Məhkəmə qərarları › İş №2(125)-1574/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1574/2024

30.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1574/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Fərhad oğlu və Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Fərhad oğlu və Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 tərəfindən təsdiq edilmiş 10 iyul 2021-ci il tarixli reyestrdə 3m-291 nömrə ilə qeydə alınmış və xx.xx.2022-ci il tarixli reyestrdə 3M-76 nömrə ilə qeydə alınmış kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Fərhad oğluna münasibətdə notariat orqanı tərəfindən verilmiş müxtəlif kredit müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin kredit müqavilələri başqa başqa şəxslərə münasibətdə tərtib edildiyindən iddiaçı onların hər birinə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda hər iki şəxsə qarşı kredit müqavilələrinin eyni tarixdə bağlanmasını əsas gətirərək eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddia ərizəsində Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 qarşı tələb qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Fərhad oğlu və Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar