Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1602/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 2**4-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, 2**3-cü ildə X8 ilə nikaha girmişdir. Onların birgə nikahından 27 fevral 2**4-cü il tarixdə X9 anadan olmuşdur. Onun oğlu T.T.Fərəcov «ağır dərəcəli əqli gerilik, serebral iflicin qalıq əlamətləri» diqanozu ilə Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. T.T.Fərəcov dəfələrlə X3 stasionar müalicə almışdır. Hazırda T.T.Fərəcov özünü sərbəst idarə edə bilmir və onun himayəsində yaşayır. T.T.Fərəcov yetkinlik yaşına çatdığından və xəstəliyi səbəbindən özünü dərk və idarə etmək iqtidarında olmadığından, onunla bağlı bütün sosial və hüquqi məsələlərin həlli ilə bağlı bir valideyn olaraq onun övladı üzərində qəyyum təyin olunmasına ehtiyac vardır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 46*227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 fevral 2**4-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X8, anası Ərizəçidır. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 25 may 2*23-cü il tarixli məlumatdan görünür ki, X9 «Uşaq serebral iflici, kvadroplegik forma. Epilepsiya-Lennoks Qasto sindromu, atonik və apsans tipli tutmalarla. Spastik tetraplegiya, fiziki inkişafdan geri qalma. Yeriş və hərəkət pozulması. Nitqi inkişafdan geri qalma» diaqnozu ilə birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. İş materiallarında olan 23 aprel 2*23-cü il tarixli, 467/2*12 nömrəli arayışın surətindən görünür ki, X2 Ruhi Əsəb Dispanserində ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicin qalıq əlamətləri diaqnozu ilə qeydiyyatdadır. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının *6 aprel 2*23-cü il tarixli 211 nömrəli rəyindən görünür ki, X1 «ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicin qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 psixi xəstəliyi» ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü dərk etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan 16 yanvar 2*23-cü il tarixli 3-17-1/2-F-6928/2*23 nömrəli arayışdan görünür ki, X8 müddətsiz 1-ci dərəcəli əlilliyə görə ayda 27* manat məbləğində sosial müavinət və müddətsiz 1-ci dərəcəli əlilliyə görə ayda 2** manat Prezident təqaüdü alır. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyətinin *1 fevral 2*23-cü il tarixli 5-1/1-F-5- *99/2*23 nömrəli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, X6 onun qəyyumluğuna verilməsi qanunla nəzərdə tutulmamışdır. Bununla bağlı Ərizəçi məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan X4 *3 fevral 2*2*-ci il tarixli, 234 nömrəli arayışdan görünür ki, X8 *3 fevral 2*2*-ci il tarixdə Uşaq Nevroloji xəstəxanasında ambulator şəkildə müayinədən keçmişdir və ona «kvadroplegik spastik serebral iflic, Epilepsiya-Lennoks Qasto sindromu, spastik tetraplegiya» diaqnozu qoyulmuşdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X9 «ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicin qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 psixi xəstəliyi» ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 27 fevral 2**4-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 27 fevral 2**4-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 27 fevral 2**4-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1602/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1602/2023
20.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver