Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1587/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2003-cü il təvəllüdlü, hazırda qeyd edilən ünvanda yaşayan X4 anadangəlmə "imbesillik dərəcəsində olan oliqofriniya əqli gerilik" xəstəliyi olan övladdır. Onun xüsusi baxıma ehtiyacı vardır, o sərbəst özünü idarə edə bilmir, davrana bilmir, hazırda anası tərəfindən ona xüsusi qulluq göstərilir. X4 anadangəlmə “ağır dərəcəli əqli gerilik, qulluq və müqalicə tələb edən ciddi davranış pozuntuları (İQ20) xəstəliyindən əziyyət çəkir və Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. X4 öz hərəkətlərinin mənasını dərk etmir və sərbəst özünü idarə edə bilmir. Daimi qulluq olunan şəxsdir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona 2-ci dərəcə əlillik təyin etmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək, və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ilə razılşamayıb inzibati məhkəmədə X2 1-ci dərəcə əlil hesab olunaraq pensiya təyin edilməsi ilə bağlı iddia qaldırılmışdır. Lakin məhkəmə hesab etmişdir ki, ya X2 özü və ya qəyyumu həmin iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul etdiyi qərarda və xəstəlik kağızlarında da X2 anadangəlmə “ağır dərəcəli əqli gerilik, qulluq və müqalicə tələb edən ciddi davranış pozuntuları (İQ20) xəstəliyindən əziyyət çəkməsi qeyd olunmuşdur. X2 18 yaşı tamam olanadək qəyyumu anası Ərizəçi olmuşdur. Ərizəçi oğlu xx.xx.2003-cü il təvəllüdlü X3 qəyyum təyin edilməyi üçün onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin təmsilçisini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 atası X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli 218 saylı rəyindən görünür ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2003-cü il tarixdə anadan olmuş X1 ağır dərəcəli əqli gerilik, davranış pozuntulari ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X4 ağır dərəcəli əqli gerilik, davraniş pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2003-cü il tarixdə anadan olmuş X1 ağır dərəcəli əqli gerilik, davranış pozuntulari ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Buna görə də xx.xx.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1587/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1587/2024
14.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver