Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1663/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Cavabdeh3 açıq səhmdar cəmiyyətinə qarşı İddiaçıla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 açıq səhmdar cəmiyyəti arasında bağlanmış 2* aprel 2*16-cı il tarixli, 3M-8* nömrəli öhdəliyin ötürülməsi barədə razılaşmanın 3-cü bəndinin Gəncə şəhəri, bina 38, mənzil 6 saylı hissədə etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Cavabdeh3 açıq səhmdar cəmiyyətinə qarşı İddiaçıla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 açıq səhmdar cəmiyyəti arasında bağlanmış 2* aprel 2*16-cı il tarixli, 3M-8* nömrəli öhdəliyin ötürülməsi barədə razılaşmanın 3-cü bəndinin Gəncə şəhəri, bina 38, mənzil 6 saylı hissədə etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 16 noyabr 2*22-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mübahisənin məhkəmədən kənar həllini tapdığını bildirmiş və buna görə də iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Kontoru və Cavabdeh3 açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 17*.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.*.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 17*-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu (tarix:21.*7.2*22; əməliyyat İD:63327*54; qəbzin nömrəsi:11139; terminal nömrəsi: K*127*12; GPP qəbz nömrəsi:93414*538) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Cavabdeh3 açıq səhmdar cəmiyyətinə qarşı İddiaçıla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 açıq səhmdar cəmiyyəti arasında bağlanmış 2* aprel 2*16-cı il tarixli, 3M-8* nömrəli öhdəliyin ötürülməsi barədə razılaşmanın 3-cü bəndinin Gəncə şəhəri, bina 38, mənzil 6 saylı hissədə etibarsız hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:21.*7.2*22; əməliyyat İD:63327*54; qəbzin nömrəsi:11139; terminal nömrəsi: K*127*12; GPP qəbz nömrəsi:93414*538) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1663/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1663/2022
16.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver