Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1736/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdehin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X2 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X2 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onları cavabdehlərin istifadəsində olan Gəncə şəhəri, 1ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nöməli mənzilinə köçürülmələri, cavabdehlər tərəfindən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 8 nöməli mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nöməli mənzili 1974-cü ildə İcraiyyə Komitəsi tərəfindən order əsasında atası Ağalı Vəliyevə verilmiş, ataları vəfat etdikdən sonra 1983-cü ildə sözügedən mənzil onun adına dəyişdirilmiş və həmin mənzil hazırda da onun adındadır. 1990-cı illərdə cavabdehlərlə aralarında mübahisə olduğundan onlar evin bölünməsi məqsədi ilə məhkəməyə müraciət etmişlər və Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 2- 450/1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil onların ailələri arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə hər bir ailə üçün ayrılmış hissədən hər iki ailə istifadə etmişdir. Onların ailəsi üçün ayrılmış hissədə bu günə kimi də onların əşyaları yerləşir. Onlar bu ilin iyun ayına kimi sözügedən mənzildən məhkəmə qətnaməsi ilə onlara ayrılmış hissədən maneəsiz istifadə etmişlər. Lakin bu ilin iyun ayının ortalarında cavabdehlər mənzilin qapısının açarlarını dəyişərək onların evə daxil olmalarına maneələr törətməyə başlamışlar. Cavabdehlər onlara başqa yerdən ev almalarını təklif edərək, onların sözügedən mənzilə gəlməmələrini bildirmişlər və onlar da buna heç bir narazılıq bildirməmişlər. Lakin cavabdehlər verdikləri sözə əməl etməmişlər, eyni zamanda da onların evlərinə gəlib-getmələrinə maneə yaratmağa başlamışlar. Cavabdehlərin sözügedən mənzilə heç bir ehtiyacları yoxdur. Cavabdehlərin və onların uşaqlarının mülkiyyətində evlər var, cavabdehlərin hazırkı mənzilə heç bir ehtiyacları yoxdur. Buna baxmayaraq, cavabdehlər sözügedən mənzili mənimsəmiş və onları həmin mənzilə buraxmaq istəmirlər. Bir neçə aydır ki, onlar cavabdehlərə bu qanunsuz hərəkətlərinə son qoymaları üçün müraciət etsələr də, cavabdehlər onların müraciətlərinə heç bir əhəmiyyət verməmişlər. Onlar bu mübahisəni məhkəmədən kənar həll edə bilmədikləri üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İlkin iddia üzrə İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq Cavabdeh2 ona qarşı qarşılıqlı iddia ərizəsinə etiraz edərək, bildirdi ki, o, 1991-ci ildən sözügedən mənzilə köçməmiş və Kəpəz Rayon Xalq Məhkəməsinin 1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil onların ailələri arasında bölünmüş, lakin onlar mənzilin onlara ayrılmış hissəsindən maneəsiz istifadə etmişlər. Hazırda da onların əşyaları həmin mənzildə onlara ayrılmış hissədədir. Onların sözügedən mənzilə pasport qeydiyyatları olmasa da məhkəmə qətnaməsi ilə ailələri arasında həmin mənzil bölünmüşdür. Onun mübahisəli mənzilə 1991-ci il tarixdən sonra köçməməsinin əsas səbəbi odur ki, Cavabdeh2 müxtəlif bəhanələr gətirərək, onu hazırkı vaxtadək aldatmışdır. O, da Cavabdeh2 inanaraq mənzilə köçmək barədə düşünməmişdir. 1998-ci ildə onlar ünvan 1 ünvanda yerləşən mənzili arvadı İddiaçı2 adına almış, arvadının adına ev olması heç də onların yaşayış yerinin olması, onun və ailəsinin ata yurdundan çıxarılmaları üçün əsas deyil. Bundan əlavə arvadı İddiaçı2 adına olan ev qəzalı vəziyyətdədir, bu barədə arvadı İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Onun arvadı İddiaçı2 adına qəzalı vəzyyətdə mənzil olsa da, ilkin iddia üzrə cavabdehlərin oğlu Vüqar Vəliyevin adına fərdi yaşayış evi və digər uşaqlarının və özlərinin də evləri mövcuddur, lakin onların sənədləri yoxdur. Gəncə şəhəri 1-ci mikrorayon ev 1, mənzil 18 ilkin iddia üzrə Cavabdeh2 Ağalı oğlunun adına olmadığı halda o, qarşılıqlı iddia verərək onun sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı qətnamə çıxarılmasını istəyir. Yuxarıda qeyd etdiyi kimi, ilk növbədə sözügedən mənzil onun mülkiyyətində deyil, həmin mənzilin hüqüqmüəyyənedici sənədləri ancaq və ancaq orderdir və şəxsi hesab vərəqəsi də onun adınadır. Şəxsi hesab vərəqəsi onun adına olduğu halda və o, cavabdehin sözügedən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı iddia qaldırmalı olduğu halda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 onun istifadə hüququnun itirilməsinə dair iddia qaldırmışdır. Onun hazırkı qarşılıqlı iddia ərizəsini verməyə subyektiv hüququ belə yoxdur. Bütün bu qeyd edilənlərə rəğmən qarşılıqlı iddia əsassızdir və təmin olunmamalıdır. Məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə İddiaçı2 məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda o, ailəsi ilə birlikdə ünvan 2 ünvan onun mülkiyyətində olmasına baxmayaraq, qəzalı vəziyyətdədir, yaşayış üçün yararsızdır. Məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə İddiaçı3 məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və X1 nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında bildirdi ki, ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. İlkin iddiaçılardan İddiaçı1 Ağaəli oğlu həmin mənzildə qeydiyyatdadır, digər iddiaçılar isə ümumiyyətlə orada qeydiyyatda deyildir. İlkin İddiaçı1 1991-ci ildən həmin mənzildən daimi olaraq köçmüş və bundan sonra bir gündə olsun həmin evdə yaşamamışlar. 1998-ci ildə onlar Gəncə şəhəri, Nizami küçəsi, 3-cü döngə, 10 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı1 arvadı İddiaçı2 adına almışlar. İddiaçı1 Ağaəli oğlu daimi yaşamaq üçün Gəncə şəhəri, Nizami küçəsi, 3-cü döngə, 10 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşlər. Bununla da Vəliyev X12 şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nöməli mənzilinə stifadə hüququnu itirmişdir. Məhkəmədən ilkin iddia üzrə iddianın təmin olunmaması və qarşılıqlı iddia üzrə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2022-ci il tarixli **********018 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 8 nöməli mənzilin şəxsi hesabı İddiaçı1 adınadır (yaşamır) və mənzilin şəxsi hesab vərəqində X13, Cavabdeh2, X10 və X3 adları qeyd edilmişdir. xx.xx.1990-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə Vəliyeva (Ələkbərova) Rahidə Nemət qızının nikahları 08 aprel 1990-cı il tarixdə 173 nömrəli akt qeydi ilə bağlanmışdır. Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 09 oktyabr 1991-ci il tarixli qərnaməsindən çıxarışdan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzili İddiaçı1 ilə Cavabdeh2 arasında bölünərək, mənzilin bir otağı 12.7 kv.m sahəsi İddiaçı1 istifadəsinə, iki otağı 17.3 və 17.3 kv.m sahələri isə Cavabdeh2 istifadəsinə verilmiş, hər birinə ayrıca şəxsi hesab açılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubda, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli 3M-1-166 saylı Yerli Sovetin fondunda olan yaşayış evlərinin bağışlama müqaviləsinə əsasən ünvan 8 mənzil (13.3 kv.m bir yaşayış otağı, ümumi sahə 15.3 kv.m) X6 bağışlanmışdır və ona xx.xx.1996-cı il tarixli 10779 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 720 saylı sərəncamına əsasən bu ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş 8.0 kv.m örtülü eyvan, 1.7 kv.m dəhliz qanunlaşdırılaraq X4 mülkiyyətinə verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1998-ci il tarixli 3M-1-178 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil (13.3 kv.m bir yaşayış otağı, 8.0 kv.m örtülü eyvan, 1.7 kv.m tambur) İddiaçı2 satılmışdır. Alıcıya Nizami küçəsi, 3-cü döngə, 10 saylı ünvanda yerləşən mənzilə xx.xx.1998-ci il tarixli 10779 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı2 bu əmlaka dair xx.xx.2019-cu il tarixli 596 saylı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmişdir. Lakin mülkün üzərində hər hansı əməliyyatın aparılması barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, 1-ci mikrorayon bina 1, mənzil 18 ünvanın sahibi mərhum X14 2006-cı il tarixdə vəfat etmiş, mərhumun həyat yoldaşı X8 1979-cu ildə vəfat etmişdir. Mərhumun bu ünvanda aşağıdakı tərkibdə qeydiyyatda olan oğlu Cavabdeh2 - 1955 ci il, X9 1962-ci il, X13 1982-ci il, X11 1983-cü il, X10 1986-cı il yaşayır və Mərhumun oğlu 1957-ci il təvəllüdlü İddiaçı1 bu ünvanda qeydiyyatda olub yaşamadığı barədə akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 146 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda yaşayır və ailə üzvləri X9, X13, X11, X5 ibarətdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 180 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ağalı oğlu uzun müddətdir ünvan 5 ünvanda Cavabdeh2 Ağali oğlu və X9 yaşayır. Azərbaycan Respublikası Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2022-ci il tarixli Ə-196 nömrəli məktubundan görünür ki, İddiaçı2 yaşadığı mənzilin dam örtüyünə vizual baxış keçirilmiş və dam örtüyü ağac konstruksiyadan olmaqla azbest dalğalı şiferlı örtüldüyü və uzun müddət istismarda olduğundan fiziki aşınmaya məruz qaldığı müəyyən edilmişdir. Bu səbəbdən də mənzilin dam örtüyünün tam şəkildə yenilənməsinə ehtiyac vardır. Hal-hazırda vəsait olmadığı səbəbindən İddiaçı2 yaşadığı mənzilin dam örtüyünün əsaslı təmiri mümkün deyildir. Vəsait ayrıldığı təqdirdə İddiaçı2 xahişinə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvan X7 oğlu İddiaçı1 adına keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1, 9.2 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfın sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyı o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları birbirinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasında qərar çıxara bilməz. O, cavabdehə məhkəmə iclaslarında iştirak etmək, izahat vermək üçün bütün imkanları yaratmaqdır. Ümumiyyətlə, məhkəmə öz qərarını tərəfləri qanunla müəyyən olunmuş qaydada dəvət etmədən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə yox, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlər uzun müddətdir ki, mübahisələndirilən mənzildə yaşamamışlar. Belə ki, onlar 1991-ci ildən qeyd edilən mənzili tərk etmiş və Gəncə şəhərində özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdeh İddiaçı1 Ağalı oğlu məhkəmə iclasında verdiyi izahatından, habelə məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan da görünür ki, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı2 adına ünvan 8 mənzili vardır və ailəsi ilə birlikdə istifadə hüquqlarını həmin mənzildə həyata keçirmişlər. Göstərilən xüsusatlarla birmənalı olaraq təsdiq edilir ki, cavabdehlər Gəncə şəhərində yerləşən mübahisələndirilən mənzili könüllü olaraq, həm də daimi olaraq tərk etmiş və özlərinə ünvan 8 ünvanda daimi yaşayış yeri seçmiş və istifadə hüquqlarını da məhz həmin mənzildə gerçəkləşdirmişlər. Gorunduyu kimi, cavabdehlər mübahisəli mənzili 1991-ci ildə tərk edərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında verilmiş şərhə uyğun qaydada daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmiş, bu səbəbdən də mübahisələndirilən mənzildən istifadə hüquqları itirilmişdir. Onların mübahisəli mənzili tərk etmələri faktı Gəncə şəhərində mülkiyyət hüququ əsasında yaşayış sahəsi əldə etmələri, istifadə hüquqlarını həmin mənzildə həyata keçirmələri, yeni yaşayış məntəqəsinə daimi olaraq köçmələri ilə əlaqədar mübahisəli mənzilə bir daha qayıtmamaları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı1 Ağalı oğlu mübahisəli mənzillə hər hansı formada bağlılığı yoxdur və onun həmin mənzildən istifadə hüququnun itirilməmiş hesab edilməsinin qanuni əsasları mövcud deyildir. Göründüyü kimi, tərəflər arasında mübahisələndirilən mənzillə bağlı hüquq münasibətləri yaranan zaman 01 oktyabr 2009-cu il tarixədək quvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Odur ki, bu münasibətlərə qeyd edilən məcəllənin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. «Respublika Məhkəmələri tərəfindən Mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li Qərarının 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin edir. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı Vəliyev X12 şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hazırda İddiaçı1 mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdeh İddiaçı1 Ağaəli oğlunun formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, X2 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılmasına” dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nömrəli mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də o, həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qanuni istifadəçi - mülkiyyətçi kimi ilkin iddia üzrə İddiaçı1 Ağaəli oğluna münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, İddiaçı1 Ağaəli oğlunun 1991-ci ildən Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın,18 nömrəli mənzilini tərk edərək, hələ də geri qayıtmaması və onun Gəncə şəhəri, Nizami küçəsi, 3cü döngə, 10 saylı ünvanda ailəsi ilə birlikdə yaşaması həmin mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı1 Ağaəli oğlunun yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın,18 nömrəli mənzilinə olan istifadə hüququnu itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X2 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılmasına” dair ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (yüz) manat ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı1 Ağaəli oğlunun Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda olan istifadə hüququ itirilmiş hesab olunsun. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-1736/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1736/2022
08.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver