Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1718/2024 26.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə2, mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X7, mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X8 nümayəndəsi Nümayəndə3 və vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X40, X27, X28, X29, X35, X26, X30) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras pay üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-227 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 7 üzərində cavabdehlərin ½ hissə payların tanınması və cavabdehlərin adlarına xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilmiş çıxarışın ləğv edilməsi, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mərhum qayınatası X16 məxsus ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində qanun üzrə vərəsə kimi cavabdehlərin və mərhum əri X17 düşən pay üzərində bərabər payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 mərhum qaynatası X16 məxsus olmuşdur. Qaynatası xx.xx.2009-cu ildə rəhmətə getmişdir. Qaynatası rəhmətə gedəndən sonra onun adına olan miras əmlakı qanun üzrə vərəsə kimi cavabdehlər və onun yoldaşı Vidadi faktiki qəbul edib idarə ediblər. 2022-ci ildə yoldaşı Vidadi rəhmətə getdikdən sonra miras mülkdə o yaşamışdır. Hazırda da yaşayır. Evin kommunal xərclərini də o, ödəyir. xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin 2V-227 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən 1/2 hissə ilə cavabdehlərin miras əmlak üzərində payları tanınmışdır. xx.xx.2023-cü ildə cavabdehlərin adlarına paylarına uyğun olaraq çıxarış verilmiş, xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində Cavabdeh2 ½ hissə payını digər Cavabdeh1 bağışlamış, xx.xx.2023-cü ildə Cavabdeh1 adına mülkə dair çıxarış verilmişdir. Miras əmlakı cavbadehlərlə bərabər onun yoldaşı qəbul edib faktiki idarə etsə də, vərəsəlik şəhadətnaməsi verilərkən yoldaşı tamamilə əsassız olaraq kənarda qalmaqla miras əmlak üzərində hüququ tanınmamışdır. Ona görə də miras mülk əvvəlki vəziyyətinə qaytarılmalı, miras əmlak üzərində bərabər paylarla cavabdehlərin və mərhum yoldaşı X9 qanun üzrə vərəsə kimi payları müəyyən edilməlidir. Məhkəmə gedişi ərəfəsində X40, X27, X28, X29, X35, X26 və X30 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, mülki iş üzrə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X10 nümayəndəsi Nümayəndə3 (həmçinin hər iki şəxsin nənəsidir) məhkəmə iclasında nəvələrinin, yəni üçüncü şəxslər İlahə və Həsənin atalarından miras qalmış miras əmlaka faktiki idarə və sahibliyi həyata keçirə bilməmələrinin səbəbi kimi onların hər ikisinin tələbə olmasını göstərmişdir. Həmin arqumentə əsaslanılmaqla qeyd edilməlidir ki, ataları X31 dünyasını dəyişdiyi xx.xx.2020-ci il tarixdə hər iki övlad tələbə olmuş və bununla əlaqədar atalarının dəfn mərasiminə gələ bilməmiş, həmçinin tələbə olduqları üçün miras kütləsini qəbul edə bilməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X10 ataları X31 dünyasını dəyişdiyi xx.xx.2020-ci il tarixdə tələbə olmaları barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, yalnız şifahi məlumatlar verilmişdir. Əgər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X10 xx.xx.2020-ci il tarixdə xarici dövlətdə tələbə olmalarını sübut edən hər hansı bir sənəd varsa, təqdim edilməsi təklif edilmişdir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X10 etibarnamə üzrə nümayəndələri Nümayəndə3 məhkəmə iclasında bildirmişdir ki, nəvələri, nə ataları dünyasını dəyişəndə gəlmiş, nə də ki, ataları dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində yaşamışdır. Dəfnə gəlməmə, həmçinin həmin evdə yaşamamanın səbəbi kimi nəvələrinin tələbə olmasını, həmçinin pandemiyanın olmasını bildirmişdir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X10 anaları Sevinc xanım 2007-ci il tarixdə X3 boşanaraq övladlarını da götürərək özlərinə yaşayış üçün başqa yer seçmişdir. İşin bu halını məhkəmənin bütün tərəfləri də təsdiq etmişdir. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X8 vəkili Nümayəndə4 yuxarıda qeyd edilən mülahizəyə münasibət barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkilinin verdiyi mülahizə əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X10 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 X10 atasının ölümündən əvvəl və sonra Türkiyə Respublikasında tələbə olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasları və məhkəmə baxış iclası zamanı müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər Həsən Allahhverdiyev və İlahə Allahverdiyevin ataları vəfat etməmişdən öncə və sonra da tələbə olmalarını izahatları ilə təsdiq etdiklərindən İlahə Allahevrdiyevanın tələbə olması ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdilər. Hazırda cavabdeh tərəf qeyd olunan məsələni mübahisələndirdiyi üçün bununla bağlı olan sənədlərini məhkəməyə təqdim etmişdir. Ümumiyyətlə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X8 atalarının vəfatından sonra 6 aylıq müddətdə mrias əmlakı qəbul etməmələrinin digər üzrlü səbəbi pandemiya olmuşdur. Hamıya bəllidir ki, 2020-ci ilin əvvəlindən başlayaraq bütün dünyada pandemiya elan olunmuş və kəskin karantin rejimi tətbiq edilmişdir. Həmin vaxt Xanlar Allahverdiyev vəfat edərkən və ondan 6 ay sonrakı müddətdə Azərbaycan Respublikasına daxil olmaq üçün ciddi qaydalar müəyyən edilmişdir. Qeyd olunan xüsusat miras əmlakla bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddətin ötürülməsinin üzrlü olmasını təsdiq edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, miras əmlak X31 tərəfindən qəbul edilmişdir. X11 birinci növbə vərəsələri X26 və X18r. İddiaçı, cavabdehlər və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər qardaşları X3 irs ala bilməzlər. Ona görə də miras əmlak kütləsinə daxil olan Gəncə şəhəri, 9-cu döngə, ev 7-dən X19 çatası payın birinci növbə vərəsələri X26 və X20 bərabər şəkildə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə bir daha mülahizə ünvanlayaraq bildirmişdir ki, hər iki şəxsin tələbə olmaları barədə məhkəməyə təqdim edilmiş sənədlərə nəzər salınarsa, həmin sənədlərin atalarının vəfat etdiyi xx.xx.2020-ci il tarixini əhatə etmədiyi açıq-aşkar gözə çarpır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin tam təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, mərhum X9 həyat yoldaşıdır, 1992-ci ildə gəlin gələndən bəri mübahisəli əmlakda fasilələrlə, 2022-ci ilin oktyabr ayından isə davamlı olaraq, heç bir yerə getmədən yaşayır. Onun cehizi də həmin evə gəlmişdir və əşyaları həmin evdədir. xx.xx.1997-ci ildə X32 vəfat edən zaman onun yoldaşı burada olmamışdır, belə ki mərhum Vidadi Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Lakin o, qaynatasının vəfatı zamanı həmin mübahisəli əmlakda olmuş, Rusiya Federasiyasına mart ayının 9-u getmişdir. X1 vəfat etdikdən sonra 7-sinə kimi yoldaşı burada olmuş, daha sonra Rusiyaya gedərək yenidən 40 günlüyündə bura qayıtmışdır. Lakin evin açarları daima onda və əri Vidadidə olmuş, Vidadi evini daima idarə etmişdir. Həmin əmlakda Vidadi və onun qardaşı mərhum Xanlar daimi olaraq yaşamışlar. xx.xx.2022-ci ildə həyat yoldaşı Vidadi vəfat etmişdir, hazırda qalmağa yeri yoxdur. Həmişə evin açarları onlarda olmuşdur, o Azərbaycanda olmayan vaxtlar evin kommunal xərclərini Xanlar ödəmişdir, indi isə bütün kommunal xərcləri özü ödəyir. Ümumiyyətlə sözügedən ünvanda üç ayrı tikili var, birində o, digərlərində isə Xanlar və Xəqani yaşamışdır. Cavabdehlər onu yoldaşının ata mülkündən çıxaracaqları ilə hədələyirlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı məhrum qardaşı X9 həyat yoldaşıdır, iddiaçı hazırda mübahisəli əmlakda yaşasa da, onun qaynana, qaynatasının nə vaxt ölməsindən belə xəbəri yoxdur, 40 ildir ki, qardaşı ilə evlənib daimi yaşamaq üçün Rusiyaya getmişlər. Qardaşı Rusiyada olan zaman iddiaçının qaldığı evdə cavabdehin özü qalsa da, qardaşı Rusiyadan gəldikdən sonra evlənib həmin evdə yaşamağa başlamış, özü isə evdən çıxmışdır. Mərhum qardaşı Vidadi həmin evdə 3-5 gün yaşadıqdan sonra yenidən Rusiyaya getmiş, daimi olaraq mübahisəli əmlakda yaşamamış, 3-4 ildən bir həmin evə gəlib-getmişdir. Hazırda iddiaçının yaşadığı evdə mərhum qardaşı Allahverdiyev Xanlar daimi yaşamışdır. Həmçinin, əslində evin mülkiyyət hüququnu təsdiq edən sənəd olmayıb, sonradan evə mülkiyyət hüququnu tanıtdırmışlar. Notariat orqanında miras əmlak açılarkən qardaşı Vidadi vərəsəliyin qəbul edilməsi üçün müraciət etmədiyi üçün və Rusiya vətəndaşı olduğu üçün ona şəhadətnamə verilməmişdir. Hazırda evdə faktiki olaraq Ulduz və o yaşayır, evlərin arasında arakəsmə var, lakin mübahisəli əmlakın qazı, suyu, sayğacı onun adına olduğundan evə dair bütün kommunal xərcləri özü ödəyir. Həmin ünvanda hazırda faktiki olaraq Vidadinin, onun və Xanların evi var. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili izahatında bildirdi ki, notariat işində həmin fərdi yaşayış evi üzrə qeydiyyatda olan şəxslərə şəhadətnamə verilmişdir, iddiaçının əri mərhum Vidadi Rusiya Federasiyasının vətəndaşı olduğundan ona şəhadətnamə verilməyib. Xanlarla həyat yoldaşı 2007-ci ildə boşanmışlar, Xanların həmin evə dair vərəsəlik hüququ tanınsa belə, uşaqları Həsən və İlahə həmin evə gəlib-getmədiklərindən, hətta atalarının dəfnində iştirak etmədiklərindən uşaqları həmin miras əmlakı qəbul etməyiblər. Həmçinin əlavə etdi ki, Həsən və İlahənin ataları ölən zaman tələbə olmalarını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X8 vəkili Nümayəndə4 izahatında bildirdi ki, hazırkı mübahisənin predmeti xx.xx.1997-ci ildə vəfat etmiş X4 miras qalmış Gəncə şəhəri, 9-cü döngə, ev 7-də yerləşən fərdi yaşayış evinə payın tanınması ilə bağlıdır. Əvvəlki məhkəmə iclası zamanı vərəsələr birmənalı olaraq miras əmalkda yalnız qardaşları X11 yaşadığını və öldüyünü bildirmişlər. Digər vərəsələrdən isə yalnız Cavabdeh1 miras əmlakı qəbul edib-etməməsi və idarə etməsi ilə bağlı məqamlar araşdırılmalıdır. Vərəsəlik işindən göründüyü kimi əmlak Xəqaninin adına keçmişdir. Lakin Cavabdeh1 heç vaxt sözügedən əmlakda yaşamamış, onun yaşadığı ünvan ünvan 2 şəhəri, 9-cü döngə, ev 7A ünvanı ayrı-ayrı ünvanlar olmaqla, onları bir-birindən mişar daşlarından hörülmüş hasar ayırır. Mübahisəli ünvanda yalnız X31 yaşamışdır. Bunu Cavabdeh1 əvvəllər Gəncə şəhəri, 9-cü döngə, ev 7A ünvanında yerləşən evinə çıxarış alması ilə bağlı məhkəməyə müraciət etməsi təsdiq edir, həmin məhkəmə iclaslarında da Cavabdeh1 miras əmlakı yalnız Allahverdiyev Xanların qəbul etdiyini bildirmişdir. X26 və X30 isə ataları X11 vərəsələridir. Onlar atalarına çatası miras əmlakı irsi transmissiya qaydasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq qəbul etmişlər. Odur ki, Gəncə şəhəri, 9-cü döngə, ev 7-ə bütövlükdə X26 və X8 hüquqları tanınmalıdır. Odur ki, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X8 nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, onun qızı Sevinc mərhum Xanlar ilə 1995-ci ildə evlənmiş, 2007-ci ildə boşanmışlar. X61 təhsil almaq üçün 2019-cu ilin dekabr ayında, İlahə isə 2019-cu ildən əvvəl gedib. İlahə 2023-cü ildə Universiteti bitirsə də, Həsən hələ də oxuyur. Xanlar 2020-ci ildə vəfat etmişdir, Xanlar öləndə pandemiya ilə əlaqədar uşaqları Həsən və İlahə dəfnində iştirak edə bilməmişlər, mərhum kürəkəni Xanların sağlığından sözügedən evə gedib-gəlsə də, ölümündən sonra həmin evə getməmişdir. Həmin ünvanda hazırda Xanların ayrıca evi var. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 izahatında bildirdi ki, mərhum atası X33 məhlənin yarısını qardaşı Xəqaniyə, digər yarısını da Xanlara verib. Xanların uşaqları Həsən və İlahə hazırda Türkiyədə təhsil alırlar. Xanların dəfn xərclərini qardaşı Vidadi qarşılayıb. İddiaçı həmin evdə yaşayıb, onun isə özünəməxsus evi olduğundan mübahisəli əmlakda yaşamamışdır. Həmin ünvanda hazırda Vidadinin, Xəqaninin və Xanların ayrıca evi var. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 izahatında bildirdi ki, 1997-ci ildə atası X33 öləndə həmin əmlakda təkcə anası Allahverdiyeva Dunay yaşamışdır, o isə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayırdı. İddiaçı Ulduz mübahisəli əmlaka daim gedib-gəlmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, yataq xəstəsidir, qardaşları ondan istifadə edib notariat orqanına aparıb imza etdirmişlər, o həmin evi qardaşı Xəqaniyə bağışlamamışdır. Həmin əmlakda atası öləndən qabaq yaşasa da, sonradan həmin evdə yaşamamışdır. Atası öləndən sonra həmin evə mərhum qardaşı Vidadi gəlib-gedirdi, onun yoldaşı Ulduz orada qalırdı, ümumiyyətlə həmin ünvanda Xəqani, Xanlar və Vidadi ailəsi ilə yaşayıblar. Hazırda da orada onların evləri var və ayrıca istifadədir. Digər qardaş bacıları atalarının ölümündən sonra orada yaşamayıblar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28, X27, X40, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi də məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/09İS/164607-23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X21 (X33) dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən arvadı X36 (xx.xx.2009-cu ildə vəfat edib), oğlanları X29, X35, Cavabdeh1, Cavabdeh2, X34 (xx.xx.2022-ci ildə vəfat edib), X27, X28, X31 (xx.xx.2020ci ildə vəfat edib), X41 müəyyən edilmişdir. AЭ seriyalı, 275358 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1957-ci ildə Gədəbəy rayonunda doğulmuşdur, atası “X37” və anası X36 olmuşdur. ИЕ seriyalı, 681949 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1952-ci ildə Gədəbəy rayonu, Novoqorolovsk kəndində doğulmuşdur, atası “X38” və anası X39 olmuşdur. AЭ seriyalı, 275359 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1948-ci ildə Gədəbəy rayonunda doğulmuşdur, atası “X37” və anası X36 olmuşdur. İş materiallarında olan xx.xx.1997-ci il tarixli və xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X26 xx.xx.2096-cı il tarixdə doğulmuş, atası X31, anası X12r və X24 xx.xx.2021-ci il tarixdə doğulmuş, atası X31, anası X12r. İ-ЖК seriyalı, 503983 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X34 ilə İddiaçı nikahı xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində 130 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Ənnağıyeva” soyadı verilmişdir. İ-ИE seriyalı, 110020 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X38 ilə X44 nikahı xx.xx.1954-cü il tarixdə Gədəbəy rayonunda 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Allahverdiyeva” soyadı verilmişdir. İV-ЖГ seriyalı, 462386 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində “kəskin ürək-damar çatmazlığı” səbəbindən ölmüşdür. 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 283646 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində “qaraciyərin ikincili bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür. Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 226463 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR X6 Bürosu tərəfindən verilmiş 3387 nömrəli, xx.xx.1987-ci il tarixli “qeydiyyat vəsiqəsi”ndən və “fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”ndan görünür ki, həmin qeydiyyat vəsiqəsi və texniki pasport X22 adına verilmişdir. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********649 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən bildirmişdir ki, xx.xx.1997-ci il tarixdə vəfat edən atası X5 miras əmlak qalmışdır, miras qoyana məxsus ölüm haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və əmlakın sənədində fərqlilik var. Bununla əlaqədar işi məhkəmədə həll etmək üçün ona məktub verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 224 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış və miras qoyanın sənədlərindəki adlarda uyğunsuzluq olduğundan vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2755/2023 nömrəli, 03 may 2025-cü il tarixli qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kirovabad İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25 may 1987ci il tarixli qeydiyyat vəsiqəsinin X16 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına Cavabdeh1, X29, X28 və Cavabdeh2 dair “Elektron notariat” informasiya sistemi vasitəsilə “vətəndaşlıq vəziyyətləri aktları” AQİS-dən çıxarışlar əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, **********96-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda xüsusi mülkiyyətdə olan 0,0765 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 205,4 kv.metr olan fərdi yaşayış evi X13 xüsusi mülkiyyətindədir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı X33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, **********547 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayan atası X33 xx.xx.1997-ci il tarixdə ölmüşdür, mirasın tərkibi ünvan 7 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır: X29, X28 və Cavabdeh2. Mirasın tərkibinə daxil olan ünvan 7 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Cavabdeh2 (onun əvəzinə X29 imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********546 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, ünvan 7 ünvanında yaşayan atası X33 xx.xx.1997-ci il tarixdə ölmüşdür, ünvan 7 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət irs qalmış, mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır: X29, X28 və Cavabdeh1. Mirasın tərkibinə daxil olan ünvan 7 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. X29 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********542 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, ünvan 7 ünvanında yaşayan atası X33 xx.xx.1997-ci il tarixdə ölmüşdür, ölümündən sonra ünvan 7 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş X13 vərəsələri oğlu Cavabdeh1 və oğlu Cavabdeh2 tanınmış və onların X16 məxsus ünvan 6 ünvanında yerləşən mülkiyyətdə olan 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən bərabər hissədə irs almaq hüquqları müəyyən edilmişdir. İş materiallarına mübahisəli əmlaka dair kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən qəbzlər əlavə edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2013-cü il tarixli 2(104)-1211/2013 saylı qərardadına əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1736/2012 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 vərəsə kimi tanınma və miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 xüsusi (paylı) mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş bağışlama müqaviləsindən görünür ki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi 31 avqust 2023cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakda ½ hissə payını Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********96-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlak Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4984/2024 nömrəli cavab məktubundan görünür ki, Kirovabad şəhər Gəncə rayon X55 İcraiyyə Komitəsinin 24 noyabr 1989-cu il tarixli qərarının 18 nömrəli protokoluna əsasən Kirovabad şəhəri, ünvan 8 ünvanında müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 21.4 kv.m, 24.0 kvm, 20.9 kv.m üç yaşayış otaqları, 24.6 kv.m mətbəx-dəhliz, 39.0 kv.m açıq eyvan, 20.0 kv.m, 20.5 kv.m, 29.0 kv.m zirzəmilərdən ibarət yaşayış evinin və 400.0 kvm torpaq sahəsinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir və bu fərdi yaşayış evinə X22 adına hüquqverici sənədlərin verilməsi barədə qərar verilmişdir. X22 adına hazırda ünvanı ünvan 9kabr 1989-cu il tarixli 3387 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonrakı illərdə bu mülkdə müvafiq icazə sənədləri olmadan tikili “A” yaşayış evində 19.5 kv.m, 23.2 kv.m yaşayış otaqları, 40.0 kv.m xidməti otaq, 31.7 kv.m açıq eyvan, 4.2 kv.m tambur, 59.5 kv.m çardaq, 16.1 kvm, 21.1 kv.m, 10.8 kv.m, 22.1 kv.m yarım zirzəmi, tikili “B”-də 33.1 kv.m əl damı, tikili “V”-də 22.5 kv.m hamam-çardaq tikilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli, 2(044)-1736/2012 saylı icra vərəqəsi və qətnaməsinə əsasən tikili “A” yaşayış evindəki 19.5 kv.m, 23.2 kv.m iki yaşayış otağından, 40.0 kv.m xidməti otaqdan, 31.7 kv.m açıq eyvandan, 8.5 kv.m və 59.5 kv.m çardaqdan, 16.1 kv.m, 21.1 kv.m, 22.5 kv.m, 10.8 kv.m, 22.1 kv.m, 29.0 kv.m yarımzirzəmidən, tikili “B”-də əl damından, tikili “V”-də hamamdan ibarət tikililərə X22 mülkiyyət hüququ tanınmış və ümumi əmlakın bu tikililərdən ibarət hissəsini ünvanı İbrahim Eminbəyli küçəsi, 7A olmaqla onun vərəsəsi Cavabdeh1 adına qeydə alınmasına qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2013cü il tarixli, 2(104)-207/2013 saylı qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1736/2012 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2013-cü il tarixli, 2(102)- 2205/2013 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-207/2013 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2013-cü il tarixli 2(104)-1211/2013 saylı qərardadına əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1736/2012 saylı qətnaməsi ləğv edilmişdir, Cavabdeh1 vərəsə kimi tanınma və miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 03 may 2025-cü il tarixli, 2(125)-2755/2023 nömrəli qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kirovabad İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25 may 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin X16 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qeydiyyat vəsiqəsi və qətnaməyə əsasən X16 xx.xx.2023- cü il tarixli, **********96- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 14 avqust 2023-cü il tarixli, 2V-227 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) payları göstərilməklə adlarına 28 avqust 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 30 avqust 2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 öz payını Cavabdeh1 bağışlamış, sonuncunun adına 14 sentyabr 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(125)-1718/2024 bildirişinə əsasən əmlak üzərinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli, 3-38-2/33-1867/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X9 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: çıxış - xx.xx.2020-ci il tarix, giriş – xx.xx.2011-ci il tarix, çıxış – xx.xx.2011-ci il tarix, giriş – xx.xx.2017-ci il tarix, çıxış – xx.xx.2017-ci il tarix, giriş – xx.xx.2022-ci il tarix. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X29, X35, X27, X28, X41 bacı qardaşdırlar, iddiaçı onların mərhum qardaşı X9 arvadı, digər üçüncü şəxslər X26 və X30 isə mərhum qardaşı X11 övladlarıdır. Ataları- X33 (X32) və anaları X25r. X33 xx.xx.1997-ci il tarixdə, X36 xx.xx.2009-cu il tarixdə, X31 xx.xx.2020-ci il tarixdə, X34 isə xx.xx.2022-ci il tarixdə ölmüşlər. Hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlak tərəflərin atası - mərhum X13 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə onun adına xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əmlak birgə nikah dövründə X13 adına qeydiyyatdan keçsə də onun əvəzsiz əldə edildiyi müəyyən edilir. Həmçinin, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş X13 vərəsələri oğlu Cavabdeh1 və oğlu Cavabdeh2 tanınmış və onların X16 məxsus ünvan 6 ünvanında yerləşən mülkiyyətdə olan 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən bərabər hissədə irs almaq hüquqları müəyyən edilmişdir. X29 notarial qaydada ərizə verərək sözügedən əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiyini, indi də etmədiyini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmişdir. Bundan sonra, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) payları göstərilməklə adlarına 28 avqust 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 öz payını Cavabdeh1 bağışlamış, sonuncunun adına həmin əmlaka tam mülkiyyət hüququ barədə 14 sentyabr 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halıdır ki, İddiaçı, mərhum X9 arvadıdır və sonuncu hazırkı mübahisə üzrə miras qoyanın birinci növbəli vərəsəsidir. Bununla bağlı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddəsində qeyd edilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən maddi hüquq normalarının mənasına və işin hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı, mərhum X9 vərəsəsi və əmlakdan pay haqqı almaq hüququna malik olan şəxs kimi və maraqlarına toxunduğu üçün mübahisəli əmlak barədə hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. MPM-in 4.1-ci maddəsində də müəyyən edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisə X13 mirası ilə bağlı mübahisədir və o, xx.xx.1997-ci il tarixdə öldüyündən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X13 qanun üzrə birinci növbə vərəsələri X36 (arvadı), Cavabdeh1, Cavabdeh2, X29, X35, X27, X28, X41, X34 və X31 olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, eləcə də məhkəmə iclasında iştirak edən tərəflərin, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları ilə müəyyən edilir ki, miras qoyanın vərəsələrindən arvadı X36, oğlanları X34 və X31 miras qoyanın sağlığında onunla birlikdə yaşamış, miras qoyanın vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Cavabdeh1 və Cavabdeh2 notarial qaydada ərizə verməklə miras əmlakı qəbul etmişlər. X29 isə notarial qaydada ərizə verərək miras əmlakı qəbul etməkdən imtina etmişdir. Digər vərəsələr X35, X27, X28 və X41 isə həmin əmlakı qəbul və ondan pay tələb etməmişlər. Bu hal, X23 ölümündən sonra da eyni qaydada davam etmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh Xəqani Allaverdiyev iddiaçının və onun ərinin miras qoyanın ölümündən sonra daimi olaraq Rusiya Federasiyasında yaşadığından miras əmlakı qəbul etmədiklərini mübahisələndirmişdir. Bundan başqa, Cavabdeh1 atasının ölümündən sonra qardaşı Xanlar Allahverdiyevin mübahisəli əmlakda yaşamasını, yəni mirası faktiki qəbul etməsini inkar etməsə də onun övladlarının (üçüncü şəxslər İlahə və Həsən Allahverdiyevlərin) Xanlar Allahverdiyevin xx.xx.2020-ci il tarixdə ölümündən sonra onun mirasını faktiki qəbul etmədiyini mübaisələndirmişdir. Lakin mülki işin mübahisə edilməyən hallarından göründüyü kimi, həm cavabdehlər, həm də üçüncü şəxslər sözügedən miras əmlakda hazırda üç ayrı tikilinin olduğunu, həmin tikililərin faktiki olaraq Xanlara, Vidadiyə və Xəqaniyə məxsus olduğunu bildirmişlər. Başqa sözlə, iş materiallarında həmin əmlakdan sonuncuların atalarının ölümündən indiyədək istifadə etdiklərini inkar edəcək hər hansı mötəbər sübut yoxdur. Bu isə həmin miras əmlakı həm atalarının, həm də analarının ölümündən sonra məhz sözügedən şəxslərin faktiki qəbul etdiyini və ona öz mülkiyyəti kimi yanaşdıqlarını göstərir. Digər tərəfdən fərdi yaşayış evinin açarlarının iddiaçıda olması, miras qoyanın ölümündən əvvəldən həmin evdə olan əşyalarının hazırda da orada olması iddiaçının ərinin sözügedən mirası faktiki idarə etdiyini göstərir. Şəxsin başqa ölkəyə gedib-gəlməsi, onun əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Xanlar Allahverdiyevin atasından miras qalmış əmlakı faktiki qəbul etdiyi işin halları ilə müəyyən edilir və belə olan halda sonuncunun övladlarının onun əmlakını faktiki qəbul edib-etməməsi, habelə üçüncü şəxslər İlahə və Həsən Allaverdiyevlərin sözügedən mirasa irsi transmissiya üzrə paylarının tanınması hazırkı mübahisə üzrə araşdırmanın predmeti deyil. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, qanun üzrə vərəsəlik hüququ haqqında 14 avqust 2023-cü il tarixli 2V- 227 reyestr nömrəli şəhadətnamənin tərtibi zamanı ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın faktiki olaraq, Cavabdeh1 və Cavabdeh2 ilə yanaşı X34 və X31 tərəfindən qəbul olunması nəzərə alınmamış, bununla da vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən qismən etibarsız hesab edilməlidir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmçinin, məhkəmə hesab edir ki, həmin vərəsəlik işinin daxilində miras payının bağışlanması barədə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə faktiki olaraq Cavabdeh2 qanunsuz olaraq verilmiş miras payı (həcminə dair hissədə) barəsində bağlandığından qismən etibarsız hesab edilməlidir. Lakin məhkəmə bu hissədə qənaətə gələrkən Cavabdeh2 iradəsini nəzərə alaraq, onun məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır və qeyd edir ki, Cavabdeh2 sərbəst iradəsi əsasında öz payını qardaşı Cavabdeh1 bağışlamış, bu hissədə əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblər baxımından yanaşıldıqda mübahisələndirilən bağışlama müqaviləsinin Cavabdeh2 iradəsi hissədə qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Məhkəmə, həmçinin iddianın mübahisəli əmlaka dair cavabdehlərin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair həm cavabdehlərin adlarına, həm də Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar törəmə hüquq münasibəti olub, həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia qismən əsaslı olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehlərin mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırılması zamanı X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın onun vərəsələrindən Cavabdeh1 və Cavabdeh2 ilə yanaşı X34 və X31 tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh2 öz payını Cavabdeh1 bağışlamışdır. Buna görə də məhkəmə hesab edir ki, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X9 və 1/4 hissəsinə X11 payı müəyyən edilməlidir. Bütün bunlardan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3.2 və 3.3-cü maddələrinə görə əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, həmçinin digər dövlətlər qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla torpaq münasibətlərinin iştirakçıları ola bilərlər. Həmçinin, Mülki Məcəllənin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddələrinə görə satılan əmlakdakı daşınmaz əmlaka mülkiyyət hüququ əldə edənə keçir. Lakin Torpaq Məcəlləsinə görə tikililər, qurğular və müəssisələr əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir (T.M. 88.4). Belə olan halda əmlak ilə üzərindəki daşınmazların hüquqi statusları ayrı-ayrılıqda tənzimlənir (torpağa görə ayrı, üzərindəki daşınmazlara görə ayrı). Beləliklə, Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər (T.M. 48.3, 86.4). Torpaq Məcəlləsinin 60.2-ci maddəsinə əsasən əcnəbi, vətəndaşı olmayan şəxs yaxud xarici hüquqi şəxs xüsusi əmlak üzərində sahibliyi həmin əmlakı satmaq hüququ olmadan, icarəyə götürmək yolu ilə əldə edə bilər. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (T.M. 49.4). Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını, mərhum X9 Rusiya Federasiyasının vətəndaşı olmuş olmasını nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahəsi xarici fiziki şəxsin mülkiyyəti kimi qeydə alınacağı təqdirdə onun 1 il müddətində həmin torpaq sahəsini özgəninkiləşdirmək vəzifəsi vardır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tərəflərə aid edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 50 manat tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 31 avqust 2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilsin. ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh1 (paylı mülkiyyət üzrə 1/2 hissə) və Cavabdeh2 (paylı mülkiyyət üzrə 1/2 hissə) mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) adına verilmiş xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X9 və 1/4 hissəsinə X11 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1718/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1718/2024
26.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver