 nömrəli şəhadətnamənin mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(125)-1573/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1573/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver