Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1732/2023 10.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən X4 adına qeyd edilmiş daşınmaz əmlaka məxsus hüquqmüəyyənedici sənədlərin 1881-ci ildə anadan olmuş, xx.xx.1953-cü ildə vəfat etmiş X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Ərizəçi ünvan 1 ünvanda yerləşən X4 adına qeyd edilmiş daşınmaz əmlaka məxsus hüquqmüəyyənedici sənədlərin 1881-ci ildə anadan olmuş, xx.xx.1953-cü ildə İddiaçılar X2, X3, Əmiraslanova(Fətəliyeva) Afət Vəli qızı, Məmmədova(Fətəliyeva) Sayat Vəli qızı, Yusifova(Fətəliyeva) Solmaz Vəli qızı, Əliyeva(Fətəliyeva) Mehriban Vəli qızı və Mehdiyeva(Fətəliyeva) Könül Vəli qızının cavabdeh X5 qarşı miras mülkə mülkiyyət hüququnun və vərəsələrin tanınması, mülkün naturadan vərəsələr arasında bölünməsi tələbinə edilməsini tələb etsə də, ərizədə konkret olaraq hansı sənədlərin X1 məxsus olması barədə tələbi aydın və dəqiq göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1732/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1732/2023
10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver