Məhkəmə qərarları › İş №2(125)-1578/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1578/2024

16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1578/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X3rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına qanunsuz hesablanmış 813 manat borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mülk şəxsi mülkiyyət hüququnda ona məxsusdur. Anası və Atası bir ildən artıq xəstə idilər. Bina evinin pilləkənlərini qalxmaq qabiliyyətləri olmadığına görə o, valideyinlərini faktiki yaşadığı (Cavad xan küç, ev 13-də məhlə evi) ünvanda saxlamışdır. X8 xx.xx.2022-ci ildə, X25 xx.xx.2022-ci ildə vəfat etmişdir. Yalnız yas mərasimində həmin evdə sudan istifadə olunmuşdur. Həmin ev 04 dekabr 2023-ci il tarixdən etibarən onun mülkiyyətindədir. Həmin mülk ona məxsus olsa da, o, qeyd edilən Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi (M.Haciyev), ev 3, mənzil 16-yaşamır. Evdə heç bir yaşayış olmadığından və ümumiyyətlə heç bir kommunal vasitədən istifadə olunmadığından evin qapıları 2022-ci ildən bağlıdır. X27 TSC tərəfindən ona aid olan, heç bir yaşayış olmayan ünvan 3ünvanına 813 manat borc yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X19 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X11 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və qeydiyyatdan çıxarılan şəxslər: Ələsgərova (Abbasova) Günay Elbrus qızı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək; Kazımova (Abbasova) Sevinc Elbrus qızı xx.xx.2003-cü il tarixdən hal-hazıradək; X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (vəfat edənədək) və X11 xx.xx.2005-ci il tarixədək xx.xx.2022-ci il tarixədək (vəfat edənədək). İş materiallarında olan ünvan 1 ünvanına aid abonent kartından görünür ki, xx.xx.2005-ci il tarixli müqavilə üzrə həmin mənzilin abonent hesabına 2011-cı il üçün illik qalıq borc 84.48 manat; 2012-cı il üçün illik qalıq borc 86.40 manat; 2013-cı il üçün illik qalıq borc 86.40 manat; 2014-cı il üçün illik qalıq borc 86.40 manat; 2015-cı il üçün illik qalıq borc 86.40 manat; 2016-cı il üçün illik qalıq borc 87.18 manat; 2017-ci il üçün illik qalıq borc 108.9 manat; 2018-ci il üçün illik qalıq borc 110.25 manat; 2019-cu il üçün illik qalıq borc 109.35 manat; 2020-ci il üçün illik qalıq borc 109.8 manat; 2021-ci il üçün illik qalıq borc 198.92 manat; 2022-ci il üçün illik qalıq borc 216 manat; 2023-cü il üçün illik qalıq borc 189 manat; 2024-cü il üçün yanvar ayı üçün qalıq borc 4.5 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X12 arasında xx.xx.2019-cu ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Ələsgərova Soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında xx.xx.2008-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Kazımova Soyadı verilmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyi 407 nömrəli Hərbi hissənin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri, Tereşkova küçəsi, ev 42, mənzil 27 ünvanında xx.xx.2019-cu ildən yaşayır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışındam görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi: əri X6, qızı X15 və qızı X13r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə yaşamır və 2022-ci ildən yaşayış olmamışdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 30 yanvar 2021-ci il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,60 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,30 manat müəyyən edilmişdir. Həmin qərar 01 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, mübahisəli ünvanda Ələsgərova (Abbasova) Günay Elbrus qızı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu ilədək; Kazımova (Abbasova) Sevinc Elbrus qızı xx.xx.2003-cü il tarixdən xx.xx.2008-cu ilədək; X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və X11 xx.xx.2005-ci il tarixədək xx.xx.2022-ci il tarixədək yaşamışdır. Beləliklə, mübahisəli ünvanda xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək 3 nəfər, xx.xx.2022-ci il tarixədək 2 nəfər, xx.xx.2022-ci il tarixədək 1 nəfər yaşamışdır. Belə ki, X4 xx.xx.2019-cu ildən, İddiaçı xx.xx.2008-ci ildən evlənərək başqa ünvanda yaşamışdır. Bundan başqa, mübahisəli ünvan üzrə göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 2011-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 84.48 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 19.68 manat borc silinməlidir; 2012-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2013-cü il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2014-cü il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2015-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2016-cı il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 87.18 manat borc hesablansa da, 01 yanvar 2016-cı il tarixdən 15 may 2016-cı il tarixədək 4,5 ay müddət üçün köhnə tariflə 3 nəfər üçün hesabat aparılmaqla illik 24.3 manat borc, 16 may 2016 – 31 dekabr 2016-cı il tarixlər arasında 7,5 ay üçün yeni tariflə 3 nəfər üçün 50.64 manat borc, illik cəmi 74.94 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 12.24 manat borc silinməlidir; 2017-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 108 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 81 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 27 manat borc silinməlidir; 2018-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 110.25 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 81 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 29.25 manat borc silinməlidir; 2019-cu il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 109.35 manat borc hesablansa da, xx.xx.2019-cı il tarixdən xx.xx.2019-cu ilədək tarixədək 3 nəfər üçün hesabat aparılmaqla illik 20.25 manat borc, xx.xx.2019-cu ildən – 31 dekabr 2016-cı il tarixədək arasında 2 nəfər üçün 40.5 manat borc olmaqla, illik cəmi 60.75 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 48.6 manat borc silinməlidir; 2020-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 109.8 manat borc hesablansa da, əslində 2 nəfər üçün hesabat aparılmaqla illik 54 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 55.8 manat borc silinməlidir; 2021-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 198.92 manat borc hesablansa da, 01 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək 01 ay müddət üçün köhnə tariflə 2 nəfər üçün 4.5 manat borc hesablanmalı, 01 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlər arasında 11 ay üçün yeni tariflə 2 nəfər üçün 99 manat borc olmaqla, illik cəmi 103.5 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 95.42 manat borc silinməlidir; 2022-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 216 manat borc hesablansa da, 01 yanvar 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 nəfər üçün 81 manat borc hesablanmalı, xx.xx.2022-ci il tarixədək 1 nəfər üçün 4.5 manat borc olmaqla, illik cəmi 85.5 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 130.5 manat borc silinməlidir. Bundan başqa, 2023-ci il üzrə 189 manat borc, 2024-ci ilin yanvar ayı üzrə 4.5 manat borc hesablansa da, həmin dövr üzrə sözügedən ünvanda yaşayış olması müəyyən edilmədiyi üçün həmin dövr üçün iddiaçıdan ödənişin tələb edilməsi düzgün deyildir, belə ki, hər bir halda su borcunun hesablanmasının məqsədi istifadə edilən suyun dəyərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçıya hesablanmış (19.68+21.6+21.6+21.6+.21.6+12.24+27+29.25+48.6+55.8+95.42+130.5+189+4.5=698.3 9) cəmi 698.39 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X29 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, ev 3 ünvanında yerləşən 16 saylı mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış borcun 698 (altı yüz doxsan səkkiz) manat 39 (otuz doqquz) qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar