Məhkəmə qərarları › İş №2(125)-1575/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1575/2025

20.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1575/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, xx.xx.1981-ci ildə anadan olmuş X2 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci ildə anadan olmuş X2 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə bildirdi ki, xx.xx.1981-ci ildə anadan olmuş X6 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 anadangəlmə xəstədirlər. Onlar özlərini idarə edə və zəruri ehtiyaclarını ödəyə bilmirlər. Qeyd olunan səbəbdən X6 və X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və sonuncuların mənafeyini təmin etmək üçün onlara qəyyum təmin edilməlidir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında Vİİ-ЖГ seriyalı 410417 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş X2 atası X5, anası isə Ərizəçidır. İşdə olan X-ЖГ seriyalı 381106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə anadan olmuş X3 atası X5, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 58 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Psixonevroloji dispanserdə HPK tərəfindən komission qaydada müayinə olunmuş və ona «ağır dərəcə əqli gerilik» F72.0 diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş «tibbi-sosial komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə» dair çıxarışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X1 USİ-nin qalıq əlamətləri, tərəfli hemiparezlə. Sol ətrafların funksiya pozulmasİ. Psixi fiziki inkişafdan ləngiməsi xəstəliyindən əziyyət çəkir. İkinci dərəcəli əlildir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 5-1/2-JH- 170/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi X2 və X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.0 xəstəliyindən əziyyət çəkir. xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. xx.xx.1981-ci il tarixdə anadan olmuş X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F72.0 xəstəliyindən əziyyət çəkir. xx.xx.1981-ci il tarixdə anadan olmuş X6 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. xx.xx.1981-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 və X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F72.0 xəstəliyindən əziyyət çəkirlər. xx.xx.1981-ci ildə anadan olmuş X6 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildirlər. X6 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1981-ci ildə anadan olmuş X6 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X4 ərizəsi təmin edilsin. xx.xx.1981-ci ildə anadan olmuş X6 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər xx.xx.1981-ci ildə anadan olmuş X2 və xx.xx.1984-cü il tarixdə anadan olmuş X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar