Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-167/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X13, cavabdeh X8 nümayəndəsi X32 iştirakı ilə, İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X51 və X10) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakın ilkin vəziyyətə qaytarılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X51 və X10) qarşı Cavabdeh1 (Ofisi) tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və miras əmlakın ilkin hüquqi vəziyyətə qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, anası Xoşqədəm xx.xx.1985-ci il tarixdə, atası Məmmədəli isə xx.xx.1987-ci il tarixdə rus qəbirstanlığının yanında yerləşən evdə vəfat etmişdir. Onun mərhum valideyinlərinin birgə nikahlarından o, bacıları Nüşabə və Ərtabə (İntizar) anadan olmuşdur. Onlar ana nənəsi Həlimədən atası Məmmədəliyə miras qalan Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən fərdi yaşayış evində anadan olmuş, həmin evdə yaşamışlar. Həmin ev 1976-cı il tarixdə yanmış və yenidən inşa edilmişdir. Lakin onlar bir neçə il həmin fərdi yaşayış evində yaşamış, 1983-cü ilin yanvar ayında o, atası və anası ünvan 1 ünvanına, yəni rus qəbirstanlığının yanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin ünvanda o, xəstə ata və anasına qulluq etmiş, ölən günədək onların qayğısına qalmışdır. Onun anası X33 xx.xx.1985-ci ildə, atası X14 isə xx.xx.1987-ci ildə ünvan 1 ünvanında, yəni rus qəbirstanlığının yanında yerləşən fərdi yaşayış evində ölmüşdür. O, ünvan 1 ünvanında, yəni rus qəbirstanlığının yanında yerləşən fərdi yaşayış evini 1988-ci ildə satıb, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsi alaraq ev tikmiş, 1994-cü il tarixdə isə həmin evə köçmüşdür. Buna qədər isə 1988-1994-cü il tarixlərdə onun miliyyətcə erməni Arutunyan Benik adlı dostu qonşuluqdakı digər erməniyə aid evə nəzarəti ona həvalə etmiş və o, erməni əsilli şəxslərə aid həmin evdə yaşamış, 1994-cü ildə də erməni əsilli şəxsə aid evi 1.000 manata Davud Həsənova satmış və əldə olunan pulu da Rusiya Federasiyasında yaşayan erməni əsilli şəxsə çatdırmışdır. 1994-cü ildən 1 il -1 il 6 ay orada yaşadıqdan sonra, o, həmin evi satıb, köhnə bazarın yanında yerləşən 2 otaqlı ev almış və ora köçmüşdür. O, 1997-ci ildə Sumqayıt şəhərinə getmiş, təxminən 1997-ci ilin sonu, yəni 1998-ci ilədək Sumqayıt şəhərində yaşadıqdan sonra Rusiya Federasiyasına, oradan da Moldova Respublikasına getmişdir. Şərait olmadığına görə Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən evdə yaşamamışdır. Moldova Respublikasından 2018-ci ildə pensiya düzəltdirmək üçün Azərvaycan Respublikasına gələrkən, o, atasına məxsus olmuş evə qeydiyyata düşmək istəsə də bacısı Cavabdeh3 və onun əri R.H.Hüseynov buna imkan verməmişdir. Onun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixli arayış da həmin vaxt verilmiş və həmin arayışda göstərilən hallar həmin vaxt da ona şübhəli görünmüşdür. Mübahisələndirilən əmlakda daim bacısı Nüşabə və onun əri Rəhim yaşamışdır. Onun mərhum valideyinlərdindən miras qalan yeganə əmlak Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Onun atası X14 xx.xx.1985-ci il tarixdə vəsiyyətnamə verərək mübahisələndirilən əmlakı bacısı Cavabdeh3 vəsiyyət etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyəti hesab olunmuşdur. Bütün bunlara görə vəsiyyətnamə və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlər əsassızdır. Belə ki, atası xəstə olarkən tərtib olunmuş vəsiyyətnamədə atasının həqiqi iradəsinin dəyişdiridiliyini düşünür. Bununla yanaşı onun anadan olduğu və böyüdüyü ata əmlakından miras payı olduğu halda cavabdeh tərəf bunu ondan məhrum etmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X20 İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 nümayəndəsi X52 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Cavabdeh3 əridir. Hazırda mübahisə predmeti olan əmlaka dair X11 xx.xx.2005-ci il tarixdə 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və həmin əmlaka dair hüquqmüəyyən edici sənəd tərtib olunmuşdur. Qeyd olunan əmlakı o, 47.000 manat məbləğinə Məmmədəli Abdullayevdən satın almışdır. Lakin onlar arasında alğı-satqı müqaviləsi tərtib olunmamışdır. Buna görə də həmin ünvana dair vəsiyyətnamə tərtib olunmuşdur. İddiaçı keçən müddət ərzində vəsiyyətnamədən xəbərdar olmuş və bunu mübahisələndirməmişdir. İddiaçı Məmmədli oğlu uzun illər müxtəlif ünvanlarda, daha sonra isə Moldova Respublikasına yaşamışdır. Qeyd olunan əmlakı isə nə faktiki olaraq, nə də notariat orqanına müraciət edərək qəbul etməmişdir. Onun yaşayış ünvanı müxtəlif yerlər olmuşdur. Buna görə də iddia tamamilə əsassızdır. X2 nümayəndəsi X52 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusu məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi ̇ ısəradİ̇ və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X51 və X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə nümayəndəsinin gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, iddiaçının nümayəndəsini (vəkilini), cavabdehin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmədə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X64 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh3 onun xalası X26 nəvələri, xalası qızı X17 uşaqlarıdır. X44 1979-cu il tarixdə vəfat etmşdir. Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli yerləşən fərdi yaşayış evi 1976-cı ildə yandıqdan sonra, yeni fərdi yaşayış evi inşa edilmiş H.Q.Quliyeva orada yaşamışdır. H.Q.Quliyeva 1979-cu il tarixdə vəfat etdikdən sonra həmin evdə Cavabdeh3 və əri R.H.Hüseynov yaşamışdır. İddiaçı əvvəllər müxtəlif işlərdə işlədiyini bilsə də, onun ayrıca mənzilinin olubolmamasından məlumatı olmamışdır. X34 və əri X14 «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evdə vəfat etmişdir. Həmin vaxt sözügedən ünvanda, yəni «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evdə İddiaçı yaşamışdır. İddiaçı 1976-cı ildə fərdi yaşayış evi yandıqdan sonra bacısının evinə, yəni Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən fərdi yaşayış evinə gedib gəldiyini görsə də orada daimi yaşadığını xatırlamır. Atası öldükdən sonra İddiaçı «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evi sataraq Moldova Respublikasına getmişdir. Məhkəmədə cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, X27 onun əmisi X32 arvadıdır. 1982-ci il tarixdə o, Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən X32 aldığı fərdi yaşayış evinin təmirində və hamamın tikintisində iştirak etmişdir. Hətta o, Xoşqədəm və Məmmədəlinin Eminbəyli küçəsində yerləşən evdən «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evə köçürülməsində iştirak etmişdir. O, sonuncu dəfə 2005-2006-cı illərdə Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən evə getmişdir. Həmin vaxt o, evdə X16 və əri X32 yaşadığını görmüşdür. 1982-ci il tarixdə yalnız bir dəfə İddiaçı Eminbəyli küçəsində qonşuluqda yaşayan bacısı Ətrabəgildə (İntizargildə) olduğunu görmüşdür. Fərdi yaşayış evi yanmış vəziyyətdə olduğuna görə orada ümumiyyətlə yaşayış olmamışdır. X1 yerləşən evi Məmmədəlidən almışdır. Məhkəmədə cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X45 ifadəsində göstərdi ki, o, anadan olduğu vaxtdan Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalan yerləşən 1 nömrəli fərdi yaşayış evində yaşayır. Cavabdeh3 və əri Rəhim 1982-ci il tarixdə Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən yanmış fərdi yaşayış evini təmir etdirib, orada yaşamışlar. X34 isə «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evdə vəfat etmişdir. Eminbəyli küçəsində yerləşən ev 1976-cı ildə yandıqdan sonra o, İddiaçı həmin ünvanda yaşadığını görməmişdir. Belə ki, ev yandıqdan sonra X34 orada yaşamamışdır. Məhkəmədə cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X57 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin ünvana o, 2014-cü il tarixdə köçmüşdür. 2014-cü il tarixdən əvvəl o, Cavabdeh3 və onun əri X39 tanımamışdır. 2014-cü il tarixdə həmin ünvana gəldikdən sonra isə heç vaxt İddiaçı görməmişdir. İşdə olan AZ-İ seriyalı 959333 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 959332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-T seriyalı 048096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1949-cu il tarixdə anadan olmuş İddiaçı atası X14, anası X21r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********45 nömrəli məktubun surətindən görünür ki, Kirovabad şəhəri, Bağmanlar qəsəbəsi, İnqilab adına kolxozun xx.xx.1956-cı il tarixli 2 saylı protokoluna əsasən Quliyeva Həliməyə 700 kv/m torpaq sahəsi ayrılmışdır. Hazırda bu mülkün ünvanı ünvan 3r İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 10-120 saylı məktubunda mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililərin (108,5 kv/m yaşayış sahəsi, 150,1 kv/m qeyri-yaşayış sahəsi, 64,4 kv/m y/zirzəmi, 98,4 kv/m həyət tikililəri, 232,3 kv/m çardaq) qeydiyyata alınmasına razılıq verilmişdir. X35 xx.xx.2005-ci il tarixli, 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 2V-1-71 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh3 adına keçmişdir və ona xx.xx.2005-ci il tarixli 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Cavabdeh3 xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan xx.xx.1979-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X15 şəhəri, Eminbəyli küçəsi, 12-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini X36, 2/3 hissəsini isə X9 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X14 ölən günədək özünə məxsus əmlakı Cavabdeh3 vəsiyyət etmişdir. İşdə olan Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2005-ci il tarixdə, 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1979-cu il tarixdə vəfat etmiş X22 miras qalmış ünvan 4 ünvanında yerləşən əmlakdan tam hissədə irs almışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın xx.xx.2014-cü il tarixli, RX seriyalı 299873 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Dövlət X63 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-A-1553//6/2024 nömrəli məktubun surətindən görünür ki, X14 ilə X18 1935-ci il üzrə nikah akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X63 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-A-1515//6/2024 nömrəli məktubun surətindən görünür ki, Dövlət X63nda mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun 1946- 1947-cı illər üzrə doğum və doğum-bərpa aktlarının qeydləri, Stalin Rayon Vətəndaşlıq X12 Şöbəsi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və 1947-ci il üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, Abdullayeva Ətrabə (İntizar) Məmmədəli qızının doğum aktının qeydi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X63 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-A-1514//6/2024 nömrəli məktubun surətindən görünür ki, Dövlət X63nda mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və doğum-bərpa aktlarının qeydləri, Stalin Rayon Vətəndaşlıq X12 Şöbəsi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və 1947-ci il üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, Cavabdeh3 doğum aktının qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-TA/2-A- 220-6-292/2024 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri üzrə 1916-cı ilə dair doğum aktlarının qeydiyyat kitablarında X18 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-H-3031/2024 nömrəli arayışdan görünür ki, X44 xx.xx.1979-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-H-3029/2024 nömrəli arayışdan görünür ki, X46 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-H-3030/2024 nömrəli arayışdan görünür ki, X40 xx.xx.1975-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1898-ci ildə anadan olmuş ünvan 6 ünvanında yaşamış və 1979-cu ildə vəfat etmiş X26 ailə tərkibi X34 (1916-1985); X40 (1918-1975) və Əsgərova (Həsənova) Ənubər Əkbər qızıdır (1920- 1994). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10079/2024 nömrəli məktubun surətindən görünür ki, Kirovabad şəhəri, Bağmanlar qəsəbəsi, İnqilab adına kolxozun xx.xx.1956-cı il tarixli 2 saylı protokoluna əsasən Quliyeva Həliməyə 700 kv/m torpaq sahəsi ayrılmışdır. Halhazırda bu mülkün ünvanı ünvan 3r İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 10-120 saylı məktubunda mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililərin (108,5 kv/m yaşayış sahəsi, 150,1 kv/m qeyri-yaşayış sahəsi, 64,4 kv/m y/zirzəmi, 98,4 kv/m həyət tikililəri, 232,3 kv/m çardaq) qeydiyyata alınmasına razılıq verilmişdir. X35 xx.xx.2005-ci il tarixli, 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 2V-1-71 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh3 adına keçmişdir və ona xx.xx.2005-ci il tarixli 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Cavabdeh3 xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1918-ci il tarixdə anadan olmuş, 1975-ci il tarixdə vəfat etmiş X23 xx.xx.1942-ci il tarixdə anadan olmuş qızı X47 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X63 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-1949//6/2024 nömrəli məktubun surətindən görünür ki, Dövlət X63nda mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun 1943-1947-cı illər üzrə doğum və doğum-bərpa aktlarının qeydləri, Stalin Rayon Vətəndaşlıq X12 Şöbəsi arxiv fondunun 1943-1946-cı illər üzrə doğum və 1942-ci il üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X28 doğum aktının qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1918-ci ildı anadan olmuş 1994-cü ildə vəfat etmiş X29 oğlu X53 xx.xx.1939-cu il tarixdə anadan olmuşdur və haz-hazırda yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1898-ci ildə anadan olmuş ünvan 7 ünvanında yaşamış X44 vəfat edən günədək yəni xx.xx.1979-cu ilədək X14, X33 və İddiaçı himayəsində yaşamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1915-ci ildə anadan olmuş X14 (xx.xx.1987-ci ildə vəfat etmişdir), 1916-cı il tarixdə anadan olmuş X33 (.05.1985-ci ildə vəfat etmişdir) İddiaçı himayəsində yaşamışlar. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-2402/2024 nömrəli məktubun surətindən görünür ki, X18 ailə üzvləri xx.xx.1946-cı il təvəllüdlü qızı Cavabdeh3 və xx.xx.1946-cı il təvəllüdlü qızı X5r. Ata haqqında məlumat bəndində isə X3 göstərilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evi X35 məxsus olmuş və H.Q.Quliyeva xx.xx.1979-cü ildə ölmüşdür. H.Q.Quliyevanın vərəsələri X33, X40 və X46 olmuşdur. X33 isə xx.xx.1985-ci ildə ölmüş və onun vərəsələri - övladları İddiaçı, Cavabdeh3 (cavabdeh), X10 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) və əri X14 olmuşdur. X33 xx.xx.1985-ci ildə və X14 xx.xx.1987-ci ildə Gəncə şəhəri, keçmiş Osupyan küçəsində (şahid ifadələrində «rus qəbirəstanlığı» deyilən ərazinin yaxınlığı) yerləşən fərdi yaşayış evində ölmüş, onların ölümündən sonra İddiaçı Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evində yaşamamışdır. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V- 1-71 reyestr nömrəli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinə əsasən, Cavabdeh3 X26 vərəsəsi tanınaraq adına xx.xx.2005-ci il tarixli, 21538 nömrəli qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi üzrə xx.xx.2014-cü il tarixli, **********73- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X54, X51 və X10) qarşı Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və miras əmlakın ilkin hüquqi vəziyyətə qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən X26 digər vərəsələri X40 xx.xx.1975-ci ildə və daha sonra onun vərəsəsi X48 öldüyündən X30 vərəsləri X51 və X41; X46 xx.xx.1975-ci ildə öldüyündən onun vərəsəsi X53 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X51 və X10) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakın ilkin vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də İddiaçı iddia tələbinə subyektiv hüququnun müəyyənləşdirilməsi üçün mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmadığı halda İddiaçı hər hansı hüquq əldə edibetməyəcəyinin mümkünlüyü, habelə İddiaçı mirası qəbul edib-etməməsi yoxlanılmaqla tədqiq edilməlidir. Hazırki halda İddiaçı X18 və X6 vərəsəsidir, yəni X22 miras qalmış əmlak həmin şəxslər vasitəsi ilə İddiaçı tərəfindən qəbul edilə bilər. X33 xx.xx.1985-ci ildə, X14 isə xx.xx.1987-ci ildə ölmüş, həmin şəxslərə münasibətdə miras qeyd olunan tarixlərdə açılmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mirası qəbul etməsinə münasibətdə tətbiq edilməli maddi hüquq norması Azərbaycan SSR-in 11 sentyabr 1964cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarıdır. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülk işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı anası X33 xx.xx.1985-ci ildə və atası X14 xx.xx.1987-ci ildə Gəncə şəhəri, keçmiş Osupyan küçəsində (şahid ifadələrində «rus qəbirəstanlığı» deyilən ərazinin yaxınlığı) yerləşən fərdi yaşayış evində ölmüş, onların ölümündən sonra İddiaçı Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evində yaşamamışdır. Belə ki, İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində valideynlərinin (miras qoyanın) ölümündən, yəni xx.xx.1985-ci ildən sonra ünvan 1 ünvanında (rus qəbirstanlığının yanında) yerləşən fərdi yaşayış evində, erməni əsilli şəxsə məxsus fərdi yaşayış evində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində, köhnə bazarın yanında yerləşən mənzildə, Sumqayıt şəhərində, Rusiya Federasiyasında və Moldova Respublikasında yaşadığını, heç vaxt Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli evdə yaşamadığını və valideynlərindən miras qalmış yeganə əmlakın Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli ev olduğunu bildirmişdir. Bununla da Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən İddiaçı valideynlərindən miras qalmış əmlakı qəbul etməyidiyini sübuta yetirmək vəzifəsindən azad olmuşdur. Lakin məhkəmə iclasında mülki işin digər halları da tədqiq edildiyindən məhkəmə həmin halları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır Bundan başqa, İddiaçı iddia ərizəsinə əlavə etməklə sübut qismində məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli arayışda da aşkar qaydada Cavabdeh3 xx.xx.2005-ci il tarixdə mirası qəbul etdiyi göstərilmiş, hətta bundan sonra da mirasın qəbuluna dair İddiaçı tərəfindən hər hansı hərəkət edilməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X64, X38, X55 və X58 ifadələrində İddiaçı Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli evdə yaşamadığını göstərmişlər. Göründüyü kimi İddiaçı nənəsi X22 anası X33 və atası X14 vasitəsi ilə qalmış mirası qəbul etməmişdir. Qeyd olunan səbəbdən də mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmadığı halda da İddiaçı hər hansı hüquq əldə etməsi mümkün deyildir. Buna görə də İddiaçı hazırki iddia tələbinə hüquqi ixtiyar qazanmamış və subyektiv hüquq əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X51 və X10) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakın ilkin vəziyyətə qaytarılması» tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X51 və X10) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakın ilkin vəziyyətə qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-167/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-167/2025
06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver