Məhkəmə qərarları › İş №2(125)-1675/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1675/2022

14.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1675/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyət olan mülkin, ev 1/2 hissədə naturada bölünməsi, naturada bölgü mümkün olmazsa, cavabdehlərə onun kompensasiya verməklə cavabdehlərin mülkiyyət hüququna xitam verilməsi və ya onların kompensasiya verməklə iddiaçının mülkiyyət hüququna xitam verilməsi, əgər bu mümkün olmazsa evin dəyərinin bazar qiymətlərinə uyğun qiymətləndirilməklə mülkün açıq hərracda satılması və satışda əldə olunan pulun ümumi mülkiyyətin, mülkün mülkiyyətçiləri arasında, yəni iddiaçıya dəyərinin 2/3 hissəsinin, cavabdehlərə isə 1/3 hissəsini bölüşdürülməsinə dair və bundan sonra əmlakın mülkiyyətçilər tərəfindən boşaldılması və yeni mülkiyyətçilərə təhvil verilməsi barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyət olan mülkin, ev 1/2 hissədə naturada bölünməsi, naturada bölgü mümkün olmazsa, cavabdehlərə onun kompensasiya verməklə cavabdehlərin mülkiyyət hüququna xitam verilməsi və ya onların kompensasiya verməklə iddiaçının mülkiyyət hüququna xitam verilməsi, əgər bu mümkün olmazsa evin dəyərinin bazar qiymətlərinə uyğun qiymətləndirilməklə mülkün açıq hərracda satılması və satışda əldə olunan pulun ümumi mülkiyyətin, mülkün mülkiyyətçiləri arasında, yəni iddiaçıya dəyərinin 2/3 hissəsinin, cavabdehlərə isə 1/3 hissəsini bölüşdürülməsinə dair və bundan sonra əmlakın mülkiyyətçilər tərəfindən boşaldılması və yeni mülkiyyətçilərə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(125)-1675/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması müəyyən edilmiş və məhkəmənin hazırlıq iclası 23 sentyabr 2022-ci il tarixə təyin olunmuşdur. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hazırlıq iclası təxirə salınaraq, 14 oktyabr 2022-ci il tarixə təyin olunmuşdur. Lakin İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında cavabdeh R.S.İsayev iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, təkrarən məhkəmə iclasına gəlməməsinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh R.S.İsayevi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakı olmaadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:70368116; qəbzin nömrəsi:17197; terminal nömrəsi: K0183011; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyət olan mülkin, ev 1/2 hissədə naturada bölünməsi, naturada bölgü mümkün olmazsa, cavabdehlərə onun kompensasiya verməklə cavabdehlərin mülkiyyət hüququna xitam verilməsi və ya onların kompensasiya verməklə iddiaçının mülkiyyət hüququna xitam verilməsi, əgər bu mümkün olmazsa evin dəyərinin bazar qiymətlərinə uyğun qiymətləndirilməklə mülkün açıq hərracda satılması və satışda əldə olunan pulun ümumi mülkiyyətin, mülkün mülkiyyətçiləri arasında, yəni iddiaçıya dəyərinin 2/3 hissəsinin, cavabdehlərə isə 1/3 hissəsini bölüşdürülməsinə dair və bundan sonra əmlakın mülkiyyətçilər tərəfindən boşaldılması və yeni mülkiyyətçilərə təhvil verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:70368116; qəbzin nömrəsi:17197; terminal nömrəsi: K0183011; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar